"Taxta bazarı"ndakı yanğında 3 nəfər yaralandı - İkisi FHN-nin əməkdaşıdır (YENİLƏNİB)

"Taxta bazarı"ndakı yanğında 3 nəfər yaralandı - İkisi FHN-nin əməkdaşıdır (YENİLƏNİB)

Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğınla bağlı tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən BiG.AZ-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 əməkdaşına yerində yardım edilib. Daha üç nəfər (onlardan 2 nəfəri FHN-in əməkdaşıdır) isə xəstəxanaya yerləşdirilib

FHN də yanğınla bağlı növbəti dəfə məlumat yayıb. "Report"a daxil olan məlumatda bildirilib ki, avqustun 22-də FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub: "Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib".

***
Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib.

Bu bərədə Big.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa bu barədə əlavə məlumat verəcəyik".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 688 Tarix: 22.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər