"Siyasiləşdirmək istəmirlərsə, buyurub 3-7 mərasimində iştirak etsinlər" — Qabil Hüseynli

"Siyasiləşdirmək istəmirlərsə, buyurub 3-7 mərasimində iştirak etsinlər" — Qabil Hüseynli"Mən bildirmişdim ki, dəfn mərasimi hökumətin dəstəyi ilə keçiriləcək. Üzrxahlıq edərək siyasi partiyalardan xahiş etmişdim ki, mərasimə qatılmasınlar. Amma mərhumun 3 və 7 mərasimləri "Heydər" məscidində keçirilir. Kim istəyirsə, iştirak edə bilər".

BiG.AZ xəbər verir ki, bu sözləri "Yeni Sabah"a qəzaya uğrayan MİQ29 təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynli məlum çağırışına görə tənqid edilməsinə də sərt münasibət bildirib.

"Hadisə baş verən gündən bir dəfə zəng vurmayıblar, maraqlanmayıblar. Amma sonra dəfn mərasiminə şərik çıxmaq istəyirlər. Bu mənəvi haqqı sizə kim verib? Bu sözlərim bütün siyasi partiyalara aiddir", - deyə keçmiş müşavir bildirib.

Qabil Hüseynli "Bu çağırış hansı zərurətdən yaranmışdı"sualına cavab olaraq deyib ki, onda dəfn mərasiminə siyasi çalar qatılacağı barədə məlumat olub.
"Mən dəfn mərasimini siyasiləşdirilməsinin əleyhinəyəm" deyən keçmiş müşavir məlumatı haradan əldə etdiyini və mərasimə siyası rəng qatmaq niyyətində olanların konkret olaraq hansı təşkilatın olduğunu deməyib.

"Mən 15 il müxalifətin sıralarında olmuşam. Təcrübədən çıxış edərək, dəfn mərasininə siyası rəng qatılacağı barədə ehtimalları nəzərə alaraq bu çağırışı etmişəm. Siyasiləşdirmək istəmirlərsə, buyurub 3-7 mərasimində iştirak etsinlər", - deyə keçmiş müşavir əlavə edib.

Qabil Hüseynli məlum çağırışı hökumətin təhriki ilə etməsi barədə iddiaları əsassız adlandırıb: "Heç bir təhrik olmayıb. Bunu mən özüm etmişəm. Müəyyən məlumatlar var. Hətta hərbçilər mətbuatı da buraxmaq istəmirdilər. Lakin mən buna qarşı çıxdım. Ümumiyyətlə, orada bacardığımı etdim, çox şeylərin qarşısını aldım. Siyasi partiyalardan da sadəcə xahiş etmişəm, özü də dönə-dönə üzr istəyərək".

Keçmiş müşavir bu məsələdən sonra onun mərhum prezident Heydər Əliyevin sərəncamı ilə işdən çıxarılmasının xatırlanmasına da münasibət bildirib. "Siyasi riyakarlıq söhbətini ortaya atıblar. Siyasi riyakarlıq elə siyasətçinin peşəsidir də. Ona görə də sözü deyəndə ölçüb-biçib demək lazımdır", - deyə Qabil Hüseynli vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1221   Tarix: 22 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 159
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 672
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 185
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 1089
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 156
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 304
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 61
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 296
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 190