Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?"

Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?""Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhid anaları və şəhid xanımlarının qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin ailəsinə ziyarətini təşkil edib. Bu ziyarətdə şəhid ailələrini Modern.az-ın əməkdaşı da müşayiət edib.

Rəşad Atakişiyevin ailəsini şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova (İctimai birliyin sədri), şəhid pilot, mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, Aprel şəhidləri Mahir Quliyevin anası Lalə Quliyeva və Müşviq Orucovun anası Aygün Orucova ziyarət edib.

Ziyarətçiləri mərhum pilotun anası Tatyana xanım və bibisi qarşıladı. Ananın qəlbindəki yanğı gözlərindən oxunurdu. Milliyətcə rus olan Tatyana Atakişiyeva bütün Azərbaycan əsgərlərinə dua edib, Allahdan onları qorumasını istədi.

Rəşadın yaşadığı mənzilə daxil oluruq... Həyat yoldaşı Könül xanımı ovuda bilmirlər... O, ziyarətçiləri göz yaşları içində qarşıladı.

Aprel şəhidi Urfan Vəlizadənin həyat yoldaşı özünü təqdim edəndən sonra iki pilot xanımı eyni dərdlə bir-birlərinə sarıldılar... Bu məqamda onları bir-birlərindən başqa heç kəs yaxşı başa düşə bilməzdi...

"Sən necə dözmüsən, necə ayaqda qalmısan?!" - deyən Könül Atakişiyeva sual dolu baxışlarla Könül Vəlizadəyə müraciət etdi...

Sonrada övladları qarşısında düşdüyü vəziyyəti anlatmağa çalışdı... Könül Atakişiyeva övladlarına atalarının Suriyaya getdiyini və bir gün geri dönəcəyini deyib. Pilotun 7 yaşlı oğlunun gözləri iyulun 24-dən yol çəkir, "ana, atama zəng elə, onun üçün darıxmışam, səsini eşitmək istəyirəm" deyir. İndi ana oğluna atasının getdiyi yoldan bir daha geri dönməyəcəyini necə deyəcəyini bilmir.

Könül xanım Urfan Vəlizadənin həyat yoldaşına dayanmadan eyni sualı verirdi: "Mən necə deyəcəm oğluma, necə başa salacam? Sən necə dedin?"

Əslində bəlkə də Rəşad Atakişiyevin oğlu olanları dərk edib. Məlum oldu ki. uşağı bir neçə gündür ev gətirmirlər ki, yas yerinə gələn insanları görüb atasının həlak olmasından duyuq düşməsin.

Şəhid pilotun xanımı:

"Təyyarə qəzaya uğrayandan sonra, Rəşadın nəşi tapılmazdan öncə bizə gəlib başsağlığı verirdilər, amma biz qəbul etmirdik. Biz onun dönəcəyinə ümid edirdik. Axı Rəşad hər gün xidməti yerinə gedir və sonda evinə dönürdü. Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız gerçəkləşmədi".

Rəşadın qaynanası Məhbubə xanım:

"Nəvələrim üçün narahatam. Atalarının yoxluğunu onlara desək, psixologiyasına çox pis təsir edəcək. Gözləyirik, bəlkə yavaş-yavaş atalarının yoxluğuna alışarlar. Bəlkə onda deyə bildik".

Pilotun ailə üzvləri ilə görüşdən sonra şəhid anaları və xanımları II Fəxri Xiyabana gedib Rəşad Atakişiyevin məzarını ziyarət etdilər…

Arayış: Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. "Polkovnik-leytenant" hərbi rütbəsinə qədər yüksəlib.

R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötən ilki Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.

Rəşad Atakişiyevin 2 oğul övladı var. Birinin 3, digərinin 7 yaşı var.

Rəşadın hərbidən ehtiyata buraxılmasına 3 il qalmışdı, amma əcəl imkan vermədi…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1267   Tarix: 22 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 129
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 135
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 192
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

02.05.2024 791
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 208
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 140
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477