Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı

Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdıAzərbaycan Ali Məhkəməsi 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv olunana qədər nazir müavini, ondan öncə isə 11 il (2004-2015) Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olmuş Arif Əsgərov haqqında qərar çıxarıb.

Qərar belədir ki, keçmiş nazir müavini və oğlu Elnar birlikdə Əmanətlərin Sığortalanması Fonduna 92 min 622 dollar pul ödəməlidir. Səbəb isə Elnar Əsgərovun hələ atası nazir müavini olan dövrdə - 2015-ci ilin noyabrında «Dəmirbank»dan götürdüyü krediti qaytarmamasıdır. Atası bu kreditin qaytarılacağına zaminlik elədiyinə görə borcu qaytarmaq öhdəliyi onun da üzərinə qoyulub.

Elnar Əsgərovun bankdan krediti hansı məqsədlə götürdüyü məlum deyil. Amma ehtimal edir ki, bu borclanma nazir müavininin oğlunun adı keçən milyonlarla dollarlıq dələduzluq işi ilə bağlı olub. Həmin dələduzluq sxeminə görə Elnar Əsgərovun iki xalası oğlu həbsdədir.

Keçmiş nazir müavinin Emin və Rahib Hüseynov adlı qohumları "Azərbaycan Dəmir Yolları" üçün yataq dəstələri və digər mallar alıb dəyərindən dəfələrlə baha satmaq, beləliklə də yaxşı qazanc götürmək adı altında müxtəlif adamları aldatmaqda, onların on milyonlarla manatını mənimsəməkdə təqsirli biliniblər. İş üzrə zərərçəkənlərin sayı 50-yə yaxındır.

Lakin məhkəmədə Hüseynov qardaşları bildirmişdilər ki, onların bu sxemdə rolu həlledici olmayıb-pullar yığılıb Elnar Əsgərova verilirdi. Adamları aldadanın əslində Əsgərov olduğunu deyən Hüseynov qardaşları Arif Əsgərovun "Bandotdel"də zərərçəkənlərin bir neçəsinə milyonlarla dollar ödədiyini də demişdilər. Ehtimal ki, banklardan borclanmaq da məhz zərərçəkənlərin pullarını qaytararkən lazım gəlib.

Virtualaz.org xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində ata və oğul Əsgərovlar haqqında qiyabi qətnamə çıxarılıb. Məhkəmənin onların üzərinə qoyduğu 92 min 622 dolların 86 min 026 dolları əsas borc, 6 mi 595 dolları faiz, 1 dolları isə cərimə borcudur.

Əsgərovlar bu qərardan xəbər tutandan sonra etiraz ediblər. Onların fikrincə, bu məsələyə Binəqədi Rayon Məhkəməsi baxa bilməzdi. Şikayət veriblər ki, bu iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilsin, orada yenidən baxılıb qərar verilsin. Ancaq onların şikayətləri təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Sabiq nazir oğlunun bir neçə bankdan götürdüyü kreditləri qaytarmadığı iddia olunur. «Dəmirbank»la yanaşı, «Bank of Baku» və «Bank Standard» (bu bankın lisenziyası ləğv olunduğuna görə iddiaçı qismində onun ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondudur) da ondan məhkəməyə şikayət edib.

«Bank of Baku»nun iddiası üzrə prosesdə E.Əsgərovun vəkili etiraz edib ki, bu işə Binəqədi rayon Məhkəməsində yox, Nərimanov rayon Məhkəməsində baxılmalıdır. Çünki E.Əsgərov Binəqədi rayonunda qeydiyyatda olsa da, faktiki Nərimanov rayonunda yaşayır. Amma bu şikayətlər təmin olunmayıb, yuxarı instansiyalar da qərar verib ki, «Bank of Baku»nun şikayətinə elə Binəqədi rayon Məhkəməsində baxılmalıdır.

Əmanətlərin Sığortalanması Fondunun «Bank Standard»a borca görə E.Əsgərova qarşı qaldırdığı iddia üzrə iş isə hazırda Ali Məhkəmədədir.

Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdıKeçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdıKeçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 896   Tarix: 22 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831