Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi"Sentyabrın 1-də müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvanın tələblərinə ciddi riayət olunması vacibdir".

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Astarada "Din və ideoloji təhlükəsizlik" mövzusunda seminar-müşavirədə deyib.

Komitə rəsmisi bildirib ki, hazırki dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir, terror hadisələri səbəbindən bölgələrdə ictimai sabitlik pozulur:

"Dinin əhalinin dinclik və etibarına təsir edəcək şəkildə terrorçu və ekstremist qruplar tərəfindən istismarı dövlət təhlükəsizliyi üçün böyük təhdid yaradır. Bu baxımdan dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi mühüm məsələdir".

Sədr müavininin sözlərinə görə, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.

Dövlətimizin dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın yad dini ideologiyaların təsirindən qorunması, ölkədəki dini durumun sabit saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin önəminə diqqət çəkən sədr müavini hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amilinin xüsusi rol oynadığını və beynəlxalq güclərin bu vəziyyətdən məharətlə istifadə etdiyini diqqətə çatdırıb.

Cəmiyyətdə dini biliklərin yetərsizliyinin insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirlərin, məzhəbçilik və təriqətçilik kimi mənfi təzahürlərin yayılmasına səbəb olduğunu nəzərə çatdıran S.Heydərov bu kimi tendensiyalarla mübarizədə ən səmərəli metodlardan birinin maarifləndirmə işinin gücləndirilməsi olduğunu deyib.

Komitə sədrinin müavini çıxışında, həmçinin ölkəmizin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınmasında ən mühüm vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin aşılanması, cəmiyyətin, xüsusilə gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunmasının önəmindən danışıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1003   Tarix: 20 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 338
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 536
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 390
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

02.05.2024 166
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 401
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 139
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 588
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810