Şəkidə yük avtomobillərinin arasında qalan şəxs ölüb

Şəkidə yük avtomobillərinin arasında qalan şəxs ölüb
Şəkidə iki yük avtomobilinin arasında qalan sürücü faciəvi şəkildə ölüb.

Hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı avtomobilin sükanı arxasında olan Qax sakini avtomobilində yaranmış nasazlığı aradan qaldıra bilməyib. Buna görə də maşınını "Kamaz"markalı yük avtomobilinə qoşub.

Sürücü qoşqunu açmaq istəyərkən ehtiyatsızlıqdan iki maşının arasında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır. (oxu)

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 586 Tarix: 18.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər