Məşhur aktyor ifadə verdi: seksual manyakı ölüm hökmü gözləyir

Məşhur aktyor ifadə verdi: seksual manyakı ölüm hökmü gözləyirDünya şöhrətli aktyor Eşton Katçerin ifadəsindən sonra məhkəmə seksual manyakı qətldə təqsirli bilib.

Seksual manyak Maykl Qarqilo E.Kaçerin sevgilisi Eşli Ellerini və daha iki qadını öldürməkdə günahlandırılır. Los Anceles məhkəməsi isə Qarqilonu daha bir qadını da öldürməyə cəhddə günahkar bilib.

41 yaşlı Kutçer 43 yaşlı müttəhimə qarşı ifadə verdikdən üç ay sonra ötən gün hakim dəhşətli cinayət üzrə qərar çıxarıb.

M.Qarqilo barəsində qərar hələ elan edilməyib, amma prokuror ölüm hökmünün veriləcəyini güman edir.

Seksual manyakın məhkəməsi bu ilin may ayında başlanıb. Qarqilo 2001-2008-ci illər arasında törədilmiş cinayətlərdə özünü günahkar saymayıb. Onun qurbanlarından biri 2001-ci ildə Hollivuddakı evində ölü vəziyyətdə tapılan 22 yaşlı tələbə Eşli Ellerin olub. Faciə baş verən gün Kutçer Ellerinin yanına gedib, lakin o, qapını açmayıb. Eşton ifadəsində bildirib ki, evdə işıq yanıb, pəncərədən isə xalçanın üzərində qırmızı ləkələr görüb. O, həmin ləkələri xalçanın üzərinə tökülən şərab zənn edib. Səhər isə Eşlinin qonşusu onun cəsədini tapıb.

İstintaqın irəli sürdüyü iddiaya əsasən, Qarqilo 15 ildir qonşuluqda yaşayan gənc qadınları gizlicə izləyirmiş. Gələcək qurbanlarının evlərinə problemsiz girmək üçün o, özünü kondisioner ustası kimi qələmə verib.

E.Katçer məhkəmədə Eşli ilə faciədən bir neçə ay əvvəl görüşdüyünü və öldürüldüyü gün görüşməli olduğunu deyib. Aktyor "Qremmi" mükafatından sonra gecə ziyafətində qalmalı olub. Elə bu səbəbdən sevgilisi ilə görüşə bilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 16 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

05.05.2024 209
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 226
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

12:43 196
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 221
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 244
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 232
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

05.05.2024 15252
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

05.05.2024 240
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

13:00 251