"Mənə əl qaldırıb, icazəsiz otağımıza girirdi" - Keçmiş gəlinindən Elşadla bağlı ittihamlar

"Mənə əl qaldırıb, icazəsiz otağımıza girirdi" - Keçmiş gəlinindən Elşadla bağlı ittihamlar"Elşad Qarayev həmişə bizim ailəmizə qarışıb. Deyir, əlimdə səs yazıları var. Ər-arvadın söhbətinin səs yazısı səndə nə gəzir? Təhqir ediblər, təhqir eşidiblər. Bəs məndə olan səs yazılarana nə deyir? Rəvanla danışanda gəlib qapının arxasında bizə qulaq asırdı. Sonrada qəfil qapını açırdı, icazəsiz içəri daxil olurdu ki, eşitdim siz dalaşırsız".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Rəvan Qarayevin boşandığı xanımı Günay deyib. Ailəsinin dağılmasında qayınatası, müğənni Elşad Qarayevi günahlandıran Günay onun ittihamlarına cavab verib:

"Mənə təhqiredici sözlər işlədir, deyirdi ki, götür, uşağını da atanın xarabasına get. Evli olduğumuz halda belə Elşad Qarayev məni dəfələrlə evdən qovub. Mənə hücum edib, vurmaq istəyib. Rəvan araya girib, imkan verməyib. Evin açarını dəyişib, məni küçədə saxlayıb.

Rəvan gəlib məni götürmək istəyəndə isə onu incidirdi. Axırda ailəmi dağıtdılar. Rəvan qızına, mənə heç nə ala bilmirdi, gizlin edirdi hər şeyi. Qorxumuzdan harasa gəzməyə gedəndə, gecə 12-dən sonra gizlin çıxırdıq evdən. Deyirdik, evə zəng edib, bilməsinlər. Rəvan bu qədər təzyiqlərə baxmayaraq, mənə də, qızımıza da yaxşı baxıb. Bir ata-ana niyə övladının ailəsinə yaxşı baxmasını qısqanmalıdır?".

Günay bildirib ki, Elşad və Rəvan onu polisə şikayət edib:

"Əminəm ki, Rəvanın işi deyil. Rəvanın şəxsi həyatına qarışmıram, sual verildi, cavab dedim. Həmin qadının kim olduğunu bilmirdim. Rəvan və qadın gecə saat 3-də mənə özləri mesaj yazıblar. Rəvan əvvəl onu mənə evini təmizləyən xanım kimi təqdim etmişdi. Rəvan qızımızı aparanda, o, qadın telefonu əlindən alır, mənimlə danışmağa qoymur.

Rəvanın borcudur qızına yaxşı baxsın. İmkanı olmasa, heç nə istəmərəm. Mən onun yaxşı təhsil almasını istəyirəm. 200 manatla necə təhsil verim, geyindirim, yedizdirim? Rəvana bir söz deyən kimi, atası məni verir polisə. Elşadın qorxusundan gəlib qızını görə, baxa bilmir.

Rəvanın anası Xalidə xanım mənə yazıb ki, sən yaxşı gəlin olmusan. Mən heç nə demirəm".

Qeyd edək ki, Günay Rəvanın övladına baxmadığını, onu evinə aparanda birlikdə yaşadığı sevgilisinin qızına təzyiqlər etdiyini bildirib.

"Mənə əl qaldırıb, icazəsiz otağımıza girirdi" - Keçmiş gəlinindən Elşadla bağlı ittihamlar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2415   Tarix: 15 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167