Dəniz suyu ilə müalicə haqqında 7 mif…

Dəniz suyu ilə müalicə haqqında 7 mif…Çoxları dənizdə təkcə istirahət etmək deyil, həm də müalicə olunmaq istəyir. Dəniz suyu ilə müalicə talassoterapiya adlanır. Dəniz suyu tərkibinə görə insan qanının plazmasına oxşayır. O, dərinin məsamələrindən qana keçib orqanizmi minerallarla zənginləşdirir. Dəniz suyunun müalicəvi təsiri haqqında çoxsaylı miflər mövcuddur...

BiG.AZ medicina-ya istinadla dənizdə çimməyin faydaları haqqında populyar yeddi mifi nəzərdən keçirməyi təklif edir.

Mif 1. Dənizdə mümkün qədər çox çimmək.

Dənizdə çimməyin ideal vaxtı 10-15 dəqiqədir. Bu qədər vaxt orqanizmdə su-duz mübadiləsi prosesini işə salmağa yetərlidir. Dənizdə çimmə daha uzun sürərsə, bədənin soyuması və soyuqdəymə riski artır. Məsələ bundadır ki, duzlu su şirin suya nisbətən istini daha çox udur.

Mif 2. Dəniz suyu nə qədər isti olsa, bir o qədər yaxşıdır.

Sağlamlıq üçün temperaturu 20-24 dərəcə olan suda çimmək faydalıdır. Temperatur dəyişmələri və sərin suda fiziki fəallığın artması talassoterapiyanın mütləq şərtidir. Lakin hər bir xəstəliyin müalicəsinə müəyyən temperaturlu dəniz suyu lazımdır. Artıq çəkidən əziyyət çəkənlərə mübadilə proseslərini stimullaşdıran sərin su tövsiyə olunur. İlıq su ürək yığılmaları ritmini yavaşıdır, isti su, əksinə, sürətləndirir. Unutmayın ki, temperaturu 24 dərəcədən çox olan dəniz suyunda zərərli mikroorqanizmlər sürətlə çoxalmağa başlayır.

Mif 3. Dənizdə çimmədən sonra yuyunmamaq

Belə bir təzadlı fikir var ki, dənizdə çimmədən sonra yuyunmağa ehtiyac yoxdur, çünki dəridə qalan dəniz duzu sağlamlaşdırma prosesini davam etdirir. Doğrudur, dənizdən çıxandan sonra suyun təsiri hələ təqribən 20-30 dəqiqə davam edir. Lakin orqanizmin hüceyrələri dənizdə üzmə zamanı çoxlu toksin ifraz edir və bu toksinlər yuyulmalıdır. Əgər dəridə xora və yaralar varsa, onda dəniz suyu aşındırıcı təsir göstərib dermatoz deyilən dəri xəstəliyi törədə bilər. Bundan əlavə, hər dəniz suyunun təmiz olması ilə öyünə bilməz, qələbəlik şəhər çimərliklərində vəziyyət xüsusilə bərbaddır.

Əgər saçlarınız boyalıdırsa, onları islatmamaq, yaxud dənizdən çıxandan dərhal sonra yumaq lazımdır. Dəniz duzu yalnız saç dibi yağlı olan insanlara kömək edir.

Mif 4. Dəniz suyunda xalis yod yoxdur

Dəniz suyu sinir sisteminin müalicəsində istifadə olunan yod-bromla zəngindir. Bu maddənin dəniz suyunda konsentrasiyası optimaldır. Buna görə də dənizdə çimmək hətta ən əsəbi şəhər sakinini sakitləşdirir. Qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlərin sahildə istirahəti həkimin təyin etdiyi preparatlarla uyğunlaşdırmalıdır.

Mif 5. Burun-udlağı dəniz suyu ilə müalicə etmək

Bu, həm mif, həm də həqiqətdir. Əslində, dəniz suyu zərərli bakteriyalar üçün əlverişsiz mühitdir, onun tərkibində antiseptik və antibakterial təsirli komponentlər var.

Burun-udlağın dəniz suyu ilə yaxalanması nəzəri cəhətdən iltihabi xəstəliklərin müalicəsinə kömək etməlidir. Lakin limanlarda və qələbəlik yerlərdə dəniz suyu o qədər çirklənib ki, belə su ilə yaxalama mikrobların bəzilərini təmizləsə də, orqanizmi daha təhlükəli viruslara yoluxdura bilər. Ən təmiz dəniz suyu sahildən uzaqda iki min metrdən çox dərinlikdədir.

Mif 6. İçərisində dəniz suyu olan hovuz və vannalarda çimmə dənizdə çimməni əvəz edir

Dəniz suyu təbii mühitindən kənarda öz faydalı xüsusiyyətlərini 24 saatdan çox saxlaya bilmir. Dəniz suyu doldurulmuş hovuzda çimmə yalnız o halda faydalı ola bilər ki, onun içindəki su hər gün dəyişdirilsin. Bir də, hovuzlardakı suya adətən xlor qatılır və bu da dəniz suyunun faydalı xüsusiyyətlərinin çoxunu məhv edir. Hələlik dünyanın heç bir laboratoriyası dəniz suyunun təbii tərkibini süni şəkildə yarada bilməyib.

Mif 7. Dəniz suyunun duzluluğu nə qədər çox olsa, bir o qədər faydalıdır.

Yanlış fikirdir. Duzun yüksək konsentrasiyası yalnız müəyyən xəstəliklərin müalicəsində faydalıdır. Məsələn, Ölü dənizdə çimmə ciddi dəri xəstəliklərindən əziyyət çəkənlərə faydalıdır. Duzluluq səviyyəsi aşağı, bir litr suda təqribən 18-20 milliqram olan dəniz suyu isə hamıya faydalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2299   Tarix: 12 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704