Körpələrini küçəyə atan valideynlər nə düşünür? (Video)

Körpələrini küçəyə atan valideynlər nə düşünür? (Video)Son 5 ay ərzində küçəyə 4 uşaq atılıb

Uşağı sevib əzizləməyi hər kəs xoşlayır. Balacasından tutmuş böyüyünə qədər. Amma ona qulluq etməyə gələndə, məsəldəki kimi balacalığında dizə, böyüyəndə ürəyə ağırlıq gətirəcəyini düşünüb bu yükün altına girməkdən elə ilk dövrlərdən imtina edirlər. Hər halda indiyə qədər ANS olaraq lentə aldığımız atılmış uşaqların ən böyüyü 3, ən kiçiyi isə 4 günlük olub. Çətinlikdən bu qədər tez boyun qaçıran valideynlərin nə düşündüyü isə tam bilinmir. Çünki bunun üçün ilk növbədə onları tapıb ortaya çıxarmaq lazımdır. Bəs axtarırıqmı?

Düzü, anlamadım balaca Firuz niyə tez böyüməyə can atır. Bəlkə də adını belə hələ bilmədiyi, simasını xatırlamadığı valideynlərini axtarmaq istəyir, bilmirəm. Firuz özü bura necə və neçə yaşında, ən əsası da niyə gəldiyini bilmədiyi kimi. Firuzla birlikdə Xətai rayonu 3 saylı Uşaq Evində böyüyən, bu ilin mart ayında küçəyə atılan Nərmin Qədirovanın atılmasının səbəbi isə məlum olub. Bir yaş yarımlıq bacısı Aişə ilə birlikdə Nizami rayonunda yerləşən 1 saylı Körpələr Evininin həyətinə atılan 3 yaşlı Nərminin anası da kimsəsiz imiş. İndi övladları da onun yaşadığı həyatı təkrarlayacaq. Hər şey isə günahsız qızcığazların atasının onlara sahib çıxmaqdan imtina etməsilə başlayıb.

Valideynlərin məsuliyyətini bir kənara qoyuruq. Bu məsələyə cavabdeh qurumlar bəs övladını küçəyə atan valideynlərin tapılması üçün hansı iş görüb? Məsələn, bu ilin əvvəlində Xətai rayonu, Zığ yolu küçəsi, ev 44 mənzil 27-nin qarşısında qolundakı birkası ilə birlikdə tapılan 10 günlük körpə 1 saylı uşaq evinə yerləşdirildikdən 3 ay sonra - aprelin 20-də cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 143 – "Təhlükədə qoyma" maddəsi ilə başlanan işdə valideynlərin axtarışları istiqamətində hələ ki, müsbət nəticə əldə olunmayıb.

Küçədən tapılan Nərminlə Aişəni körpələr və uşaq evinə təhvil verən Nizami rayon 24-cü polis bölməsindən isə onların valideynləri ilə bağlı hər hansı axtarış aparmadıqlarını deyirlər. Bölmədə hesab edirlər ki, onların işi uşaqları müvafiq səhiyyə orqanı və ya uşaq evinə yerləşdirdiyi andan bitmiş hesab olunmalıdır. Valideynləri axtarıb tapmaq isə birbaşa uşaq evi ilə onun yerləşdiyi rayonun icra hakimiyyətinin azyaşlılarla iş üzrə komissiyasının vəzifəsidir.

May ayının əvvəlində əslən Bərdədən olduğu bildirilən 22-23 yaşlı qadın 10 günlük körpəsini köməksiz vəziyyətdə "Sədərək ticarət mərkəzi"nin gözdən uzaq bir yerində çantada qoyaraq çıxıb getmişdi. Bundan sonra qadının avtobusa mindiyi andan hansı istiqamətə getməsinə qədər bütün məlumatlar Qaradağ rayon polisinin 10-cu polis bölməsinə məlum olsa da, onun tapılması bu günə qədər təmin olunmayıb. Körpəni himayəyə götürən 1 saylı Körpələr Evinin yerləşdiyi Nəsimi rayon İcra Hakimiyyəti isə məsələ ilə bağlı hər hansı məlumat verməkdən daha çox imtina etməyi üstün tutdu.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4383   Tarix: 05 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu mövsümün ən dəbli cins şalvarları

Rusiyalı stilist Natalya Temiralieva bu ilin cins dəblərindən danışıb. "Enli ayaqlı, yüksək belli cins şalvarlar ən dəbli modellərdən birinə çevrilib", - deyə stilist bildirib. Stilistin sözlərinə görə, bu model ayaqlarını vizual olaraq uzatmaq və daha incə göstərmək istəyənlər üçün idealdır

10:40 525
.

Bakının bu ərazisi plana düşdü: söküləcək

Xətai rayonu Abbas Abad, Mirzə Davud küçələri, Kənd Əhmədli adlı ərazinin bir hissəsi, "Elektrotop" qəsəbəsi kimi tanınan ərazilərin dövlət planına düşərək köçürülməsi gözlənilir. BİG.AZ -a istinadla xəbər verir ki, Kənd Əhmədli ərazisi istisna olmaqla, sözügedən küçələr dövlət planına daxi

09:59 432
.

Bazar günü 32° isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normada

12:24 182
.

Övladlarından Bəsdi Sevdiyevaya qadağa

Əməkdar artist Bəsdi Sevdiyeva ailəsinin ona qoyduğu qadağadan danışıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, övladları ona efirdə ağlamağı qadağan ediblər. Bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtaydan danışan B.Sevdiyev

14:16 348
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

18:52 158
.

Gözəl təbəssüm, diş sağlamlığınız üçün həkim-stomatoloq Dr.Şövkət-i SEÇİN

Hər yaşdan olan insanlar üçün gözəl təbəssüm, diş sağlamlığı və daha yaxşı ağız keyfiyyəti önəmlidir. Breket müalicəsi, diş və ya çənə birləşməsindəki pozğunluqları və dişlərin sıxlığını aradan qaldırmaq üçün tətbiq olunan müalicə üsuludur. Dünya əhalisinin 90%-ə qədəri dişlərinin düz olmamasından şikayətlənir

12:45 197
.

Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb

Prezident Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfəri təxirə salınıb. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli açıqlamasında prezident Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfərinin uyğun olmayan qrafiklər səbəbindən hər iki tərəf üçün əlverişl

11:59 156
.

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib. "Report" xəbər verir ki, bu barədə "Yerevan.today" məlumat yayıb. Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar

20:40 0
.

Azərbaycanda bu zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. BİG.AZ -a istinadla xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağına ASC-nin ləğvi, bununla bağlı İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının

10:14 410