Qadınlarda bir çox xəstəliyi müalicə edən SADƏ HƏRƏKƏT - FOTO

Qadınlarda bir çox xəstəliyi müalicə edən SADƏ HƏRƏKƏT - FOTOSidik qaçırma problemi bir çox qadının həyatını kabusa çevirən xəstəlikdir. Hər 100 qadından 30-da sidik qaçırma problemi var. Türkiyəli məşhur ginekoloq Taner Usta kegel məşqinin sidik qaçırma probleminin müalicəsində effektiv nəticələr verdiyini bildirib.

Qadınlarda sidikqaçırmanın əsas səbəbləri hamiləlik və doğuşlar, menopauza (klimaks) dövrü, sidik yollarının xronik xəstəlikləri və infeksiyalaşması, uşaqlıq yolu və digər ətraf orqanlarda aparılmış cərrahi əməliyyatlar, xronik qəbizlik, artıq çəki, uşaqlığın sallanması (prolapsus uteri), sidik kisəsinin (sistosele) və bağırsağın sallanması (rektosele) və sairə ola bilər. Daha çox menopauza (klimaks) və doğuş travmaları olan qadınlarda rast gəlinir. Əsasən yaşlı qadınlarda rast gəlinən problem əzələlər tonusdan düşdüyü zaman üzə çıxır.

Mütəxəssis sidikqaçırma probleminin həllində məşqlərin xüsusi rolu olduğunu, uşaqlıq və sidik kisəsi sallanmasının qarşısını aldığını vurğulayıb.

Pelvik əzələləri cinsi orqanları, bağırsaqları və sidik kisəsini dəstəkləyir. Bu nahiyədə yerləşən əzələlər zamanla öz vəzifəsini yerinə yetirə bilmir və zəifləməyə başlayır. Əzələlərin gücünü itirməməsi və vəzifəsini yerinə yetirməyə davam etməsi üçün kegel məşqi olduqca faydalıdır. Bu məşq genital bölgədə olan əzələləri gücləndirir və nəticədə sidikqaçırma probleminin qarşısını alır. Məşqlərlə həyat səviyyəsini xeyli artırmaq olar.

Qadınlarda bir çox xəstəliyi müalicə edən SADƏ HƏRƏKƏT - FOTOBunun üçün pelvik əzələləri müntəzəm fasilələrlə sıxın və boşaldın. Əzələləri 5 saniyəlik periodlarla hər gün 10 dəfə olmaqla gündə 3 dəfə təkrar edin. Bir müddət sonra məşq sayını artırın.

Kegel məşqlərini edərkən pelvik əzələlərinə təzyiq edən hərəkətlərdən və vəziyyətlərdən uzaqlaşmaq lazımdır. Qəbizlik pelvik əzələlərin zəifləməsinə səbəb olur, aerobika məşqləri, hamiləlik, stress, köklük, sidikqovucu vasitələr və dərmanlar bu əzələlərin güc itirməsinə səbəb ola bilər. Odur ki, əzələləri gücləndirmək üçün həyat tərzinizi də qaydaya salmaq önəmlidir.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1082   Tarix: 03 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022