Yenidən ailə qurduğuna görə tənqid olunan tanınmışlar - səbəb nədir? + FOTOLAR

Yenidən ailə qurduğuna görə tənqid olunan tanınmışlar - səbəb nədir? + FOTOLARƏhməd Qəşəmoğlu: "Kiminsə boşanmasının, ailə qurmasının tələsik qınanılmasının tərəfdarı deyiləm, ancaq..."

Bu günlərdə AzTV QSC-nin sabiq sədri Arif Alışanovun yeni ailə həyatı qurması ilə bağlı sosial şəbəkələrdə, eləcə də bir sıra mətbuat orqanlarında məlumatlar yayıldı. Məlumata görə, A.Alışanov müğənni, eləcə də "Mədəniyyət" kanalında bir müddət aparıcı kimi çalışan Ayşən Məstanova (Şakirqızı) ilə evlənib. İddialara görə, sabiq sədrin yeni xanımı ondan nə az, nə çox, düz 20 yaş kiçikdir.

Əslən Naxçıvandan olan A.Məstanova barəsində də maraqlı faktlar bildirilib. Deyilənə görə, o, hələ iki il əvvəl telekanala işə düzəlib. Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan aparıcı-müğənni əvvəllər Rusiyada yaşayan bir azərbaycanlı ilə ailəli olub və onunla olan nikahdan 1 övladı var. Həmçinin Arif Alışanovdan da bir oğlu olduğu deyilir. A.Məstanova Alışanov işdən çıxarılan gün - 2019-cu ilin 15 yanvarında AzTV-dəki işindən uzaqlaşıb.

Eksperss.az saytının yazdığına görə, Alışanovun yeni qayınanası Gülbahar Haqverdiyeva 23 aprel 2019-cu ildən Sumqayıt Təhsil Şöbəsində Metodikabinənin müdiri vəzifəsində çalışır. O, Sumqayıtda "Təfəkkür" liseyində də direktor olub. G.Haqverdiyeva Təhsil Nazirliyinin kurikulum üzrə təlimçisi, Sumqayıt Şəhər Təhsil Şöbəsi üzrə YAP ilk ərazi təşkilatının sədri, eyni zamanda Sumqayıt Şəhər YAP Siyasi Şurasının üzvüdür.

Arif Alışanov hələ Mehriban Alışanova ilə boşanmamış Ayşən Məstanova ilə isti münasibətləri olub. Belə ki, Arif Alışanov 2018-ci ildə Ayşən Məstanovaya qara rəngdə "Mercedes-Benz" markalı bahalı avtomobil alıb. Avtomobilin qiymətinin 100 min manat dəyərində olduğu deyilir. Hətta Ayşən Məstanova AzTV-yə işə də həmin avtomobillə gəlib-gedirmiş. Həmin vaxtı Arif Alışanovun həyat yoldaşı olan Hesablama Palatasının auditoru Mehriban Alışanova bundan xəbər tutan kimi ərindən boşanmağa qərar verib. Onlar tez müddətdə məhkəməyə müraciət edərək boşanıblar. Arif Alışanovun əvvəlki həyat yoldaşı Mehriban Alışanovadan 3 qız övladı var.
Yenidən ailə qurduğuna görə tənqid olunan tanınmışlar - səbəb nədir? + FOTOLARBeləliklə, Alışanovun yeni evliliyi və onun ətrafında yayılan məlumatlar bir müddətdir ki, müzakirə olunmaqdadır. Əksəriyyət AzTV QSC-nin sabiq sədrini özündən 20 yaş xanımla evlənməsini, bu münasibətə görə əvvəlki xanımından boşanmasını qınayır və yaxud tənqid edir.
Yenidən ailə qurduğuna görə tənqid olunan tanınmışlar - səbəb nədir? + FOTOLARQeyd edək ki, buna qədər bir çox tanınmış güclü cinsin nümayəndələrinin ikinci və yaxud üçüncü evliliyinə görə tənqidlərlə üzləşdiyinin şahidi olmuşuq. Məsələn, xalq artisti Niyaməddin Musayevin bir neçə dəfə ailə qurduğu barədə məlumatlar var. Hətta deyilənə görə, xalq artisti övladlarının birinin anasını analıq hüququndan məhrum edib. Bu barədə danışmağa meyilli olmayan xalq artistinin bir neçə il öncə özündən 28 yaş kiçik sevgilisi olduğu barədə məlumat yayılmışdı. Həmin sevgilisinin isə gənc ifaçı Türkan İskəndərli olduğu deyilirdi. Lakin sonradan hər iki tərəf bu xəbəri yalanlamışdı. Buna baxmayaraq, uzun müddət bu məsələ ətrafında gedən söz-söhbət səngiməmiş, 79 yaşlı xalq artisti "yeni eşq macərası"na görə tənqidlərlə üzləşmişdi.

Yenidən ailə qurduğuna görə tənqid olunan tanınmışlar - səbəb nədir? + FOTOLARVə yaxud xəstəlik səbəbi ilə dünyasını dəyişən reper Anar Nağılbazın ikinci dəfə evlənməsi xəbəri günlərlə mətbuatda müzakirə edilmişdi. Qeyd edək ki, reper Anjelika Cəbiyeva ilə evli olub və onlar qalmaqallı şəkildə boşanıb. Daha sonra o, Aytən adlı qızla evlənib. Bir müddət bu evliliyin yalan olduğu, hətta reperin Aytən adında, ümumiyyətlə, sevgilisi olmadığı deyilsə də, sonradan onların nikah şəhadətnaməsinin görüntüləri yayılmışdı.

Yenidən ailə qurduğuna görə tənqid olunan tanınmışlar - səbəb nədir? + FOTOLAR"Şeron" qrupunun üzvü olan Rüstəm Zeynallı da iki dəfə ailə qurub. İkinci dəfə ailə qurduğu Həcər xanım xalq artisti, qarmon ustası Aftandil İsrafilovun qızıdır. Həcərlə Rüstəm 2008-ci il noyabrın 11-də keçirilən toy mərasimi ilə vətəndaş nikahına daxil olublar. Onların rəsmi nikahı olmayıb. Lakin ötən il müğənninin ikinci arvadından boşandığı barədə məlumatlar yayıldı. Müğənni bu evliklərə görə bəzən sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.

Yenidən ailə qurduğuna görə tənqid olunan tanınmışlar - səbəb nədir? + FOTOLARAmma bunun fonunda tanınmış xanım sənətçiləri var ki, onlar iki və daha çox evlilik yaşasalar da, əks cinsin nümayəndələri qədər sərt reaksiyalarla rastlaşmayıblar. Məsələn, xalq artisti Flora Kərimova 3 dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovdur. Onunla tanışlığı Topçubaşovun Flora xanıma mahnı verməsi ilə başlayıb. Flora xanımın ilk evliliyi çox gənc yaşlarında olsa da, Topçubaşov ondan 20 yaş böyük olub. Onun ölümündən bir neçə il sonra azərbaycanlı biznesmen Faiq Şəfiyevlə ailə həyatı qurur. Onun bu evlilikdən bir qızı var. Faiq bəyi də yol qəzasında itirən Flora xanım 3-cü dəfə ailə həyatı qursa da, onun bu həyat yoldaşı da dünyasını dəyişir.

Yenidən ailə qurduğuna görə tənqid olunan tanınmışlar - səbəb nədir? + FOTOLARƏsl adı Aynurə Qəzənfərli olan Nura Suri də 3 dəfə ailəli olub. Hər evlilikdən bir oğlu olan Nura xanımın həyat yoldaşlarının tam adı məlum olmasa da, hər çıxışında həyat yoldaşlarının tanınmış iş adamı olduğunu bildirir. Onun ikinci evliliyi iranlı iş adamı Əlirza Suridir və Nura Suri ilə ayrılığı kifayət qədər qalmaqallı olub.

Yenidən ailə qurduğuna görə tənqid olunan tanınmışlar - səbəb nədir? + FOTOLAREləcə də Şəbnəm Tovuzlu da 3 dəfə ailə həyatı qurub. Onun ilk evliliyi Ərşad adlı müğənni ilə olub. İkinci evliliyi Famil Xəlilov adlı biznesmenlə olub. Sonuncu və hazırda da birlikdə olduğu şəxs Hacı ləqəbi ilə tanınan biznesmendir. Bu şəxslə rəsmi nikahı olmadığı söylənilən Şəbnəm Tovuzlunun iki övladı var.

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu "Yeni Müsavat"a danışıb: "Hazırda cəmiyyət gündən-günə sürətlə mürəkkəbləşir, dəyərlər, baxışlar daha fərqli olur. Ümumiyyətlə, Arif Alışanov olmasın, digəri barəsində də bu mövzuda danışmaq, müzakirə etmək doğru deyil. Çünki bu, şəxsi həyatdır, ola bilsin ki, əvvəlki həyat yoldaşı ilə yaşamaq dözülməz hala gəlib çatıb və boşanıblar. Vurub bir-birini öldürməyəcəkdilər ki. Ayrılıblar və bundan sonra yenidən ailə həyatı qurub ki, bu da normaldır. Ümumiyyətlə, niyə görəsə cəmiyyətimiz hələ də buna hazır deyil. Cəmiyyətimizdə onlarla, yüzlərlə bu cür faktlar var. Çox təəssüf ki, son vaxtlar boşanmaların da sayı kəskin artmağa başlayıb. Məhkəmə işçiləri ilə söhbətləşəndə məlum olur ki, artıq yaşlı adamlar arasında da boşanmaların sayı kifayət qədər artıb. Heç kəs istəməz ki, uzun müddət bir yerdə yaşadığı insandan ayrılsın. Amma cəmiyyət elə bir sürprizlər ortaya çıxarır, ailədəki konfliktlər daha qabarıq şəkildə özünü göstərir. İllər öncə bu, yox idi, ona görə ki, ailə standartları, dəyərləri var idi, insanların ailə haqqında təsəvvürləri başqa cür idi. İndi, çox təəssüf ki, sanki ailə institutumuz zamanın axarının əlində qalıb. Cəmiyyətdə ailə institutunun möhkəmlənməsi barədə də heç bir işlər aparılmır, addımlar atılmır. Ona görə də mən indiki vaxtda kiminsə boşanmasının, ailə qurmasının tələsik şəkildə qınanılmasının tərəfdarı deyiləm".

Bir faktı da qeyd edək ki, tanınmışların 2 və daha çox nikaha girməsi artıq adi hal kimi qarşılansa da, ictimaiyyətin özündə bu məsələyə fərqli yanaşma var. Belə ki, hələ Sovet dövründən bu günə qədər ailəsini itirən və ya boşanan qadının növbəti dəfə ailə qurması heç də müsbət qarşılanmır. Qadın ikinci dəfə ailə qurduqda bəzən qınaqlara, suçlamalara, basqılara məruz qalır. Cəmiyyətdə kök salan stereotiplərə, düşüncə tərzimizə görə, qadın fədakar, dözümlü olmalı, anadırsa öz həyatını qurmamalı, yalnız öz övladına görə yaşamalıdır. Araşdırmalar onu göstərir ki, ictimaiyyətdə boşanan kişilərin yenidən evlənmə nisbəti qadınlarla müqayisədə daha çox və tezdir. Məsələn, 2017-ci ilin statistikasına görə, Azərbaycanda 4502 boşanmış 703 dul kişi, 2353 boşanmış 168 dul qadın ailə qurub.

Boşanaraq yenidən ailə quran kişilər daha çox 30-34 yaşlılar, dul kişilər isə yaşı 60-dan çox olanlardır. Qadınlara gəldikdə isə, yenidən nikaha daxil olan boşanmış qadınlar daha çox 25-29 yaşlılar, dul qadınlar isə 50-59 yaşda olanlardır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2211   Tarix: 30 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

TOP MP3