Qətiyyən yarım litrdən çox içməyin... - XƏRÇƏNG XƏSTƏLƏRİNƏ XƏBƏRDALIQ

Qətiyyən yarım litrdən çox içməyin... - XƏRÇƏNG XƏSTƏLƏRİNƏ XƏBƏRDALIQXərçəng xəstəliyində ən önəmli addım düzgün qidalanmadır. Kimyaterapiya, Radioterapiya alan insanlar gün ərzində azı 8 stəkan adi və mineral su içməlidir. Lakin yaşıl çay 500 mq-dan çox olmaz.

BiG.AZ medicina-ya istinadən mövzu ilə bağlı yazını təqdim edir. Təzə sıxılmış meyvə şirəsi isə 300 mq-dan çox məsləhət deyil.

Pasiyentlər müalicə ərəfəsində mütləq qidalanmaya riayət etməlidir. Həkimlərin sözlərinə görə, qidalanma ilə bağlı mütləq məsləhət alsınlar. Əgər düzgün olmazsa, əksinə ziyan olacaq. Sağlam həyat tərzi üçün meyvə tərəvəzə üstünlük vermək lazımdı. Amma bu qidaların təbii olması şərtdir. Quru meyvələr və çərəzlər də faydalı hesab olunur.
Döş xərçəngi ən məşhur və ölümcül xərçənglərdən biridir.

Döş xərçəngi qarşısını almaq üçün bir neçə vacib məqamlara fikir vermək tövsiyə olunur:
• Daha az alkoqol
• Sağlam çəki
• Toksinlərin qarşısını almaq
• Fiziki fəaliyyət
• Mütəmadi yoxlamalar

Döş xərçəngi inkişafına pəhriz böyük təsir göstərir. Döş xərçəngi üçün müxtəlif qidalar var.
Brokoli xərçənglə mübarizə aparan maddələr içərisindədir. Ümumiyyətlə bu maddələr xərçəngə qarşı qoruyur.
Xərçəngi meyvə-tərəvəzlə müalicə etmək olmur, amma bu o demək deyil ki, qidalanmağımıza fikir verməməliyik. Xərçəngi önləyən qidaları mütəmadi olaraq qəbul etsək, bu xəstəliyin də qarşısını müəyyən qədər almış olarıq.

Kök
Mütəmadi olaraq yeyildiyi zaman siqaret çəkənlər də daxil olmaqla ağciyər xərçəngi riskini azaldır. Təcrübələr nəticəsində bilinib ki, qida rasionunda kökə xüsusi yer verən kəslər qırtlaq, sidik kisəsi, qalın bağırsaq, uşaqlığın boyun hissəsinin, prostat və yemək borusu xərçənglərinin yaranmasını 50 faiz, menopozdan sonra döş xərçənginə tutulma riskini isə 20 faiz azaldır.

İspanaq
2004-cü ildə Texas Universitetində keçirilən təcrübənin nəticəsinə görə, ispanaq bədəni 42 faiz qoruyur. Bundan əlavə, o, bədənin prostat xərçənginə qarşı mübarizəsini gücləndirir. Buna görə də ispanağı süfrənizdən əskik etməyin.

Portağal
Portağal və qreypfrut şirəsinin çəhrayı rəngdə olanı sarı rəngdə olanından daha faydalıdır. Qırmızı isə ən xeyirlisidir. Bu meyvələrin içi nə qədər çox qırmızı olsa, demək, tərkibində bir o qədər çox likopenin var. Bildiyimiz kimi, likopen bədəni xərçəngdən qoruyur və bu maddə eynilə pomidorda da var. Likopen antioksidant olması ilə yanaşı dərini də müxtəlif təsirlərdən qoruyur və gec qocalmanı təmin edir.

Çiyələk
Çiyələyin tərkibində bol miqdarda dəmir və fosfor olduğuna görə o, bir çox xəstəliklər üçün faydalıdır. Bundan əlavə, onun tərkibindəki C, B və K vitaminləri bədənə güc, qüvvət verir, xolesterolu aşağı salır və damar tıxanıqlığını aradan qaldırır. Eyni zamanda çox gözəl bir antioksidan olan çiyələk immun sistemini də gücləndirir. Bədəni xərçəngə qarşı qoruyur və həzm sistemini nizama salır.

Qırmızı üzüm
Qırmızı üzüm güclü antioksidandır və hüceyrənin yaranmasında da iştirak edir. Üzümün bu növü nəinki xərçəngi önləyir, həm də dəri xəstəlikləri, anemiya və epilepsiya zamanı da xeyirlidir. Araşdırmalar zamanı məlum olub ki, qırmızı üzümün tərkibi maqnezium, dəmir, sink, potansium, stronsium, kalsium kimi maddələrlə zəngindir.

Cəfəri
Dünyada ən xeyirli qidalar siyahısında ilk yerdə olan cəfəri təbii dərman təsirlidir. Gündəlik C vitaminini ödəyən cəfəri qan şəkərini nizamlayaraq xərçəngin yaranma riskini 56 faiz azaldır. Cəfəri yeyə bilməyənlər onun üzərinə limon sıxmağı yoxlamalıdır.

Balqabaq
Balqabaq beta-karotin qaynağıdır. Onun tərkibi mineral və vitaminlərlə zəngindir. Bir kiçik boşqab balqabaq günlük C vitamininin 10 faizini ödəmiş olur. Beta-karotin isə bildiyimiz kimi hər növ xərçəng xəstəliyinin qarşısını alınması zamanı çox faydalıdır.

Nar
Antioksidan baxımından son dərəcə zəngin olan nar bu xüsusiyyəti ilə bədənimizi xərçəngə qarşı bir qalxan kimi qoruyur. Nar ürək, mədə və həzm prosesi üçün də çox faydalıdır. Amerikalı alimlər qeyd edirlər ki, nar suyunu prostat xərçənginin qarşısını almaq üçün istifadə etmək ən gözəl üsuldur.
Günəbaxan, qarğıdalı, pambıq və marqarin yağlarından uzaq durun. Yerinə zeytun, kərə, quyruq yağları yeyin. Kefir, qatıq, sirkə, nar turşusu kimi probiotiklərlə zəngin qidalar yeyin. Hər gün bir diş sarımsaq və ya bir ədəd baş soğan yeyin. Gün ərzində 1-2 qaşıq sarıkök tozu istifadə edin

Xərçəngin sevdiyi qidalardan uzaq durun
• Un və şəkərdən uzaq duraraq, insulinə qarşı müqavimət göstərin.
• Qablaşdırılmış yeməkləri yeməyin
• Qutu südlərdən uzaq durun
• Şəkərsiz çay için
• Stressdən uzaq durun
• Yaxşı yatın.
• Siqaretdən uzaq durun.
• Spirtli içkiləri həddindən artıq içməyin.
• Kifayət qədər idman edin
• Mikrodalğalı sobadan uzaq durun
• Yeməkləri ənənəvi üsullarla – buxarda bişirin.
• Teflon və alüminiumdan isə qətiyyən istifadə etməyin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2687   Tarix: 26 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 621
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1766
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 501
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 917
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 725
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2934
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1427
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 960
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1230