"Şivən saldığınız telekanallarda mahiyyətsiz görünürsünüz" - Video

"Şivən saldığınız telekanallarda mahiyyətsiz görünürsünüz" - VideoMinlərlə manatlıq vəsait xərclənmiş bir klip deyil, cəmi 53 saniyəlik bir sənət əsərindən söz açıram.

Xalq artistləri Simarə İmanova, Gülyanaq Məmmədova, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Əməkdar artistlər Ruzə İbişova və Bəsti Sevdiyevaya sevgi və sayğı ilə!..

Varlığına və ucalığına şükür, sənət! Səndən başlayır bütün zehni, mənəvi və maddi yüksəlişlər! Səni və o müqəddəs ucalığını görməyənlər, görməzdən gələnlər, Nəsiminin dili ilə desək, leşlərdir.

Bu dəfə iki saatlıq filmdən, yaxud teatr tamaşasından, hansısa solo-konsertdən və ya bir klipdən yazmayacam. Cəmi 53 saniyəlik bir sənət əsərindən söz açıram. Sənətlə, istedadla dolub-daşan, həvəskar çəkilişlə ərsəyə gələn 53 saniyəlik bir videodan bəhs edirəm.

Bu kiçik video mənə onsuz da güman etməkdə olduğum bir həqiqəti sübut etdi: iş əsl istedadın və peşəkarın əlindədirsə, o, hər yerdə, hər şəraitdə sənət nümayiş edər. Sözügedən kiçik videoda musiqimizin istedadlı və peşəkar xanəndələri bu həqiqəti göstərirlər.

Minlərlə manatlıq vəsait xərclənmiş bir klip deyil. Hansısa telekanalın kameralarla dolu, işıqlarla parlayan studiyası deyil. Saray deyil, konsert salonu deyil, teatr səhnəsi deyil. Lüks maşınlarda, zadəgan evlərdə, bahalı restoranlarda oturmayıblar. Onların bu maddi göstərişlərə ehtiyacı da yoxdur. Çünki onların bütün maddi sərvətlərdən daha ali, daha uca olan sərvətləri var: istedad və bilik!

Hansısa bölgədə, ağacların arasında, sadə bir masanın ətrafında oturublar. Kiçik bir çay süfrəsi var önlərində. Bəzən növbə ilə, bəzən xorla "Ay dili dili Dilavər" mahnısını oxuyurlar. Təkcə oxumaqla keçmirlər. Yaradırlar. Qururlar. İnşa edirlər. Ucaldırlar. Çünki bunu bacarır və bilirlər!

Onların istedad və bilikləri bu kiçik şəraitdə, bu həvəskar çəkilişdə və cəmi 53 saniyədə elə bir sənət nümayiş edə bilir ki, ölkənin telekanallarında, internet portallarında cərəyan edən sözdə sənət hadisələri onun yanında aciz və cılız görünür.

Müraciətim o telekanallaradır! Baxın! Yaxşı-yaxşı baxın! Sizin gah şpaqat açmaqla, gah dombalaq aşmaqla, gah saç yolmaqla, gah ağlayıb-zırlayıb hay-həşir salmaqla və bu cür müxtəlif əcaib formalarla qazanmağa çalışdığınız o reytinq ki var, bu adamların həvəskar şəraitdə yaratdığı 53 saniyəlik sənətə təzim edir! Sizin bütün varlığınız və bütün çabalarınız onların istedadı və biliyi önündə necə də mənasız, puç və heç görünür! Özünüz bunun fərqinə varırsınızmı? Özünüz bundan utanırsınızmı? Hərçənd, utansanız, sevinərəm.

İş istedadın və peşəkarın əlində olanda adi səmimi bir süfrədə doğulan gözəlliyə baxın! Çünki işin məktəbini bilirlər. Kitabını bilirlər. Və ən əsası, istedadları var! Siz öz qapınızı pulu və arxasında adamı olanlara açıb, bayağı, ucuz şoularla reytinq qazanıb, reklamdan pul götürüb və o pula arxalanmaqda olun. Sənət öz adamını, öz sütununu, öz sevənini və bilənini heç vaxt unutmur! Onları kiçik bir masanın ətrafındakı kiçik bir videodan gətirib yenə də layiq olduqları zirvəyə, pərəstişin kürsüsünə oturdur. Məsələn, indi mənim onları izləyərkən yaşadığım pərəstiş və sevgi hissini, bu yazını yazmaq üçün onlara sevə-sevə və fəxrlə ayırdığım vaxtı siz heç vaxt, təkrar və qətiyyətlə vurğulayıram, heç vaxt qazanmayacaqsız!

Efiri bazar adamlarına meydan eləmisiz. Adını sənət, yaradıcılıq, şou və s. qoyub xalqa özünüzü mədəniyyət adamı kimi sırıyırsınız. Əsl sənət adamları isə öz xariqələrini bütün şəraitlərdə yarada bilirlər. Halbuki, bu mötəşəmlikdən nə verilişlər ərsəyə gətirmək olar! Onlara heç nə lazım deyil. Mən əminəm ki, sizin parlaq kürsüləriniz, rəngarəng pavilyonlarınız, pafoslu anonslarınız, dörd yandan tuşlanmış kameralarınız onlara qətiyyən gərək deyil. Elə o masanın ətrafında, o şəraitdə oxusalar və bunu çəkib yayımlasanız, sizə "Qızıl fond"luq incilər bəxş edərlər. Çünki onlar yaradırlar. Yaratmaq üçün bacarıqları və bilikləri var!

Sözügedən videoda əvvəlcə Xalq artisti Simarə İmanova oxuyur. Ardınca Xalq artisti Gülyanaq Məmmədova davam edir. Sonra videonu da çəkən Xalq artisti Səkinə xanım İsmayılovanın səsi eşidilir. Daha sonra Əməkdar artist Ruzə İbişova oxuyur. Xorda isə bütün bu möhtəşəm səslərin yanında Xalq artisti Mələkxanım Əyyubovanın və Əməkdar artist Bəsti Sevdiyevanın səslərinin də fövqəladə ahəngini eşidirik.

Bu səmimi görüntüyə, bu möhtəşəm ifaya, bu fövqəladə uyğunluğa, sanki hansısa ustad rejissor quruluş verib. Amma deyil! Onların istedadı və biliyi bəsdir. Bu səmimiyyətlə kəmiyyətdə kiçik, keyfiyyətdə isə nəhəng sənət göstərməyə onların səsi, avazı, o səsi işlətmək bacarığı, musiqini duymaq və ötürmək qabiliyyəti kifayət edir. Təkrar edirəm: çünki onların istedadı və biliyi var!

Bunu əbəs yerə təkrar etmirəm. Efirdən və ya internet portallarından sənət adı ilə həyasızcasına xalqa boylanan dələduzlar, sənət və mədəniyyət xainləri və onların pulgir, tamahkar havadarları yaxşı-yaxşı dərk etsinlər deyə təkrarlayıram. Təkrarlayıram ki, onlarda olmayan bu iki dəyərli sərvəti tanısınlar və bilsinlər! Anlasınlar ki, bunlar olmadan milyonlarla baxış yığıb, milyonlarla pul qazansanız da, ərsəyə gətirdiyiniz zay məhsullar və imzanız da sizinlə birgə məhv olub gedəcək! Əgər əbədiyyət və ruhlar varsa, sizin ruhunuz da bu sənətkarlara təzim etməklə keçirəcək o əbədiyyəti.

Baxın! Bu 53 saniyəlik videoya yaxşı-yaxşı baxın! 7/24 şivən saldığınız o telekanallarda, hər künc-bucağından gözə girdiyiniz internet portallarında, şou xətrinə yaratdığınız bütün qalmaqallarda, bahalı kliplərinizdə və sizinlə bağlı olan hər şeydə bu istedad və biliyin zərrəsi mövcud deyil. Baxın və görün ki, siz bu sənətkarların sənəti qarşısında – üzr istəyirəm, düzəliş edim – onların hüzurunda necə mahiyyətsiz görünürsünüz! Baxın! Diqqətlə baxın! Çünki siz əsl, həqiqi, ali, uca və müqəddəs olan sənətə həmişə baxa-baxa qalacaqsınız!


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1496   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Ailəsi məni istəməyə gəlmişdi, özü hoteldə yatırdı" - Video

Müğənni İradə İbrahimova həyat yoldaşı, türkiyəli iş adamı Ceyhun İzerin illər əvvəl xəstəlik keçirdiyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə ARB TV-də yayımlanan "Söhbət var" verilişində danışıb. İ.İbrahimova bildirib ki, evlənədə həyat yoldaşında "Kleyne-Levin"

16.12.2025 612
.

Azərbaycan ilk dəfə Ermənistana xal verdi

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad

13.12.2025 604
.

Məşhur şoumenin 6-cı dəfə boşanmasının ŞOK səbəbi üzə çıxdı

Xəbər verildiyi kimi, məşhur şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik həyat yoldaşı Gülseren Ceylandan ayrılır. Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi böyük yaş fərqindən irəli gələn fikir ayrılıqları və bitib-tükənməyən mübahisələr olub. Mehmet Ali Erbi

14.12.2025 1023
.

Ögey qızının açıqlamaları "Nana"nın işinə son qoydu

"Kanal D" aparcısı Evrim Akın ilə yollarını ayırıb. Axşam.az xəbər verir ki, aparıcı son günlər keçmişinə dair iddialarla gündəmə gəlib. Bu səbəbdən kanal aparıcı ilə əməkdaşlığına son qoyub. Məlumata görə, proqram "Pazar Gezmesi" adı ilə yayımlanmağa davam edəcək və layihəni bunda

13.12.2025 547
.

"Titanik"in ulduzu: "Əsl gözəlliyin nə olduğunu anlamırıq"

Britaniyalı aktrisa və Oskar mükafatı laureatı Keyt Uinslet botoksu, dolğu və pəhriz həblərini sərt şəkildə tənqid edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Times" qəzetinə verdiyi müsahibədə danışıb. "Bu, kabusdur. Bəzi insanlar hər nəyin bahasına olursa-olsun, başqası olma

11.12.2025 395
.

Nüşabə Ələsgərli mülkünü açıqladı

Əməkdar artist Nüşabə Ələsgərli var-dövlətini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində Əməkdar artist Vasif Məhərrəmlinin "Şou-biznesin ən varlı müğənnisi Nüşabə Ələsgərlidir" sözlərinə reaksiya verib:. "Mən deyiləm. Vasif böyük səhv edib haqqımd

15.12.2025 515
.

Rəqsanə boşanıb: "Hər şey bitib"

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla münasibətlərinin bitdiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi ötən gün olan konsertində deyib. Onun "Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib" sözləri diqqət çəkib. Qeyd edək ki, Rəqsanəni

17.12.2025 764
.

Aygün Kazımovanın qızı TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ - FOTO

Xalq artsiti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova son görüntüsü ilə diqqət çəkib. xəbər verir ki, ifaçının sosial mediada yeni görüntüsü yayımlanıb. Onun xeyli dəyişən görüntüsünə çoxsaylı tərif gəlib. Fotoya çoxsaylı bəyəni gəlib

14.12.2025 960
.

54 yaşlı Aygün Kazımova görünüşü ilə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Xalq artisti Aygün Kazımova tərzi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça qatıldığı məclislərdən birində ağ geyimlərdən istifadə edib. Kazımova tərzini kürk və ağ şlyapa ilə tamamlayıb. Fotoların müəllifi Muxtar Bədəlovdur

13.12.2025 1286
.

TOP MP3