Bu pendirlər insanı zəhərləyə bilər - RƏSMİ XƏBƏRDARLIQ

Bu pendirlər insanı zəhərləyə bilər - RƏSMİ XƏBƏRDARLIQGündəlik qida rasionumuzda əsas yer tutan süd məhsullarından olan pendir insan orqanizmi üçün çox faydalıdır. Tərkibində zülal, yağ və digər bioloji fəal maddələr olan pendir, həmçinin A, B, D, E vitaminləri və kalsiumla zəngindir.

Pendir südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur. Süd və süd məhsulları yüksək risk qrupuna aid olduğundan istehlakçılar pendir alarkən mütləq bəzi məqamlara diqqət yetirməlidirlər.

Qida Təhlükəsizliyi Agentliyindən BiG.AZ-a bildirilib ki, pendir alarkən saxlanma şəraitinə, məhsulun orqanoleptik göstəricilərinə mütləq fikir verilməlidir. Çünki köhnə və keyfiyyətsiz pendir zəhərlənməyə səbəb ola bilər.

Satış şəbəkələrindən alınan pendirin qida dəyərini qoruması üçün saxlanma şərtlərinə əməl olunmalıdır. Belə ki, pendiri alıb evə gətirdikdə dərhal soyuducuya yerləşdirmək lazımdır. Soyuducuda olan pendirin bir qismini istifadə etdikdən sonra, qalan hissəni əmtəə keyfiyyətini qoruyub saxlaya bilməsi üçün öz suyunda saxlamaq tövsiyə olunur. Əgər pendirin suyunda hər hansı keyfiyyət dəyişikliyi müşahidə edilərsə, onu evdə hazırlanan duzlu su məhlulu ilə əvəz etmək olar.

Keyfiyyətli pendir sərtliyi və ağ rəngi ilə seçilir. Qablaşdırılmış ağ pendir qapağı açıldıqdan sonra da öz suyunda saxlanmalıdır. Gündəlik tələbata uyğun, lazımi miqdar götürüldükdən sonra bu pendirlər öz suyunda və ya strec sellofana bükülmüş şəkildə 5-7 gün müddətində saxlanıla bilər. Ağ pendirlər, adətən öz təzəliyini və keyfiyyətini 2 həftə saxlayır. Motal və ya holland pendirləri kimi sərt pendirlər isə bir neçə həftə istehlak yararlılığını qoruyur.

Pendir seçimi edən istehlakçılar, ilk növbədə pendirin suyunun olub-olmamasına, yəni pendirin öz suyunda saxlanılmasına diqqət etməlidirlər. Əgər pendir duzlu su içərisində saxlanılmayıbsa, bu onun xarab olmasını sürətləndirir. Pendirlər, adətən qaranlıqda, +2℃ - +4℃ temperatur şəraitində saxlanmalı və istehlakçı satış obyektində məhsulun həmin temperaturda saxlanıldığından əmin olmalıdır.

Əgər pendir vakuumlaşdırılmış qablaşmadadırsa, o zaman ağzı açılmadığı müddətdə təminatlı saxlanma müdəti 1 ildir. Mikroorqanizmlərlə asanlıqla çirklənmə ehtimalı olduğu üçün yaxşı olar ki, qablaşdırması açıldıqdan sonra məhsul ən qısa müddətdə istehlak edilsin. Eyni zamanda, pendir şüşə, metal və ya keramik materialdan olan qablarda saxlanılmalıdır.

Holland pendirində isə bir qədər fərqli saxlanma şəraitinə əməl edilməlidir. Belə ki, lazımi miqdar götürüldükdən sonra qalan hissəni strec paketlə hava keçməyəcək şəkildə bükmək lazımdır. Əgər məhsul hava ilə təmas edərsə, pendirdə xarabolma əlamətləri daha da sürətlənəcək.

Yadda saxlamaq lazımdır ki, ağ pendir və onun növlərində temperatur, motal və ya holland pendirlərində isə rütubətin optimallığı qorunmalıdır.

Qablaşdırılmış pendirin üzərində məhsulun əmtəə nişanı, istehsalçının adı və ünvanı, istehsal tarixi, məhsulun xalis çəkisi qeyd edilməlidir. Son istifadə tarixi başa çatmış pendir istehlak edilməməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 532
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

10:17 468
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 357
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

14:21 95
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 204
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 281
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 530
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1138
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 265