Lukaşenko 6 min məhkumu əfv etdi

Lukaşenko 6 min məhkumu əfv etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun faşist Almaniyasının işğalından azad olunmasının 75 illik yubileyi ilə əlaqədar olaraq təxminən 6 min məhkumun əfv olunması barədə fərman imzalayıb. Bu barədə TASS xəbər verir.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, sənədə əsasən, amnistiya ağır və xüsusilə ağır cinayətlər törətməyən şəxslərə şamil edilir. Əfv fərmanı yetkinlik yaşına çatmamış uşaqlara, hamilə qadınlara, qadınlara, himayəsində 18 yaşa qədər uşaq olan kişilərə, pensiya yaşına çatmış şəxslərə, I və II qrup əlilliyi, onkoloji xəstəlikləri olan şəxslərə, müharibə veteranlarına, xidmət dövründə yaralanmış, Çernobıl qəzasından zərər çəkən şəxslərə tətbiq olunacaq.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 315 Tarix: 20.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər