Bakının bu rayonu oğurluq sayına görə rekord vurdu - Bir gecədə baş verənlər

Bakının bu rayonu oğurluq sayına görə rekord vurdu - Bir gecədə baş verənlərBakının Xətai rayonu bir sutka ərzində qeydiyyata alınmış oğurluq hallarının sayına görə rekord vurub. Belə ki, daxili işlər orqanlarının əməkdaşları iyulun 18-dən 19-dək şəxsi əmlakın oğurlanması üzrə 15 hadisə qeydə alıblar.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

Əldə olunmuş məlumata görə, bu rayondakı mənzillərin birində iri məbləğdə oğurluq hadisəsi törədilib. Belə ki, 39 yaşlı Sevda Xəlilovanın 15 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb. Qadın polisə şikayət edib və hətta oğurluqda şübhəli bildiyi şəxsin adını açıqlayıb. Oğrunun S.Xəlilovanın qonşusu olduğu məlum olub. Şübhəli hələ saxlanılmadığına görə onun adı açıqlanmır.

Həmin rayonun 37-cı Polis Bölməsinin ərazisində Babək prospektində yerləşən 10 nömrəli evin komendantının şübhəli bilindiyi oğurluq hadisəsi törədilib. Məlumata görə, ev sahibi A.Rəhimov bildirib ki, iyulun 18-də saat 16:00-da binanın komendantı (istintaqın maraqlarına uyğun olaraq adı açıqlanmır) dərman istəmək üçün onun yanına gəlib. Komendantın gedişindən sonra isə kişi 3000 manat dəhərində qızıl zinət əşyalarının oğurlandığını aşkarlayıb. Faktla bağlı təhqiqat aparılır, hələlik saxlanılan yoxdur.

Bu arada Sabunçu Rayon 14-cü Polis Bölməsinin əməkdaşları operativ-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan cinayətkar qruplaşmanın ehtimal edilən üzvlərini saxlayıblar. Bildirilir ki, iyulun 18-nə keçən gecə Maştağa qəsəbəsindəki "Oba" mağazalar şəbəkəsində oğurluğa cəhd olub. Cinayətkarlar mağazanın qapısının qıfılını sındırsalar da, planlarını sonadək həyata keçirə bilməyiblər. Polislər onların planlarına mane olublar. Cinayətkarlar polisləri görüb qaçsalar da, tezliklə tutulublar.

Tutulanlar bunlardır: daha əvvəl oğurluğa görə mühakimə edilmiş 2001-ci il təvəllüdlü Fərid İsmayılzadə, dövlət təltiflərinin oğurlanması və satılmasına görə mühakimə edilmiş 1993-cü il təvəllüdlü Sakit Əkbərov, 2002-ci il təvəllüdlü Şəmsi Məmmədli, 2003-cü il təvəllüdlü Saləddin Abıyev və 1965-ci il təvəllüdlü Əliəşrəf Fəttahov.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1260   Tarix: 20 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585