İlham Əliyev SƏRƏNCAM İMZALADI

İlham Əliyev SƏRƏNCAM İMZALADIPrezident İlham Əliyev Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"2019-cu ilin sentyabr ayında görkəmli dilçi alim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin anadan olmasının 110 illiyi tamam olur.

Akademik Məmmədağa Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirmiş, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu vardır. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. SSRİ Elmlər Akademiyasının Bakıda iyirmi ilə yaxın bir dövr ərzində Məmmədağa Şirəliyevin rəhbərliyi altında işıq üzü görən "Sovetskaya tyurkoloqiya" jurnalı bu səpkidə yeganə nüfuzlu nəşr olub, beynəlxalq elm məkanında dünya türkoloqlarının mötəbər tribunasına çevrilmişdir. Alim respublikada və onun hüdudlarından kənarda filoloqların yeni nəslinin müasir elmi-nəzəri biliklərə dərindən yiyələnməsi üçün var qüvvəsini əsirgəməyərək uzun illər ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxumuş, həmçinin yüksəkixtisaslı dilçi kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir. Məmmədağa Şirəliyev, eyni zamanda, mövcud elmi potensialdan daim ölkənin və xalqın mənafelərinə uyğun səmərəli istifadə olunmasına çalışan bacarıqlı elm təşkilatçısı kimi tanınırdı.

Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Məmmədağa Şirəliyevin 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3639   Tarix: 19 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 154
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 207
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 352
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 301
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 236
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

03.05.2024 287
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 329
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 346
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 146