Ona sevgisinə görə dəlixanaya düşdü, intihar etdi, sonda isə… - ŞOK TƏFƏRRÜAT

Ona sevgisinə görə dəlixanaya düşdü, intihar etdi, sonda isə… - ŞOK TƏFƏRRÜATMəşhur amerikalı yazıçı Frensis Skott Fitsceraldla böyük və qəribə eşq yaşayan Zelda Seyrnin (Zelda Fitscerald) dramatik həyatı…

Zelda Seyr 1900-cü il iyulun 24-də Alabama ştatında doğulub. Anasının böyük sevgisi qarşılığında atası bir o qədər soyuqqanlı və məsafəli idi. Uşaqlığı bu iki ziddiyyətli qütb arasında keçib getdi. Hələ uşaqkən dama çıxaraq həyatını təhlükə qarşısında qoyan Zeldanı polis xilas edir.

Lakin həqiqətlər göründüyündən fərqli idi…

Polis idarəsinə zəng edən Zeldanın özüydü. Hələ o zaman qayğıya olan ehtiyacı balaca qızcığazın dramatik həyatını göz önünə sərdi.

Məşhur yazıçı Frensis Skott Fitsceraldla dillər əzbəri olan böyük bir eşq yaşadı və 1920-ci il martın 3-də evləndilər. Bir-birini çox sevirdilər, amma bu başdan bir-birini rəqib kimi gördüklərini də açıq şəkildə büruzə verdilər. Bu, aralarında tez-tez mübahisəyə səbəb olurdu, üstəgəl ikisi də spirtli içki alüdəçisi idi. Şiddətli mübahisələr hər ikisinə zərər versə də, bir-birindən imtina etmədilər. Fiziki və mənəvi zorakılıq həyatlarından heç əksik olmadı.

Bir-biri ilə yola gedə bilmədikləri kimi, ayrı da qala bilmirdilər…

Həmin illərdə Skott Fitscerald ona məşhurluq qazandıran ən möhtəşəm əsərlərini yazdı, amma işin başqa bir maraqlı tərəfi vardı. Zelda Skottun yaratdığı obrazları onun gündəliyindən "oğurladığını" iddia edirdi. İllərlə bu məsələ ətrafında mübahisələri davam etdi.

Zelda çox qısqanc idi, depressiya düşdüyü vaxtlarda öz paltarlarını yandırırdı, evdəki tabloları qırırdı. Hətta, bir qonaqlıq məclisində özünün zinət əşyaları ilə birlikdə başqalarının zinət əşyalarını qazana ataraq "şorba" bişirmək istəmişdi.

Skotta duyduğu sevgi qarışıq nifrətinə hakim ola bilmirdi…

Yenə həyat yoldaşını qısqandığı günlərdən birində özünü eyvandan atdı, lakin ölmədi. Skottun ədəbiyyata ayırdığı vaxtı qısqanmağa başlamışdı. O, yazarkən diqqətini yayındırmaq üçün əlindən gələni edirdi.

Mübahisələr getdikcə şiddətlənirdi…

1930-cu ildə Zelda Fitscerald şizofreniya diaqnozu ilə xəstəxanaya aparıldı. Bu dönəmdə dayanmadan yazırdı. Skott da onun qaldığı dispanserin yaxınlığında mənzil kirayələdi və görüşməyə davam etdilər.

Lakin Skott Fitscerald 1940-cı ildə ürək infarktı keçirərək həyatını itirdi. 8 il sonra isə dispanserdən çıxan Zelda yanaraq öldü. (teleqraf)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1787   Tarix: 16 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 126
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 172
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 421
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 613
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 770