"Qənirə Paşayeva böyüyümdür, ona "bacı" deyirəm" - Günay Musayeva

"Qənirə Paşayeva böyüyümdür, ona "bacı" deyirəm" - Günay MusayevaUzun illərdir Türkiyədə yaşayan və fəaliyyət göstərən məşhur model Günay Musayeva Bakıda dəfilələrin birində podiuma çıxıb.

O, həm bu hadisə, həm də özü ilə əlaqədar digər məsələlərlə bağlı Axşam.az-ın suallarını cavablandırıb.

- Günay, uzun müddət sonra Bakıda podiuma çıxdınız. Təəssüratlarınız necədir?

- Sözsüz ki, vətənimi çox sevirəm. Uzun zaman sonra Bakıda podiuma çıxmağım məni fərəhləndirdi.

- Türk mediası illərdir sizdən yazır. Hazırkı mövqeyinizdən razısınız?

- Əlbəttə, razıyam. Çünki mənim yerimdə olmaq istəyən o qədər insan var... Hansı ki, bundan ötrü çox pul xərcləyirlər. Şükürlər olsun ki, bu yerdəyəm. Gündəmdə qalım, hər gün haqqımda danışılsın və s. mənim üçün maraq kəsb etmir. Sadəcə işimi görüb, evimə halal çörəyimi aparmaq istəyirəm.

- Bildiyimizə görə, Türkiyədə yeganə 34 bədənli model sizsiniz. Vücudunuzu necə qoruyursunuz?

- İdman edirəm, sağlam qidalanıram. Həftənin beş günü idmana gedirəm. Bundan başqa, kikboksla da məşğulam. O qədər çox model var ki... Statusumu qorumaq üçün özümə baxmalıyam. Bu, eyni zamanda məsuliyyət tələb edir. Həm də sağlamlıq baxımından bunları etmək lazımdır.

- Azərbaycandan getdiyiniz dövrlərdə sizə kimlər dəstək oldu?

- Həmin dövrlərdə yanımda heç bir azərbaycanlı yox idi, mənə heç kim dəstək olmadı... Hazırda da Rüfət İsmayıldan başqa yaxın dostum yoxdur.

- Azərbaycanlı modelin Türkiyədə uğurlu karyerası yəqin başqalarını narahat edir. Sizə mane olanlar var?

- Mənim çıxdığım dəfilələrdə bir çox tanınmış model olur. Onlar mənim qazandığım qonorarın yarısını, hətta dörddə birini alırlar. Bu da istər-istəməz bəzilərini qıcıqlandırır. Ya da çıxdığım dəfilələrdə əsas model olaraq podiumda görünürəm. Bunu isə mən yox, dizaynerlər, xoreoqraflar qərarlaşdırır. Bunlar qısqanclıq yaradır. Amma mən heç kimi qısqanmamışam, narahatlıq verməmişəm, öz işimə, yoluma baxmışam. Hər oyananda Allaha şükür edirəm. Bunu hər kəs etməlidir.

- Sizin millət vəkili Qənirə Paşayeva ilə yaxın münasibətlərinizin olduğu deyilir...

- Qənirə xanımı çox sevirəm, böyüyümdür. Zamanında mənə çox dəstək verib. Mənim üçün dəyərlidir, ona "bacı" deyirəm. Fürsət tapdıqca, görüşürük.

- Övladınız Cahangirin hansı sənətin sahibi olmasını istəyərsiniz?

- Mən onu yönləndirmərəm. Hansı sahədə çalışmaq istəyirsə, onu seçməlidir. İnsanları dəyişmək, yönləndirmək kimi xüsusiyyətim yoxdur. Hər kəs gördüyü işi sevərək etməlidir. Anam da istəyirdi ki, mən tarix müəllimi olum, amma model oldum. Düşünün, mən tarix müəllimiyəm... (gülür).

- Son günlər türk mediasında sevgiliniz Taha Tatlıcını bıçaqlamağınızla bağlı xəbərlər yayıldı...

- Buna Türkiyədə "masabaşı" xəbərləri deyirlər. Bu da uydurma bir məlumat idi. Hazırda həmin xəbəri yazan jurnalisti məhkəməyə vermişik. Alacağımız təzminatı kimsəsiz uşaqlara verəcəyik.

- Sevgi münasibətinizdə vəziyyət necədir?

- Taha ruh əkizimdir. O zamanlar tanımadığım bir adamla evlənmişdim. Hazırda Taha ilə eyni evdə yaşayırıq. Bir-birimizi çox sevirik. Bizi belə xəbərlər sarsıtmır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1525   Tarix: 12 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 1059
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 564
.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

30.04.2024 850
.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 3301
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

29.04.2024 1082
.

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin

01.05.2024 323
.

İkinci övladı oldu

Bir vaxtlar məşhur olan "Hepsi" qrupunun keçmiş solisti Cemre Kemerin ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə ifaçı özü paylaşım edib. O, ailəsi ilə olan fotosuna "Kerim, 22.04.2024" qısa şərhini yazıb. Qeyd edək ki, Cemre Emir Medina ilə ailəlidir. Cütlüyün 1 qız

28.04.2024 438
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 730
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1173