ŞAD XƏBƏR - Pensiyalar ARTIRILDI
Əmək pensiyalarının minimum məbləğinin artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisdə qəbul edilib.
BiG.AZ xəbər verir ki, qanun layihəsini iqtisadiyyat və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim edib.
Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".
Deputat Qüdrət Həsənquliyev qanun layihəsinin müzakirəsi zamanı təkliflə çıxış edib: "Qanun çox mütərəqqidir. Amma burada indeksləşmə məsələsi var ki, ildə bir dəfə nəzərdə tutulur. Hesab edirəm ki, payız sessiyasında bu məsələyə yenidən baxa bilərik. Çünki Azərbaycanda 2015-ci ildə 2 dəfə devalvasiya oldu. Təbii ki, istəməzdik ki, manat nə vaxtsa yenə ucuzlaşsın. Amma biz qanunverici orqan olaraq bütün məsələləri nəzərə almalıyıq. İlin əvvəlində indeksləşmədən sonra manat ucuzlaşarsa və ya inflyasiya baş verərsə, aztəminatlı, penisya və sosial yardım alan əhali gözləməlidir ki, ilin sonunda indeksləşmə olacaq? Ona görə də hesab edirəm ki, indeksləşməni ildə bir dəfə yox, hər ay etmək lazımdır. Aidiyyəti qurumlar nə iş görür ki? İndeksləşməni hər ay aparmaq problem yaratmaz".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 4264 Tarix: 12 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşErmənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"
Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma
28.04.2024 146 Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək
Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca
28.04.2024 160 Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib
Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"
28.04.2024 169 Gürcüstan əhalisi azalır
2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25
28.04.2024 209 İrtış çayında qayıq qəzasında iki nəfər ölüb
İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr
28.04.2024 147 Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb
Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev
28.04.2024 126 Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək
Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak
28.04.2024 192 Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır
Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları
28.04.2024 147 Zəngilanda silah-sursat aşkarlanıb
Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl
28.04.2024 186