Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar

Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı FaktlarBu gün 47 yaşında amansız xəstəlikdən dünyasını dəyişən aktrisa, Əməkdar artist Xanım Qafarovanın ölümündən 5 il keçir. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir:

1. Xanım Qafarova Musiqili Komediya Teatrının parlaq, yadda qalan və həyat enerjisi ilə dolu aktrisası idi. Komediyalardakı aparıcı rollardan başqa vokal səsli aktrisa mahnı ifaçılığı ilə də tamaşaçılara öz pozitiv enerjisini ötürürdü.

2. İnsan kimi bir çox cəhətləri, xüsusən sadəliyi onu həmkarlarından fərqləndirirdi. Bu, onun özü haqqında dediyi 5 cümlədə daha aydın görünür: "1967-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşam. Əslim Kürdəxanı kəndindəndir. Ailədə 1 bacı, 1 qardaşıq. Qardaşım rəhmətə gedib. Ailəliyəm. 1 qızım var."

3. Xanım Qafarova Musiqili Komediya Teatrının əsas simaları olan Hacıbaba Bağırov, Afaq Bəşirqızı nəslindən sonra onların yetirməsi kimi teatrın ulduzu sayılırdı. Teatr səhnəsindəki rolları ilə bərabər "Kənddən gələn var", "Adam ol", "Yuxu", "Qaynana" kimi film və teletamaşalarda yaratdığı obrazlar da yaddaqalandır.

4. Komik planlı aktrisa olmasına baxmayaraq faciəvi taleyinə görə beş ildir ki, tamaşaçılar tərəfindən ağrı və kədərlə xatırlanır.

5. Səhnədə ekranda bir-birindən parlaq obrazlarda görünən aktrisanın miskin bir daxmada yaşaması da tamaşaçıları onun ağır xəstəliklə mübarizəsini izləməkdən az məyus etməmişdi.

6. 47 illik ömrünün böyük bir hissəsini səhnədə parlaq obrazlara sərf edən aktrisa divarları daşdan belə olmayan dəmir qarajda yaşayırdı. Maddi vəziyyətini düzəltmək üçün toylara gedən aktrisanın bu qədər yoxsulluqda yaşadığını güman etmirdilər.

7. Ailə həyatının uğursuzluğu da bu taleyə daha tünd rəng qatırdı. Həyat yoldaşının ikinci xanımı olan aktrisanın bu evlilikdən Gövhər adında qızı var. Lakin müəyyən səbəblər üzündən cütlük bir yerdə yaşaya bilmədi və Xanım Qafarova dəstəyə ehtiyacı olduğu vaxtda kiçik daxmada qızı və anası ilə yaşadı. Aktrisanın həyat yoldaşı yalnız onun yeddi mərasimində göründü.

8. Xərçəngdən əziyyət çəkən Xanım Qafarovanın son günləri tamaşaçıları sarsıtdı: məşhur sənət adamı olması, mübarizliyi, pozitivliyi, möhkəmliyi həyatın amansızlığına qalib gələ bilmədi. Sənətçi yoxsul daxmasında yaşayıb ağrılar içində, 6 yaşlı tək qızından nigaran halda dünyanı tərk etdi. "Qızımın 6 yaşı var, ölmək istəmirəm..." Bu aktrisanın mətbuatda yayılan son sözləri idi.

9. Aktrisanın ölümündən sonra mətbuata müsahibə verən həyat yoldaşı maddi vəziyyətinin pis olduğunu, qızına lazımi imkan yarada bilməyəcəyini söylədi. Lakin mətbuat Xanım Qafarovanın qızını və anasını diqqətdə saxladı. İş adamlarından biri Qafarovanın qızı Gövhərə ev hədiyyə etdi

10. Gövhər anasının sənətinə diqqətsiz qalmayıb. Ötən il Türkiyənin kino ulduzu Mahsun Qırmızıgülün rejissoru olduğu "Mücize 2" filminin çəkilişlərinə qatılan 11 yaşlı qız anasının sənətini sevsə də vəkil olmaq arzusundadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2918   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 597
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 150
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 344
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 417
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 247
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 409
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 282
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 304
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 1241