Göz yaşları içində karyerasını başa vurdu

Göz yaşları içində karyerasını başa vurdu

Portuqaliyanın "Benfika" klubunun hücumçusu Jonas Qonsalves Oliveyra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Braziliyalı hücumçu 35 yaşında butsılarını mıxdan asmağa qərar verib. "Benfika" futbolçu üçün vida mərasimi təşkil edib.

Azarkeşlərlə vidalaşan Jonas göz yaşlarını saxlaya bilməyib.

Braziliyanın "Quarani" klubunun yetirməsi olan Jonas "Santos", "Qremio" və "Valensiya" klublarında da çıxış edib. O, "Benfika"da 2014-2019-cu illərdə 183 oyuna 137 qol vurub. Jonas Braziliya millisində 12 oyun keçirib və 3 dəfə rəqib qapıçıları məyus edib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 800 Tarix: 11.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər