Dünyanın ən hündür gənci - FOTO

Dünyanın ən hündür gənci - FOTO
ABŞ-ın Miçiqan ştatında yaşayan 22 yaşlı Brok Braunun boyu 240 sm-dir.

BiG.AZ ölkə.az-a istinadən bildirir ki, Brok bir neçə il əvvəl dünyanın ən hündür yeniyetməsi ünvanına layiq görülüb.

Brok anadangəlmə genetik xəstəlik sayılan Sotos sindromundan əziyyət çəkir. O, hələ uşaq baxçasına gedəndə boyu artıq 153 sm idi. Hazırda Brok anomal boyuna görə ancaq dərzilərə paltar sifariş edir, onun üçün 250 sm uzunluğu olan çarpayı hazırlanıb.

Diabetdən də əziyyət çəkən gənc yeriməkdə çətinlik çəkir. Amma o, öz restoranını açmaq barədə xəyallar qurur. Bu yaxınlarda isə idman mərkəzində işə qəbul edilib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1730 Tarix: 07.07.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər