"Mənə gündə əlli mahnı göndərirlər ki..." - Mənzurə

"Mənə gündə əlli mahnı göndərirlər ki..." - MənzurəMüğənni Mənzurə Musayeva ATV-də Günay Firudinqızının aparıcılığı ilə yayımlanan "Ulduzlu yayım" verilişinin qonağı olub. Sənətçi sənəti və şəxsi həyatı barədə bir sıra sualları cavablandırıb.

BiG.AZ ölkə.az-a istinadən həmin müsahibəni təqdim edir.

- Hələ bu yaşa qədər heç nə etdirməmişəm. Kosmoteloq dostlarımız var. Hərdən deyirlər ki, gəl, botoks edək. Bu yaxınlarda ilk dəfə alnıma botoks etdirmişəm. Deyirlər ki, alnında qırışlar var. Adamın üzündə qırış olar da. Gərək elə botoks olsun? Qorxuram ki, əməliyyat etdirərəm, sonra üzüm əyilər. Nəsə xoşuna gəlmirsə, kəs, getsin. Üzünü doldurmaqdansa kəsməyin tərəfdarıyam (gülür). Məsələn, burnum üç dəfə əməliyyat olunub. "Youtube"da cavanlıq şəkillərim var, baxa bilərsiniz ki, burnum heç vaxt yekə olmayıb. Sadəcə, nəfəsimdə problem var idi. Birinci əməliyyatdan sonra da problem aradan qalxmadığına görə növbəti əməliyyatları etdirdim. Çünki mən oxuyuram, düzgün nəfəs almalıyam. Üçüncü əməliyyatdan sonra daha yaxşı nəfəs alıram.

- Atalar üçdən deyib.

- Hə (gülür). Allah etsin yaxşı olsun. Yenə nəfəs ala bilməsəm, dördüncü dəfə də əməliyyata girəcəyəm.

- Bodrumda ərə getdiz?

- (gülür) Yenə alınmadı. Alınmır məndə, neyniyim?

- Ümumiyyətlə, xarici vətəndaşla ailə qurarsız?

- İnanmıram.

- Əgər çox pulu olsa?

- Pul mənimçün önəmli deyil. İnsanın insanlığı olmalıdır. Elə pullu insanlar var ki...

- Amma elə müğənnilər var deyirlər ki, kasıb adamla necə ailə qura bilərəm, mənim paltarımı kasıb necə ala bilər?

- Vallah, mən heç vaxt o barədə düşünməmişəm. Paltarlarımı özüm almışam. Düzdür, müğənnilik başlanğıcda xərcləri çox olan sənətdir. Amma onların da öhdəsindən Allahın köməyi və xalqın sevgisi ilə gəlmişəm. Heç kimə ehtiyacım olmayıb. Durum yalandan nəsə deyim? Nəyim varsa, min şükür. On beş yaşımdan toya gedirəm. Bilməmişəm ki, illərim necə gəldi, keçdi. Axşam bu rayondan gəlmişəm, sabah durub başqa rayona toya getmişəm. Çox vaxt mənə sual verirlər ki, niyə ailə qurmursan? Ailəni bir dəfə qurarlar. Gətirməyəndə gətirmir də. Allah sənə bir tərəfdən verirsə, başqa tərəfdən alır.

- Duet ortağınız Üzeyirlə necə tanış oldunuz?

- Bakıda bir məclisdə sintezator ifa edirdi. O vaxta qədər Üzeyirin oxumağını görməmişdim. Təklif etdim ki, belə aranjiman edə bilirsən? Nömrələrimizi bir-birimizə verdik. Bir müddət sonra zəng vurdu ki, biz duet oxuya bilərik? Dedim ki, yaxşı mahnı olsa, oxuyarıq. Mahnını görməliyəm, elə-belə mahnı oxumuram. Mənə gündə əlli mahnı göndərirlər ki, aranjiman da edirik, oxu. Deyirəm ki, bu mahnıda özümü görmürəm. Üzeyirə dedim ki, mahnı hit olmayacaqsa, onu oxumaram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1060   Tarix: 05 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785