Alman turistlər Bakıya gətirdikləri maşınları qoyub getdilər

"Eurovision-2012" günlərində Azərbaycana gələn bir qrup alman səyyah ölkələrinə qayıdarkən olduqca maraqlı bir jest ediblər. Ölkəmizdə keçirilən musiqi müsabiqəsinə gələn 666 alman özləri ilə sürüb gətirdikləri 240 ədəd şəxsi avtomobilini qaçqın və məcburi köçkünlərə bağışlayaraq vətənlərinə təyyarə ilə qayıdıblar. Qeyd edək ki, almanların keçirdikləri maraqlı aksiya barədə "Xəzər" telekanalı geniş reportaj hazırlayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Elçin Qədimov da alman turistlərin məcburi köçkünlərə verəcəkləri maşınlardan xəbərsiz olduqlarını deyib: "Bizdə belə məlumat yoxdur. Buna görə də bu haqda heç nə deyə bilmərəm".
Məlumata görə, almanlar maşınları Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsi vasitəsilə didərginlərə vermək istəsələr də, komitə bundan imtina edib. Alman səyyahlar isə "Eurovision" yarışması bitər-bitməz təyyarə ilə vətənlərinə qayıdıblar.

Xeyriyyə aksiyası keçirən almanlar "Allgeau-Orient" adlı avtorallinin iştirakçılarıdır. Ralliyə 20 ölkədən 111 komanda (355 avtomobil və 666 iştirakçı) qoşulub ki, onlar Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Azərbaycan paytaxtı Bakıya (9000 km uzunluğunda) doğru dünyanın ən böyük avtomobil yürüşünü ediblər.
Bəs almanların qaçqın və məcburi köçkünlərə bağışlamaq istədikləri avtomobillər necə, nə zaman, harada bölüşdürüləcək?Maşınların taleyinə gəldikcə isə bu barədə müxtəlif şayiələr yayılıb. Aldığımız məlumata görə, maşınların bir qismi hətta satışa çıxarılıb. Bağışlanan avtomobillərin saxlanıldığı Binəqədi rayonundakı meydançada təxminən 50 avtomobil qalıb.
Reportaj üçün getdiyimiz ərazidə maşınlara baxış keçirdik. Ətrafdakı mağaza satıcılarından biri məlumat verdi ki, avtomobillərin yarısı bir neçə gün öncə naməlum istiqamətdə aparılıb. Maşınların vəziyyətlərinin yaxşı olduğunu deyən həmin ərazidə yaşayan sakinlərdən biri isə qalan avtomobillərin qaçqınlara veriləcəyi ilə bağlı xəbərlər gəzdiyini söylədi: "Amma bilmirik kimlərə veriləcək. Bizə dedilər ki, "Qaçqınkom" almanların bu hədiyyəsini qəbul etməyib. Çox güman ki, bu maşınları da bazara çıxarıb ucuz qiymətə satacaqlar".

mənbə: musavat.com

Alman turistlər Bakıya gətirdikləri maşınları qoyub getdilərAlman turistlər Bakıya gətirdikləri maşınları qoyub getdilərAlman turistlər Bakıya gətirdikləri maşınları qoyub getdilər


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11664   Tarix: 31 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

30.04.2024 720
.

"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT

"26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyay

30.04.2024 126
.

"Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır?" - Elməddin Muradlı

Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir. Nəqliyyat eksperti Elməddin Muradlı -a bildirib ki, 300 avtobusun hamısını elektrikli mühərrikə çevirmək risklidir. Çünki gələcəkdə elektrikli avtomobillərin batareyalarının utilizasiyası ətraf mühitə zərər verəcək. Bir elektrikl

30.04.2024 316
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30.04.2024 303
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29.04.2024 1700
.

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb. Yeniyetmənin atası Sahib Quliyev -a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:. "Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kim

30.04.2024 580
.

Azərbaycanlı model koreyalı bəylə ailə qurdu

"Miss Azerbaijan 2013" Nərmin Səfərova ailə qurub. OLAY yazır ki, model Cənubi Koreyadan olan bəylə niklaha daxil olub. Onların toyları və çəkilişləri Bakıda baş tutub. Cütlüyün foto-videolarını Zeynal Məmmədli lentə alıb

30.04.2024 749
.

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, temperatur 4-8 dərəcə enəcək

Qarşıdakı 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-1

30.04.2024 1153
.

Mayın ilk gününün havası açıqlandı

May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperatur

30.04.2024 321