Fuad Abbasov: Fəaliyyətimdə heç bir dəyişiklik olmayacaq

Fuad Abbasov: Fəaliyyətimdə heç bir dəyişiklik olmayacaq
Fəaliyyətimdə heç bir dəyişiklik olmayacaq.

Oxu.Az xəbər verir ki, bunu Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov Heydər Əliyev Beynəlxalq Hava Limanında həmkarlarına deyib.

O, Azərbaycana gəlməkdən şad olduğunu bildirib:
“Hazırda bir neçə gün istirahət edəcəyəm, ailəmin, yaxınlarımın yanında olacağam. Daha sonra baş verənlərlə bağlı geniş mətbuat konfransı təşkil edəcəyik. Səhhətimdə heç bir problem yoxdur, hər şey qaydasındadır.

Fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, işlərimdə və araşdırmalarımda heç bir dəyişiklik olmayacaq. Rusiyada necə fəaliyyət göstərirdimsə, öz ölkəmdə də eyni qaydada fəaliyyətimi davam etdirəcəyəm”.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 787 Tarix: 26.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər