Şəhid atadan yadigar qalan qızın qətlinin qarşısını almaq olardımı? (Video)

Şəhid atadan yadigar qalan qızın qətlinin qarşısını almaq olardımı? (Video)ANS TV-nin əməkdaşı hadisədə polisin məsuliyyəti məsələsini araşdırıb

ANS TV-nin əməkdaşı Vüsalə Xamməmməd qızı ötən gün 24 yaşlı gəncin sevdiyi 18 yaşlı qızı qətlə yetirməsi ilə bağlı hadisədə polisin məsuliyyəti məsələsini araşdırıb. Gəncin qızı təqib etməsi və fiziki zorakılığa məruz qoyması ilə bağlı polisə müraciət edilsə də hüquq mühafizə orqanları şikayət edilən şəxsin izahatını alaraq xəbərdarlıq etməklə kifayətlənib. Ekspertlər hesab edirlər ki, bir şəxsi təqib edən və fiziki zorakılıq tətbiq edən şəxs daim polis nəzarətində olmalıdır.

Yasamal rayonunda qətlə yetirilən Günel Nəsirovanın anası qızını öldürən Pərviz Paşapur tərəfindən dəfələrlə fiziki zorakılığa məruz qalması barədə Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə müraciət edibmiş.

Amma Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsindən həmin müraciətlə bağlı dəqiq məlumat öyrənə bilmədik. Sabiq polis rəisi Mahmud Haciyev deyir konfliktli ailə və qonşular daim polis nəzarətində olmalıdır. Əraziyə cavabdeh olan polis əməkdaşı barəsində şikayət edilən şəxsi nəzarətdə saxlamalıdı.

Mahmud Hacıyevin fikrincə əgər valideyn övladının fiziki zorakılığa məruz qalması barədə bölməyə müraciət edibsə o zaman şikayətçinin yazılı və ya şifahi müraciətindən asılı olmayaraq tədbirlər görülməli idi.

Həmin maddələr isə cinayət məcəlləsinin 127-qəsdən sağlamlığa az ağır zərər vurma,128 qəsdən sağlamlığa yüngül zərər vurma və 221-xuliqanlıq maddələridir ki, həmin maddələrin tələbi ilə ittiham olunan şəxsi 200 manat cərimədən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov isə bildirir ki, hazırda cinayət işinin istintaqı prokurorluqda aparıldığından mərhumun valideyninin ərizə və ya şifahi müraciəti ilə bağli məlumat vermək düzgün deyil.

Buna baxmayaraq polis bölməsinə ərizə ilə müraciət olunubsa deməli haqqında şikayət olunan şəxs polis bölməsinə dəvət olunub, izahatı alınıb və ona xəbərdarlıq edilib.
Qeyd edim ki, 2-ci Yasamal, Vasif Əliyev küçəsi 46 ünvanında yaşayan 18 yaşlı Günel Nəsirova bir müddət əvvəl tanış olduğu Pəriz Paşapur tərəfindən qətlə yetirilib. 24 yaşlı Pərviz Günellə ailə həyatı qurmaq üçün bir neçə dəfə onun ailəsinə elçi də göndərsə də Günel Nəsirova hər dəfə Pərvizlə ailə qurmaqdan imtina edib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4075   Tarix: 30 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:17. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətə

08.05.2024 200
.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

08.05.2024 972
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 536
.

Mətanət Əsədova: "Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO

"Özümü sevirəm. Həyatım gözəllik, sevgi, eşq və Allahımla bağlıdır. Mənim heç kimdə gözüm yoxdur. Kim 10 dəfə ərə getdi, 20 dəfə boşandı, kimin milyonları var, axı bunlardan mənə nə? Bu kimi məsələləri oturub fikirləşdikcə insan çürüyər. Öz həyatımdan başqa məni kimsə maraqlandırmır. Heç kim! Məni

08.05.2024 878
.

Sabah bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbayca

08.05.2024 313
.

Con Svinni Şotlandiyanın baş naziri oldu

Şotlandiya Milli Partiyasının yeni lideri Con Svinni səsvermədə iştirak edib. BİG.AZ xəbər verir ki, o, Şotlandiyanın yeni baş naziri olub. Qeyd edək ki, Con Svinni Həmzə Yusafın yerinə keçib. C. Svinni ölkənin keçmiş maliyyə naziri olub. Liderlik yarışında digər üç namizəd 31 səslə Duqlas Ross, 22 səsl

08.05.2024 152
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

08.05.2024 1142
.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-c

08.05.2024 564
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 909