Taksi xidmətlərində xaos yaşanır - Ekspert

Taksi xidmətlərində xaos yaşanır - EkspertSon zamanlar taksi şirkətlərində qiymət artımı müşahidə olunur. Qiymətlərin artmasına baxmayaraq, taksi kimi fəaliyyət göstərən avtomobillərin keyfiyyətində hər hansı bir müsbət dəyişiklik yoxdur.

BiG.AZ bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qiymətlərin tənzimlənməsi üçün ciddi nəzarət mexanizmi yaradılmalıdır.

"Bu gün fərqlənmə nişanı olmadan, heç bir standarta uyğun gəlməyən sınıq-salxaq maşınların taksi xidmətinə cəlb edilməsi, keçmişi məlum olmayan şəxslərin taksi sürücüsü kimi fəaliyyət göstərməsi, bundan başqa, sərnişinlərlə etik danışmayan, onlara istədiyi qiyməti təklif edən və hətta sərnişinləri qarət edən sürücülərin olduğu bir mühitdə yaşayırıq. Taksilərlə bağlı bu kimi problemlər uzun illərdir yaşanır. Vahid nəzarət mexanizmi olmadıqca bu problem davam edəcək. Hətta Baş nazir Novruz Məmmədov da bu yaxınlarda taksilərlə bağlı sənəd imzalayıb. Sənəddə taksilərin necə olmasıyla bağlı standartlar, taksi dayanacaqları və digər məsələlər öz əksini tapıb. Lakin biz bu gözəl cümlələri yalnız qanundan, təlimatlardan oxuyuruq. Bütün bunlar kağız üzərində qalır. Reallıqda isə tamam başqa mənzərənin şahidi oluruq", - ekspert bildirib.

E.Muradlı bildirib ki, Azərbaycanda taksi şirkətləri son 10 ildə fəaliyyət göstərməyə başlayıb:

"Qiymətlərin son vaxtlar artmasına səbəb isə taksiyə olan tələbin çoxluğu ilə əlaqədardır. Əvvəllər taksi şirkətlərinin bir-birindən ucuz qiymət təklifi aralarında olan rəqabətlə əlaqəli idi. Onlar bir-birini sıxışdırırdılar ki, balaca şirkətlər sıradan çıxsın. Bu şirkətlərin bəzilər sıradan çıxdı, bəziləri isə rəqabətə tab gətirə bildi. İndi də onlar bu zərərdən çıxmaq üçün qiymətlərini qaldırırlar. Bu sahədə Tarif Şurasının müəyyən bir standartı olmalıdır. Məsələn, hər kilometrə görə taksi xidmətində qiymət müəyyənləşməli və taxoqraflar qurulmalıdır. Kimsə bu qiymətdən kənara çıxmamalı və özbaşına qiymət oxumamalıdır. Belə olan halda normal rəqabət və normal xidmət olacaq. Biz bu məsələnin həlli istiqamətində müəyyən təkliflər irəli sürürük. Hesab edirik ki, ciddi nəzarət mexanizmi olmasa, bu sahədə xaos yaranacaq".

Ekspert bildirib ki, durmadan sayları artan bu taksi şirkətləri sürücüləri istismar etməyə başlayıb:

"Taksi şirkətləri sürücülərdən aylıq abunə kimi 20 manat istəyir. Həmçinin daha çox müştərinin onlara yönləndirilməsi üçün şirkət operatorları da sürücülərdən əlavə pul alır. Bu səbəbdən taksi xidməti təklif edən şirkətləri qaydaya salmaq lazımdır ki, özbaşına istədikləri qiyməti qoymasınlar və sürücüləri istismar etməsinlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 22 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin

18.12.2025 155
.

Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa indiyədək heç olmadıqları qədər yaxındırlar. O, Türkiyənin Azərbaycanla tam koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyini vurğulayaraq, "Növbəti ilin əvvəlində

18.12.2025 198
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 173
.

AYNA-nın avtobusu qəzaya düşdü

BİG.AZ xəbər verir ki, bu gün saat 19:35 radələrində Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən 595 saylı avtobus Biləcəri ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, qəza mini

18.12.2025 259
.

Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov

18.12.2025 185
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

18.12.2025 284
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

18.12.2025 262
.

"YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?

Azpolitika xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbini

18.12.2025 191
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18.12.2025 117
.

TOP MP3