Amansız cinayətlər, dəhşətli edam: Məşhur qatilin qandonduran hekayəsi – FOTOLAR

Amansız cinayətlər, dəhşətli edam: Məşhur qatilin qandonduran hekayəsi – FOTOLARAmerikalı serial qatillərinin atası kimi tanınan Ted Bundi, hüquq təhsilli, olduqca yaraşıqlı və eyni zamanda nəzakətli bir şəxs idi. Hər şey 1974-cü ildə Seattle şəhəri və ətraf ərazilərdə təxminən 20 qadının itdiyi zaman başlamışdır.

1975-ci ildə, qurbanlarından biri Bundinin təhlükəli bir şəxs olduğunu öncədən anlayaraq qaçmış və Bundinin xarici görünüşü, eləcə də avtomobili barədə polisə məlumat vermişdi.

Bir müddət kimliyi təsbit edilə bilməyən Bundi anonim bir telefon zənginin ardından şübhəli şəxs olaraq tutulur. O, 1975-1976 illəri arasında təxminən 20 qadını təcavüz etmək və öldürməkdə günahlandırıldı.Güclü yumor hissi, yaxşı görünüş və təhsilə, insanları cəlb edən danışıq tərzinə malik olan Bundinin bədnam qatil olduğuna hətta hakimlər belə inana bilmirdi.

Dünyanın ilk kütləvi qatili olduğu düşünülən Ted Bundinin qurban olaraq sırf qadınları seçməyi onun keçmişi ilə əlaqəlidir. Belə ki, Bundi uzun bir müddət anasını öz bacısı olaraq tanımış və yalnız 9 yaşına çatdıqda gerçəyi öyrənmişdi. Ted atasız bir uşaq idi və yaşadıqları dövrlərdə cəmiyyətin ağır ittihamlarından qaça bilmək üçün anası ona bu yalanı demişdi. Hətta ana və oğul arasındakı münasibətləri heç də yaxşı olmamışdı. Digər bir tərəfdən isə o, əsasən uzun, düz və qara saçlı – yəni əvvəlki sevgilisinə bənzəyən qadınları qurban olaraq seçirdi.

Bundinin ilk qurbanı: Linda Ann Heali

Amansız cinayətlər, dəhşətli edam: Məşhur qatilin qandonduran hekayəsi – FOTOLARCinayətləri işləmə üsuluna gəldikdə isə, Ted ilk növbədə özünü ayağı sınmış və yardıma möhtac olaraq qələmə verdikdən sonra ona kömək etmək üçün yaxınlaşan qadınları yaxalayıb, tənha bir yerdə zorladıqdan sonra öldürürdü. Bir neçə dəfə yaxalansa da qaçmağı bacaran Bundi zamanla artıq qadınları xarici görünüşünə görə ayırmayaraq öldürməyə başladı. Məhkəmədə öz vəkilliyini özü edirdi və hər bir vəchlə özünün günahsız olduğunu iddia edir, ittihamları qəbul etmirdi. İnsanlar arasında böyük rezonans doğuran bu hadisədə onun günahsız olduğunu müdafiə edən insanlar da az deyildi. Maraqlısı odur ki, onların əksəriyyəti gənc qızlar idi, hansı ki, onlar da həm Bundiyə dəstək vermək, həm də onun diqqətini cəlb edə bilmək üçün saçlarını qara rəngə boyayaraq məhkəmə salonuna gəlirdilər. O, hətta gənc fanatlarından biri ilə 1980-ci ildə evlənmiş və 2 il sonra da qız atası olmuşdu…

Ted Bundi ilə həbsdə olarkən evlənən qadın

Amansız cinayətlər, dəhşətli edam: Məşhur qatilin qandonduran hekayəsi – FOTOLARBütün bu ağır cinayətləri törətməsinə baxmayaraq sübutların kifayət etməməsi ucbatından onunla bağlı dəqiq bir qərar vermək mümkün deyildi. Məhz buna görə də onun barəsində məhkəmə prosesi fasilələrlə illərlə davam etdi. Bundy-nin ittiham edilməsi üçün ən bariz sübut isə qurbanlarının birinin bədənindən götürülən diş izləri oldu. Artıq bir çox sualın aydınlaşdırılmasına baxmayaraq, Bundy dişlərini çıxararaq özünün günahsız olduğunu göstərməyə çalışdı lakin məhkəmə işçiləri tərəfindən bunun qarşısı alına bildi. İzlərin tutuşdurulmasından sonra 1979-cu ildə Bundinin edam əmri nəhayət ki, verildi.

Bundinin edam əmrinə verdiyi ilk reaksiya

Amansız cinayətlər, dəhşətli edam: Məşhur qatilin qandonduran hekayəsi – FOTOLARLakin qərarın verilməsinə baxmayaraq məhkəmədə qayda qanunlara riayət edilmədiyini iddia edən Ted 10 il boyunca apellyasiya müddətini uzada bilməyi bacardı. Bu müddət ərzində ərinin qatil olduğuna özünü inandıra bilən həyat yoldaşı 1986-cı ildə ondan boşanaraq özünün və qızının soyadını dəyişdirdi.

Rəsmi olaraq 37 qurbanı olduğu bilinən Bundi 1989-cu ildə 2000 volt elektrik verilərək edam edildi. Onun edamı bir çox insan tərəfindən xüsusi sevinclə qeyd edildi.

Bu günə kimi bəzi mənfi film qəhrəmanlarının yaradılmasında rolu olan Ted Bundy ilə bağlı çoxlu filmlər də çəkilmişdir: Matthew Bright imzalı "Ted Bundy" filmi (2002), "The Stranger Beside Me" (2003), "The Riverman" (2004), "Bundy: An American Icon" (2008), "Extremely Wicked, Shockingly Evil and Vile" (2019). (Moderator.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 547   Tarix: 21 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 148
.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18:15 1
.

"ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb

Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə

15:01 131
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 1
.

Yeni il hədiyyələri alarkən diqqətli olun!

Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulları

16:51 96
.

2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)

2025-ci ili başa vurmaq üzrəyik. Bu il siyasi sferada bir sıra yeniliklərlə, ələxüsus da bəzi məmurların yüksək vəzifəyə təyinatı ilə yadda qaldı. Bizim.Media 2025-ci ildə yüksək dövləti vəzifələrə təyinat alan şəxslərin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:. Samir Şərifov. Prezidenti

11:48 186
.

"Barselona"nın futbolçusu arvadı ilə birlikdə öldürüldü

Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda silahlı hücum nəticəsində həlak olub. xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ekvador klubunun mətbuat xidməti məlumat yayıb. Açıqlamada deyilir: "Klub hücum nəticəsində oyunçumuz Mario Pineydanın ölümünü dərin təəssüf hiss

19:30 1
.

Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj

"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan

14:55 159
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

16:58 134
.

TOP MP3