"Bakıya pul qazanmağa gəlirəm" - Günel

"Bakıya pul qazanmağa gəlirəm" - Günel

Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova yeni mahnılardan gileylənib.

Axşam.az-ın məlumatına görə, sənətçi 2ATV maqazin onlarla"ya açıqlamasında mahnıları səviyyəsiz adlandırıb. O, Bakıya gəlməsinin səbəbini də açıqlayıb:

"Tez-tez gəlirəm, amma az qalıram. Bura pul qazanmağa gəlirəm. Gələn kimi, başlayırlar dedi-qodulardan danışmağa. Məni maraqlandırmır, başqalarının şəxsi həyatıdır, özləri bilər. Mənim də arxamca danışırlar. Heç Türkiyədə dedi-qodulara əhəmiyyət vermirəm. Gedib gəzirəm, əylənirəm, amma onlara yaxalanmıram.

İndiki ifalara baxıram, deyirəm, köçüm Avstraliyaya. O qədər səviyyəsiz mahnılar var ki... İzləyirəm deyirəm, yəqin ki, sənəti buraxmalıyam. Axı, Azərbaycan musiqisi, muğamı hər yerdə sevilir. İndikilər nədir?".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1600 Tarix: 19.06.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər