Azərbaycanda bədbəxt hadisə: Foto çəkdirmək istədi, avtomobili dərəyə aşdı - VİDEO

Azərbaycanda bədbəxt hadisə: Foto çəkdirmək istədi, avtomobili dərəyə aşdı - VİDEO
Quba-Xınalıq yolunda avtomobil dərəyə aşıb.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Quba-Xınalıq yolunun 29 kilometrliyində qeydə alınıb.

Ərazidə istirahət edən turist "Nissan" markalı avtomobili yol kənarında park edib. Lakin sürücü avtomobildən endikdən sonra maşın düzgün park edilmədiyi üçün Qudyalçaya doğru yuvarlanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, analoji hadisə təxminən 7-8 ay öncə də baş vermişdi. Belə ki, "Toyota Prado" markalı avtomobil düzgün park edilmədiyi üçün sözügedən yolda dərəyə aşmışdı.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 842 Tarix: 19.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər