"Doğma qohumlarım qapını üzümə açmırdı" - Aparıcı Zaur

"Doğma qohumlarım qapını üzümə açmırdı" - Aparıcı Zaur

"25 ildən çoxdur ki, mən də o qohumlarımın qapısını açmıram".

BiG.AZ xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev 21 yaşlı Nuranənin itkin düşməsi barədə danışarkən "Bizimləsən" proqramında bildirib:

"Sizcə heç bir qohum-əqrabasının evinə getməyən qız, pal-paltarını yığıb Bakıya gələn bir qız 50 manatla 11 gün dolana bilərmi? Bizim də Bakıya gələn günlərimiz olub. Vallah kimsə qapısını üzümə açmırdı, heç doğmalarım belə. Qohumlarımız var ki, qapısını döyəndə cəftəni bir balaca aralayıb mənə deyirdi ki, filankəs qohumun gələnə qədər otur pilləkəndə gözlə. O gələndən sonra bəlkə səni içəri qəbul edərik. 25 ildən çoxdur ki, mən də o insanların qapısını açmıram.

Yəni, bizim doğmalarımız belə qapını bizə zorla açırdılar. Bəs bu gün bu qıza qapısını kim açdı? Necə olur ki, indi Bakıya gələn hamının qabağına yaxşı insan çıxır? Hamı da eyni nağılı danışır.
Çıxdım Bakıya gəldim, ya ağsaqqal, ya ağbirçək ya da bir xeyirxah çıxdı mənim başıma sığal çəkdi, məni evinə apardı. Bu nağılları kimə danışırsınız siz?"

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1171 Tarix: 19.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər