2019-cu ilin unudulmaz qalmaqalları: Ailə dağıdanlar, təcavüz edilənlər, söyüş söyənlər...

2019-cu ilin unudulmaz qalmaqalları: Ailə dağıdanlar, təcavüz edilənlər, söyüş söyənlər...Şou-biznes deyəndə ağıla ilk gələn məşhurlar arasında yaşanan qalmaqallardır. Bu gün aparıcı Hüsniyyə Məhərrəmova ilə stilist Anar Atakişiyev arasında yaşananlar bir daha bu ilin davamının da qalmaqallarla bol olacağını göstərdi. Bəs, ilin ilk 6 ayı şou əhli üçün necə keçdi?

Təbii ki, bu ildə bir-birini söyənlər, saç yolduya çıxanlar, xəbər aparıb-gətirənlər az olmadı. İl yenicə qədəm qoymuşdu ki, aparıcı İlkin Həsəni ilə rejissor Kənan M. m qırğına çıxdı. Sosial şəbəkədə Xətai Əli adlı şəxs tərəfindən yazılan "Şükür Allaha, Kənan M.M. bu il də uğurların Türkiyədə davam etdirəcək. Bizi burada heç bir təhlükə gözləmir" statusdan sonra ilin ilk qalmaqalı yaşandı. Kənanın ona "Sizi Fəlakətlər, bozbaşlar gözləyir, hələ görəcəkli günləriniz qabaqdadır" cavabını verməsi İlkin Həsənini özündən çıxardı. Beləliklə, ikili "Facebook" üzərindən bir-birini təhqir etməyə davam etdi.

Növbəti səs-küylü qalmaqal Fərda Amin ilə eks-həyat yoldaşı arasında yaşandı. Fərdanın boşanıb, sevgilisi, üçüncü uşağının anası ilə evlənməsi xeyli müzakirə olundu. Eks-həyat yoldaşı Fərdanın ikinci həyat yoldaşı haqqında ittihamlar səsləndirsə də, aktyor şəxsi həyatının müzakirəsinə etiraz edərək məsələni uzatmadı.

Daha bir qalmaqal isə müğənni Rəhim Rəhimli ilə prodüser Tolik arasında yaşandı. "3 canlı" verilişində Rəhimin "Tolik mənim də arxamca danışırdı. Mən də onun cavabını verdim" deməsi prodüseri özündən çıxarıb. O şəxsi hesabında "Niyə həmişə bəzi kişi cildində olan, amma içində qadın olan müğənnilərin xoşuna gəlməmişəm? Nə edim sizin kimi gecələr Tarqovuda dumanlı başımla gəzim? Yoxsa sizin kimi ortalıqda qalım?" - deyib.

Bir müddət öncə isə Tolikin aparıcı olduğu verilişdə Röya küsülü olduğu ölkənin ilk musiqi kanalı olan MTV-nin rəhbəri Rəhimə söz atıb: "Yaxşı musiqi kanalı açmaq lazımdır ki, kliplərimiz yayımlansın. Rəngi bilinsin. "Xəzər" kimi səviyyəli olsun". Onun sözlərini Tolik gülərək təsdiq edib.

İlin ən səs-küylü maqazin hadisəsi isə Mətanət Əsədovanın spirtli içki masasında içki içərkən çəkilən videosunun yayılması olub. İfaçı daha sonra içdiyinin spirtli içki deyil, limonlu su olduğunu desə də, ilk zərbə yaxın dostu Sərxan Sərxandan gəldi. O aparıcısı olduğu verilişdə Mətanəti təhqir etdi.

İlin ən qalmaqallı ifaçısı müğənni Afət Fərmanqızı olub. O, Flora Kərimova, Brilyant Dadaşova, Roza Zərgərli, Nüşabə Ələsgərli, Sevda Sanaliyeva, Nadir Qafarzadə ilə mübahisə edib.

Mərhum repçi Hüseyn Dəryanın qızı Aişənin "Bizimləsən" verilişinə üz tutaraq atasının ikinci evliliyindən olan oğlu Cahangirdən DNT analizi istəməsi uzun müddət gündəmdən düşmədi. Aişə xeyli müddət təkidlə analiz tələb etsə də, Cahangirin anası Sona onunla razılaşmadı.

Sosial şəbəkədə yayılan intim videodakı qadının Damlanın olduğu iddia edilməsi müğənninin uzun müddət müzakirə mövzusu etdi. Sənət dostları ona dəstək oldu. Müğənni isə şərləndiyini bildirərək, yeni klipləri ilə məsələni unutdurmağa çalışdı.

13 illik ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını deyən Turanə Nəcəfovanın sözləri isə hələ də müzakirə edilir. O iddia edi ki, Aysel onun ailəsini dağıdıb və əri müğənniyə "Porsche" markalı avtomobil hədiyyə edib.

"Space" telekanalının efirində əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun mahnı oxuyarkən qeyri-etik ifadələr işlətməsi onların cəzalanması ilə nəticələndi. Rəşad İlyasov AZTV-də yayımlanan verilişindən 6 aylıq uzaqlaşdırıldı. Rüfətə efir qadağası qoyuldu. Aparıcı isə telekanaldan kənarlaşdırıldı.

Əməkdar artist Rəşad İlyasovun növbəti qalmaqalı isə müğənni Nura Suri ilə yaşanıb. Suri bildirib ki, məclislərin birində mahnı ifa edən zaman ifaçının köməkçisi onun mikrofonunu bağlayıb.

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağaların qızı Pərvanə Dostəliyevanın atasının ona təcavüz etdiyini deməsi Dostəliyevlər ailəsini uzun müddət gündəmdə saxlayıb. O bibisinin ona sənətdə yaratdığı maneələrdən də bəhs edib. Tərəflər arasında qalmaqal hələ də davam edir.

Prodüser Anar Mədətovun həyat yoldaşı Elnarədən boşanmadan özünə xına mərasimi keçirməsi uzun müddətdir müzakirə mövzusudur. Onun bu addımına görə övladları məşhur futbolçu Mahir Mədətov və qızı soyadlarını dəyişərək "Emrəli" edib.

3 qızın çılpaq videosunun yayılması da şou aləmindən yan keçmədi. Videonu çəkən şəxsə həmin qızları Mələkxanım Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun qardaşı Valehin göndərdiyi məlum oldu. Sözügedən hadisə məşhur ailənin üzvlərini gündəmdə saxladı.

mənbə: musavat


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1346   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İkinci övladı oldu

Bir vaxtlar məşhur olan "Hepsi" qrupunun keçmiş solisti Cemre Kemerin ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə ifaçı özü paylaşım edib. O, ailəsi ilə olan fotosuna "Kerim, 22.04.2024" qısa şərhini yazıb. Qeyd edək ki, Cemre Emir Medina ilə ailəlidir. Cütlüyün 1 qız

28.04.2024 308
.

Britni Spirs atomobilinin şüşəsini sındırdı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məhkəmənin qərarına əsəbiləşərək atomobilinin şüşəsini sındırıb. Axşam.az xəbər verir ki, məhkəmə ifaçının atası Ceymi Spirsin 2 milyon dollarlıq borclarını ödəməsi barədə hökm çıxarıb. Qərara əsəbiləşən Britni dabanı ilə maşının ön şüşəsini sındırı

28.04.2024 241
.

"Banu"nun Güneli TANINMAZ HALDA , görün necə DƏYİŞİB- FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşımı ilə diqqət çəkib. BİG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Fotoya çoxsaylı tərif gəlib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 1132
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 712
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 499
.

Faiq Öztürk iflic olub

Türkiyəli müğənni Faiq Öztürkün 20 gün öncə Bodrumda beyninə qan sızıb. Axşam.az xəbər verir ki, sənətçinin sol tərəfi iflic olub. 62 yaşlı müğənni Ankarada müalicə olunur. Bu barədə məlumatı müğənninin həyat yoldaşı və duet ortağı Safiye Soyman verib

25.04.2024 649
.

Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?

Xalq artisti Faiq Ağayev həmkarı Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb. bizim.media-ya istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. Proqramın aparıcısı Zaur Nəbioğlunun "Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?"

23.04.2024 4769
.

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb. "Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mən

28.04.2024 332
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28.04.2024 656