"Paşinyandan sonrakı Ermənistan başçısı…" – Qərbin sensasion planı haqda

"Paşinyandan sonrakı Ermənistan başçısı…" – Qərbin sensasion planı haqda

"Nikol Paşinyan hakimiyyətə gələrkən Rusiya ilə münasibətləri gücləndirməyi düşünmürdü. O, hakimiyyətə Rusiya ilə münasibətləri və Rusiyanın ölkəsi üzərindəki təsir dairəsini zəiflətmək üçün gəlib".

BiG.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Fenenko deyib.

Ekspertin fikrincə, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq Paşinyanın yürütdüyü xarici siyasətin əsas prinsiplərini təşkil edir:

"Qərb ona keçid fiquru kimi baxır, Ermənistanın başında Rusiyaya qarşı daha radikal münasibəti olan bir şəxsin durmasını istəyir. Bu baxımdan, Nikol Paşinyan Qərbə böyük fürsətlər yaradır və bu yöndə fəaliyyətlərini davam etdirir.

Serj Sərkisyan dönəmində Qərb və Rusiya arasında tarazlıq yarada bilən Ermənistan vardı. Sonra isə üzünü tamamilə Qərbə çevirən Paşinyanı hakimiyyətə gətirdilər. Hesab edirəm ki, Ermənistanın Paşinyandan sonrakı lideri Rusiyaya qarşı münasibətdə daha kəskin olacaq".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 410 Tarix: 18.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər