Azərbaycanda evdən qaçan 14 yaşlı gəlin tapıldı - Görün harada imiş

Azərbaycanda evdən qaçan 14 yaşlı gəlin tapıldı - Görün harada imiş

Xəbər verdiyimiz kimi, 4 gün öncə Kəmalə adlı xanım 30 yaşlı qızı Xannənənin itkin düşməsi barədə "Bizimləsən" proqramına müraciət etmişdi.

BiG.AZ xəbər verir ki, ötən gün aparıcı Zaur Baxışəliyev Xannənənin tapıldığını xəbər verib və daha sonra o anası ilə birlikdə studiyaya gəlib.

Ayşə adı ilə tanınan iki uşaq anası Xannənə evdən qaçmasından danışıb:

"Bakıya gələndə üstümdə 10 manat pul var idi. Gözlədim dayanacaqda ki, bəlkə kimsə yardım edər. Həyat yoldaşım məni vurmuşdu deyə, gözümün altı qanayırdı. Sonra ayaqyoluna gedib üzümün qan axan yerini bağlamaq istədim. Orda məni bir qız gördü. Soruşdu neynirsən burda? Dedim itkin düşmüşəm, bilmirəm hara gedim. Məni aparıb 4 gün evində saxladı. Qohumlarımdan heç kimin nömrəsini bilmirdim. Nə anamın, xalamın heç kimin nömrəsini, evinin yerini bilmirdim".

Anası bildirib ki, Ayşəni o Rusiyada böyüdüb:

"Daha sonra nənələri uşaqları apararaq Astarada saxlayıb. Ordan da Ayşə ərə gedib. 14 il ərzində əri icazə vermədiyi üçün Ayşə bizdə olmayıb. Bir dəfə şəhərdə qardaşının toyunda olub. Ona görə də evin ünvanını tanımır ".

Ayşə bildirib ki, o ailəsinə dönmək istəmir. Həyat yoldaşı uşaqlara görə yenidən onu qəbul etdiyini bildirib, lakin Ayşə artıq həyat yoldaşı ilə barışmaq istəmir.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 900 Tarix: 18.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər