"Qarabağda müharibə başlayarsa..." - Rusiyadan ermənilərə xəbərdarlıq

"Qarabağda müharibə başlayarsa..." - Rusiyadan ermənilərə xəbərdarlıqErmənistanla müttəfiqlik və qardaşlıq münasibətləri ilə yanaşı, Azərbaycanla olan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri də bizim üçün həddən ziyadə vacibdimr, önəmlidir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması üçün bu format vasitəsilə həm digər həmsədr ölkələrlə birlikdə, həm də əlahiddə addımlar atırıq. Belə mexanizmlər var, onlar işləyir.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin rəsmi İrəvanın son açıqlaması ilə rəsmi İrəvanın çox ümidlərini puç edib.

Səfirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi ilə bağlı yekun qərarı Azərbaycan və Ermənistan verməlidir: "Rusiyanın roluna məntiqlə, balanslaşdırılmış şəkildə yanaşmaq gərəkdir. Rusiyanın rolu mühümdür. Lakin Rusiya tərəflərin qərarlarına təsir edə bilməz. Bununla yanaşı, münaqişənin nizamlanması ilə bağlı Vyana və Sankt-Peterburq anlaşmaları da aktiv müzakirə olunur".

Rusiyanın Ermənistandakı səfirinin bu bəyanatı son dönəmdə Dağlıq Qarabağ münaqişəsi zonasında yaşanan hadisələri nəzərə alsaq, müstəsna əhəmiyyətə malikdir.

Xatırladaq ki, mayın 30-da Ermənistan atəşkəs barədə anlaşmanı kobud sürətldə pozaraq Azərbaycan ordusunun mövqelərini ciddi atəşə tutub.

Nəticədə iki hərbçimiz şəhid oldu - müxtəlif günlərdə və fərqli məkanlarda.

Ermənistan ilk əvvəl bütün bunları "Azərbaycanın atəşkəs rejimini kobud şəkildə pozmaqla münaqişə zonasında gərginliyi süni şəkildlə artırmaq cəhdləri" kimi qələmə verməyə çalışsa da, ssenari bəsit olduğundan gözlənilən reaksiyanı doğurmadı. Tam əksinə, İrəvandakı hakimiyyət Bakının ünvanına yönəlmiş ittihamlarla öz planlarını və məqsədlərini ortaya qoymuş oldu.

Ermənistanın müdafiə naziri David Tonoyan azərbaycanlı hərbçinin vurulmasında "iştirak etmiş" bir qrup ermənini mükafatlandırdı. Tonoyanın mətbuat katibi Arsrun Hovvanisyan isə Faceğook səhifəsində yazdı ki, baş nazir Nikol Paşinyan "cəbhə bölgəsində qətlə yetirilmiş erməni hərbçinin qisasının alınmasından razıdır".

Beləcə, cəbhə bölgəsindəki gərginliyin "müəllifi"nin məhz Ermənistan olduğunu elə ermənilər etiraf və sübut etdilər.

Dağlıq Qarabağdakı separatçı rejimlə münasibətləri kəskinləşən, bu rejimin rəhbəri Bako Saakyanla münasibətləri düşmənçilik həddinə çatan Nikol Paşinyan qarabağlı ermənilərin Ermənistan siyasətinə və ümumiyyətlə, daxili həyatına təsirlərini minimuma endirməyə çalışır.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanın təqiblərə məruz qalması, Köçəryanın həbs olunması, sonra da onu zaminə buraxan məhkəmənin hakimlərinin qeyri-rəsmi olaraq az qala "xalq düşmənləri" ela edilməsi - bütün bunlar, sadəcə, Bako Saakyanla Xankəndidəki xuntanın sabiq rəhbəri Arkadi Qukasyanın İrəvandakı Nor Nork məhkəməsinə yollanaraq nümayişkaranə şəkildə R.Köçəryanı zaminə götürmələri ilə bağlı deyil.

Saakyan-Qukasyan dueti həmin olayı siyasi şouya çevirmiş və bununla da Ermənistanın baş nazirinə aşkar messic yollayaraq "Hələ zəifləməmişik, səni də devirə bilərik!" xəbərdardığı etmişdilər.

Paşinyansa daxildəki "əksinqilab hidrası"nın çoxsaylı başlarını kəsməyə çalışmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsi müstəvisində Ermənistanın son dönəmlərdə məruz qaldığı geriləmələrlə məğlubiyyətləri dayandırmağa can atır.

O, yeni təkliflərlə çıxış edir. Təkliflərin biri və bəlkə də İrəvan üçün ən önəmlisi 2016-cı ildə əldə olunmuş razılaşmalar formatına qayıtmaqdır. Yəni Ermənistan "təklif" edir ki, cəbhə xəttindəki atışmaları, insidentləri araşdırmaq üçün təmas xəttində beynəlxalq müşahidəçilər qrupları yerləşdirilsin.

İlk baxışdan sülhyaratma mexanizminə cəhd təsiri bağışlayan bu təklif, əslində, Dağlıq Qarabağ münaqişəsini Azərbaycanla qarabağlı ermənilər arasındakı silahlı qarşıdurma müstəvisinə aparmaq, bununla da Dağlıq Qarabağdakı terrorçu rejimin "münaqişə tərəfi" statusunda tanınmasına nail olmaqdır.

Belədə ermənilərin fikrincə, təmas xətti də "Dağlıq Qarabağ-Azərbaycan sərhəddi" kimi tanına bilərdi.

Rusiyanın səfiri Sergey Kopırkin də Ermənistan rəhbərliyini belə absurd və idiot xəyallardan çəkinməyə çağırmaqla yanaşı, faktiki olaraq İrəvanın ünvanına ultimatum səsləndirib.

O, Moskvanın münaqişə tərəfləri qismində məhz Ermənistanla Azərbaycanı gördüyünü bir daha vurğulayıb.

Eyni zamanda, Kopırkinin açıqlaması Vyana anlaşmalarının aktuallığını itirməsinə də işarədir. Çünki hələ üç sənə əvvəl, 2016-cı ildə Moskva və Bakı anlaşmışdılar ki, Ermənistan rəhbərliyi heç bir halda Vyanada əldə edilmiş razılaşmalardan danışıqlarda mövqeni müəyyənləşdirəcək prinsiplər və yaxud postulatlar qismində istifadə edə bilməz.

Nikol Paşinyan hakimiyyətə gətiriləndən sonra da Vyana anlaşmalarını unutmaq və əvəzində atəşkəslə bağlı Düşənbə razılaşmasına riayət etməklə razılaşmışdı.

Lakin indi Ermənistan yenidən Vyana anlaşmalarını gündəmə gətirir ki, bu da Rusiya ilə yanaşı, Minsk Qrupunda həmsədr ölkələr olan Fransa və ABŞ-ı da qıcıqlandırır.

Nikol Paşinyan həm də indiyədək dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinə görə Rusiya bilavasitə məsuliyyət daşıyır və bu münaqişəni dayandırmaq üçün Moskva bütün rıçaqlara malikdir.

Moskva isə S.Kopırkin vasitəsilə N.Paşinyana ciddi xəbərdarlıq edərək atəşkəslə bağlı Düşənbə və Vyana anlaşmalarına ermənilərin riayət etməyəcəkləri təqdirdə Rusiyanın müvəqqəti "müşahidəçilik" etməyə başlaya biləcəyinə işarə vurub.
Diplomatik dildən tərcümədə bu, belə səslənir: "Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Rusiya işə qarışmayacaq, sadəcə, Ermənistan üçün bilavasitə və birbaşa təhlükə yaranarsa, müdaxilə edəcək. Hərbi əməliyyatlar isə Dağlıq Qarabağ münaqişəsinin hansı istiqamətdə çözülə biləcəyini təxminləməyi asanlanlaşdırır. Ermənistan uduzacaq, bunu bilin".

Rəsmi İrəvan bu gün Rusiya səfirinin açıqlamalarını "Moskvanın absolyut dərəcədə praqmat və məntiqi mövqeyi" adlandırıb.

Yəni Moskvanın xəbərdarlığı erməniləri xam xəyallardan ayıldıb.

mənbə: milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1165   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

10:54 126
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 209
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 1433
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1098
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 212
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

05.05.2024 186
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 187
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

05.05.2024 169
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 200