ATV İlkinlə bağlı rəsmi açıqlama yaydı
"Azad Azərbaycan" Müstəqil Teleradio Şirkəti (ATV) rəsmi açıqlama yayıb.
BiG.AZ xəbər verir ki, açıqlamada son günlərdə sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilova tənqidi süjetinə görə guya təzyiqlərin göstərilməsi və işdən xaric edilməsi haqqında şayiələr yayıldığı bildirilib:
"Bu xəbərlərin heç bir əsası yoxdur və müəyyən qrupların özəl maraqlarına xidmət edən "qara piar"dan başqa bir şey deyil. Öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarını, jurnalistikanın təməl prinsiplərini rəhbər tutan ATV kanalı həmişə cəmiyyətimizdə mövcud olan plüralizmə, fərqli baxışa hörmətlə yanaşıb və öz işində daim bu prinsiplərə riayət edib.
ATV telekanalı yayım siyasətinin qurulmasında və yaradıcılıq fəaliyyətində tam sərbəst və müstəqildir. Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan və ən baxımlı telekanal kimi qəbul edilən ATV-nin televiziya və radio efirində mühüm ictimai-siyasi xəbər və təhlil proqramları, maarifləndirici və əyləncəli verilişlərlə yanaşı satira və tənqidi materiallar da yer alır. Dəfələrlə telekanalımızn efirində müxtəlif sahələrdə mövcud olan nöqsanlar tənqid edilib, onların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülüb. Biz bunu ölkəmizdə söz və məlumat azadlığının yaratdığı imkanlar çərçivəsində cəmiyyətimizin inkişafına maneə yaradan problemlərin həllinə töhfəmizi vermək üçün imkan kimi qiymətləndirmişik.
Buna görə də İlkin Xəlilovun məlum süjetinə normal yanaşdığımızı və hər hansı sərt cəza tədbiri görülmədiyini bildiririk.
Bununla yanaşı, qeyd etməliyik ki, telekanalda müəllif və yaradıcı qrupların mövqeyinə hörmətlə yanaşıldığı kimi, onların jurnalistikanın prinsiplərinə riayət etməsi, telekanalın obyektiv, neytral və qərəzsiz yayım siyasətinə xələl yetirilməməsi mühüm şərtlər sırasına daxildir".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 811 Tarix: 17 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254