Rusiyadan qaytarılan Azərbaycan pomidorları təkrar ixrac oluna bilər

Rusiyadan qaytarılan Azərbaycan pomidorları təkrar ixrac oluna bilər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Rusiyaya buraxılmayan 35 ton pomidorla bağlı məsələyə aydınlıq gətirib.

BiG.AZ xəbər verir ki, AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib ki, Rusiyadan geri qaytarılan Azərbaycan pomidorları ilə bağlı heç bir pomidor ixracatçıları ilə görüş keçirilməyib:

"Biz həm Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, həm də Avropa və Aralıq dənizi, bitki mühafizəsi təşkilatlarının üzvüyük. Bu təşkilatlara üzv olan hər bir ölkə üzərinə müəyyən öhdəliklər götürür. İstər heyvan, istər bitki mənşəli məhsullarda kənara çıxmalar olduqda həmin məhsulun geri qaytarılması prosesi həyata keçirilir. Eyni proseduru biz də başqa dövlətlər üçün həyata keçiririk.

Səsləndirilən məsələ ilə bağlı biz də eyni proseduru həyata keçiririk. Son faktla bağlı onu deyə bilərəm ki, söhbət yalnız zərərvericiyə yoluxmadan gedir. Bu, məhsulun daxili keyfiyyətinə qətiyyən təsir etmir. Lazımi sağlamlaşdırıcı tədbirlər həyata keçirildikdən sonra həmin məhsulların təkrar ixracına cəhd olunur".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 701 Tarix: 13.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol