İqtisadçı ekspert: "Böhrana səbəb olan amillər mutasiya keçirən virusa bənzəyir"

İqtisadçı ekspert: "Böhrana səbəb olan amillər mutasiya keçirən virusa bənzəyir"ADA Universitetində Biznes Məktəbinin dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elkin Nurməmmədov finans.az-a son dövrdə yaranan ABŞ-Çin ticarət müharibəsinin dünya və Azərbaycan bazarına təsirindən danışıb.

- Son dövrdə ABŞ və Çin arasında iqtisadi müharibənin gücləndiyini müşahidə edirik. Dünyanın iki ən güclü dövlətinin qarşıdurması nə kimi fəsada gətirib çıxara bilər?

- Qarşıdurmanın siyasi aspekti haqqında fikir yürütmək mənim üçün çətindir. İqtisadi cəhətdən isə Çin ilə ABŞ arasında davam etməkdə olan ticarət müharibəsi, habelə ABŞ-ın Avropa İttifaqı, Meksika, Kanada kimi uzunillik ticarət tərəfdaşlarına qarşı atmış olduğu və yaxud planladığı addımlar, qısamüddətli perspektivdə dünya iqtisadiyyatı üçün ən böyük risklərdən birini təşkil edir. Bu gərginlik nəticəsində nəinki sözügedən iki nəhəng dövlət, bütün dünya ölkələri ziyan görəcək. Beynəlxalq Valyuta Fondu əsasən bu səbəbdən son hesabatında qlobal iqtisadi artım proqnozunu aşağı salıb. Hər nə qədər həmin qurum 2020-ci il üçün artımın indiki səviyyəyə qayıdacağını proqnozlaşdırsa belə, bu proqnoz ticarət müharibələrinin səngiməsi kimi nikbin ssenarini rəhbər tutur.

Ümumiyyətlə, ticarət müharibələrinin qalibi olmur. Dünya bu dərsi xüsusilə ötən əsrin 30-cu illərində iqtisadi və siyasi arenada baş verən faciəvi hadisələr şəraitində öyrəndi. İqtisadi problemlərin faciəvi siyasi və sosial nəticələrə gətirib çıxardığını görən o dövrün aparıcı liderləri II Cahan Müharibəsindən sonra dünyada şəffaf qaydalara əsaslanan beynəlxalq ticarət rejimini qurmağa müvəffəq oldular. Bu prosesin kökündə azad ticarət ilə sülhün bir-birindən asılı olması fikrinin beyinlərdə hakim mövqe tutması dururdu.

Bu da tədricən baş verdi və 1994-cü ildə Ümumdünya Ticarət Təşkilatının qurulması ilə kulminasiya nöqtəsinə çatdı. Vahid Avropa layihəsi çərçivəsində əldə olunan mühüm nailiyyətlərin arxasında da yeni ticarət sistemini quran dövlət xadimləri dururdu. Təəssüf ki, vaxt keçdikcə tarixin acı səhifələri unuduldu və qismən də olsa, təkrar olunmağa başladı. Son illər Donald Trampın prezident seçilməsi, "Brexit", müxtəlif Avropa ölkələrində ultra-millətçi partiyaların hakimiyyətə gəlməsi nəticəsində beynəlxalq iqtisadi əlaqələrin əsasını təşkil edən oturuşmuş oyun qaydalarına ard-arda zərbələr vurulmaqdadır.

- Bəzi analitiklər ABŞ və Çin qarşıdurmasının növbəti iqtisadi böhranla nəticələnəcəyini proqnozlaşdırırlar. Sizcə, belə ssenari mümkündürmü?

- Əslində iqtisadi böhran öz-özlüyündə qaçılmazdır. İqtisadi aktivlik siklik xarakter daşıyır. Misal üçün, ABŞ iqtisadiyyatı orta hesabla 7-12 illik intervallarla böhran vəziyyətinə düşür. Oradakı problemlər isə müxtəlif kanallar vasitəsilə digər dünya dövlətlərinə ötürülür və beləliklə böhran qlobal xarakter daşımağa başlayır. Başqa sözlə, əsas sual məncə böhranın olub-olmayacağı yox, böhranın nə vaxt və hansı şiddətdə olacağıdır.

Heç bir ssenarini tam istisna etmək olmaz, xüsusilə ABŞ prezidentinin özünəməxsus aqressiv üslubunu nəzərə alanda. Buna baxmayaraq hesab edirəm ki, kəskin iqtisadi böhran nə ABŞ, nə Çin, nə digər aparıcı dünya ölkələrinin marağında deyil və yaxın müddətdə müəyyən kompromislərə gedilərək saziş imzalanacaq.

- Sizə elə gəlmirmi ki, iqtisadi böhranların baş verməsi daha tezləşib. Bir böhran bitməmiş digəri başlayır. Səbəbi nədir? Bəlkə bazar iqtisadiyyatı formulasının yenilənməsinə ehtiyac var?

- Deməzdim ki, tezləşib. Yenə də ABŞ-dan misal gətirəcəyəm, çünki həmin iqtisadiyyatda baş verən hər hansı bir şok dünya əmtəə və maliyyə bazarları vasitəsilə demək olar, dünyanın hər bir tərəfinə ötürülür. Artıq 10 ildir orada böhran yoxdur, işsizlik son 60 ilin ən aşağı səviyyəsindədir.

İqtisadçı ekspert: "Böhrana səbəb olan amillər mutasiya keçirən virusa bənzəyir"İqtisadi böhrana səbəb olan amillər isə mutasiya keçirən virusa bənzəyir. Biz əvvəlki böhranın üzə çıxardığı problemlərə çarə tapan kimi görürük ki, yeni problemlər yeni böhran formasında özünü göstərir. Məsələn, 1930-cu illərdə Böyük Depressiya adlanan və ABŞ-da başlayan qlobal böhranın bu qədər kəskin hal almasının başlıca səbəbi bank sisteminin faktiki çökməsi olub. Gələcəkdə bənzər problemlərin qarşısını almaq üçün ABŞ-da Federal Əmanətlərin Sığortalanması Şirkəti (Federal Deposit İnsurance Corporation – red.) yaradıldı, bankların risklərini azaltmaq üçün onların fəaliyyət dairəsini məhdudlaşdıran qanunverici akt (Glass-Steagal Act – red.) qəbul edildi, həmçinin ölkənin mərkəzi bankı olan Federal Ehtiyatlar Sisteminin son instansiya kreditoru (lender of last resort – red.) rolu gücləndirildi. Bu islahatlar bir neçə bankda olan problemlərin bütün bank sisteminin çökməsinə səbəb olmasının qarşısını almaq məqsədini güdürdü.

Amma bu problem 2007-2009 illərin maliyyə böhranında özünü başqa formada büruzə verdi. Bu səfər maliyyə sistemindəki böhranın mərkəzində əhalidən əmanət yığan ənənəvi banklar yox, özünü qısamüddətli maliyyə bazarlarında maliyyələşdirən, qeyri-bank maliyyə institutları oldu. Onların öhdəliklərini Federal Əmanətlərin Sığortalanması Şirkəti sığortalamır. O vaxt mövcud olan qanunlar çərçivəsində ABŞ mərkəzi bankının son instansiya kreditoru dəstəyi də şamil olunmur. Bu baxımdan, növbəti böhranın hansı səbəbdən baş verəcəyini tam demək olmur. İqtisadi viruslar mutasiya keçirməkdə davam edir.

O ki qaldı bazar iqtisadiyyatına, onun onsuz da vahid formulası yoxdur. Tutaq ki, Skandinaviya ölkələrində tətbiq olunan bazar iqtisadiyyatı ilə ABŞ-da tətbiq olunan bazar iqtisadiyyatı arasında fərqlər mövcuddur. Ölkənin iqtisadi, sosial və siyasi strukturunu nəzərə alaraq dövlətin bazar iqtisadiyyatında iştirakı qəbul olunan və bəzi hallarda hətta arzu olunandır. Bununla belə bazar mexanizmlərindən köklü şəkildə uzaqlaşmaq hələ ki heç bir ölkəyə uzunmüddətli perspektivdə fayda gətirməyib.

- Böhran baş verərsə, bunun Azərbaycana nə kimi təsiri ola bilər?

- Ölkəmizdə maliyyə sektorunun kifayət qədər inkişaf etmədiyini və ixrac səbətində hələ də neft və qazın böyük üstünlük təşkil etdiyini nəzərə alsaq, qlobal bazarlardakı təlatümlər bizim iqtisadiyyata əsasən neftin qiymətindəki dəyişikliklər vasitəsilə ötürülür. Dünya iqtisadiyyatının artım sürəti yavaşlayanda adətən neftə olan tələb azalır və bu, qiymətdə enişə səbəb olur. Neftin qiymətindəki eniş öz növbəsində ölkəmizin tədiyyə balansına təzyiq göstərir, manatın dəyərinin itirməsi təhlükəsi yaranır, bu da həm biznesin, həm də əhalinin gələcəyə olan inamını azaldır, xarici valyuta ilə maliyyələşib yerli valyutada qazancı olan bank və şirkətlərin müflisləşmə riskini artırır. Belə şəraitdə hökumət və Mərkəzi Bank iqtisadiyyata müdaxilə etməsə, istehlak və iqtisadiyyata kapital qoyuluşu azalır, şirkətlər kifayət qədər mal və xidmət sata bilmir, bəziləri iflas edir, işsizlik artır.

- Böyük şirkətlərin həmişə bir böhran siyasəti olur. Bir müddət sonra nəsə bir yolla vəziyyəti stabilləşdirə bilirlər. Amma kiçik iş adamları bu prosesdən daha çox əziyyət çəkirlər. Kiçik biznesmen böhrandan necə çıxmalıdır?

- Məncə, kiçik biznesmen ilk növbədə proaktiv olmalı, yəni böhrana düşməmək üçün qabaqlayıcı tədbirlər görməlidir. Müəyyən risklər onun nəzarətində olmasa belə, bəzilərinə daha hazırlıqlı olmaq olar. Risklərini idarə edə bilmək üçün optimist və pessimist risk ssenarilərini düşünməlidir. Tutaq ki, manat 20% dəyər itirsə, biznesimə bu necə təsir edəcək? Xərclərim neçə faiz artacaq? Gəlirlərim neçə faiz azalaq? Böhrana hazır olmaq üçün indidən hansı maliyyə alətlərindən istifadə edə bilərəm? Əməkdaşlıq etdiyim bank və sığorta şirkəti ilə bunları müzakirə etdimmi? Gəlir mənbələrimi kifayət qədər şaxələndirdimmi? Böhran vaxtı hər nə qədər əksər mal və kateqoriyalara tələb azalsa da, müəyyən kateqoriyalara yönəlmiş tələb əksinə artır. Məsələn, bahalı restoranlara tələb azalır, amma "fast food" zəncirlərinə çoxalır. Eyni zamanda kiçik şirkətlər də çalışıb müxtəlif müştəri seqmentlərinə müraciət etməlidir ki, birində problem yarananda, digəri onu kompensasiya etsin. İndiki zamanda xüsusilə ixrac yönümlü fəaliyyətə keçmək, xarici tələbə köklənmək önəmlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 375   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 183
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 198
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 333
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 829
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 153
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 544
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 474
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 343
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 196