Bakıda güllələnən avtoritetin "Emin 444"lə bağlılığı var? - FOTO

Bakıda güllələnən avtoritetin "Emin 444"lə bağlılığı var? - FOTOBinəqədi rayonunda Mübariz Budaqlının odlu silahdan açılan atəşlə qətli ilə bağlı araşdırmalar davam edir. Rəsulzadə qəsəbəsində avtomobildə güllələnən Mübariz Budaqlının qətlinin kriminal dairələr arasındakı münaqişənin təzahürü ola biləcəyi ehtimalları var.

BiG.AZ Yeni Müsavat-a istinadən xəbər verir ki, qətlin "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətli ilə əlaqəli olması iddiaları da yayılıb. Həmin iddiaları təsdiq edən məlumatlar ortada yoxdur. Bununla belə, bu xəbərlərin israrlı şəkildə yayılması müşahidə edilir. Mübariz Budaqlının "Emin 444"ün qətlinin 1 ayının tamamına 3 gün qalmış öldürülməsi qətlər arasında əlaqə ola biləcəyi ehtimalını istisna etmir. Hər halda, bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

Mübariz Budaqlının "Emin-444"ün qəddar qətlinə cavab olaraq öldürülməsi iddiasının nədən yaranması bilinməlidir. Mübariz Budaqovun da, "Emin 444"ün də qətlləri kriminal süjetli filmi xatırladır. Mübariz Budaqovun olduğu avtomobili Binəqədi rayonu ərazində digər avtomobil təqib edib. Təqib edən "BMW"dən "Mercedes"ə atəş açılıb. Sürücünün yanında oturan şəxs güllə yarasından ölüb, sürücü canını qurtarıb.

Bakıda güllələnən avtoritetin "Emin 444"lə bağlılığı var? - FOTOEmin Səfərov (Sağda)

İstintaqın qənaətinə görə, hadisə baş verən gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi "BMW-745" markalı avtomobillə Bakı sakini Nazim Qədirovun idarə etdiyi "Mercedes" markalı avtomobil təqib edilib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açıb. Olay zamanı əvvəllər məhkum olunmuş Mübariz Budaqlı qətlə yetirilib. Cinayəti törədən Taleh Cəlalov və Vüsal Hüseynov tutulublar. T.Cəlalovdan lüləsi kəsilmiş "İJ-16" markalı tüfəng götürülüb.

İlkin araşdırmalar zamanı Mübariz Budaqlının 2017-ci ildə "İnterpol" xətti ilə beynəlxalq axtarışa verildiyi məlum olub. 1976-cı il təvəllüdlü Mübariz Budaqlının ictimai təhlükəli cinayətdə ittiham olunduğu bilinsə də, onun konkret olaraq hansı əməllərin sahibi olması haqda rəsmi məlumat yoxdur. Bilinən odur ki, Mübariz Budaqlı da "Emin 444" kimi yenicə həbsdən çıxıb və öldürülüb.

Mübariz Budaqlı ilə T.Cəlalov arasında uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər 2 nəfər T.Cəlalovun bir ailə üzvü haqda şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Hadisə baş verən gün isə T.Cəlalov M. Budaqli ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisəni törədib.

Bu qətldən 2 gün sonra "Emin 444"ün anası Məlahət Səfərova oğlunun qətlinə görə həbsə alınan kikboks üzrə dünya çempionu Zaur Yusifovun yaşadığı ünvanın qarşısına gedib. Məlahət Səfərova Yusifovların darvazası önündə oğlunun qətlində iştirak edən hər kəsin cəzalandırılmasını tələb edib.
Bakıda güllələnən avtoritetin "Emin 444"lə bağlılığı var? - FOTOMəlahət Səfərova oğlunun qətlə yetirildiyi yerin ətrafındakı binalarda videokameraların olduğunu, həmin videokameraların çıxarışlarının istintaqa təqdim edilməməsindən də şikayətlənib. Ölkə rəhbərliyinə müraciət edərək oğlunun qatillərinin hamısının həbs olunmasını istəyib.

"Emin 444" mayın 9-dan 10-na keçən gecə Bakının Binəqədi rayonunda qətlə yetirilib. Yaxınları iddia edir ki, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində 1 nəfər deyil, 6 nəfər iştirak edib. Onlar qətldə bir neçə bıçaqdan istifadə olunmasını da bunu təsdiqləyən məqam kimi təqdim edirlər. E.Səfərovun anası Yusifovların darvazası önündə bildirir ki, cinayət işində 1 bıçaq var, digər bıçaqları isə hadisə yerindən aparıblar.

E.Səfərovun qətlindən sonra 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyev tutulub. Sonradan isə onun kikboks üzrə müəllimi olan Zaur Yusifov da həbsə alınıb. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Səfərovlar iddia edirlər ki, "Emin 444"ün Həsən Tağıyevlə mübahisəsi olmayıb. Cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb kimi də Zaur Yusifovun kasıblara sələmə pul verib onları incitməsini göstəriblər.

Binəqədi rayonunda 1 ay fərqlə törədilən hər 2 səs-küylü qətl işləri ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1035   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 208
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 227
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 142
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 159