"Qısa geyindi, səhəri gün maşın aldı" - Məşhur teleaparıcı Azər Zahid susqunluğunu pozdu

"Qısa geyindi, səhəri gün maşın aldı" - Məşhur teleaparıcı Azər Zahid susqunluğunu pozdu"Azərbaycan xanımları çox dəyişiblər"

Məşhur teleaparıcı Azər Zahid AzNews.az-a müsahibə verib.

- "Yoxlama" verilişindən sonra efirdə görsənmirsiniz. Sizi yeni mövsümdə televiziyada görəcəyikmi?

- 10 layihə hazırlamışıq. 2013-14-cü ildən özümə söz vermişəm ki, məşhur müğənni, aktyor və aktrisalar ilə işləməyəcəm. Çünki ictimai layihələrə üstünlük verirəm. Ətrafımızdakı insanlar və dostlarımız deyirlər ki, ictimai layihələrə baxılmır, sponsor tapılmır, reytinq vermir. Amma statistika göstərir ki, insanlar ictimai layihələrə daha çox baxırlar. Özümü tərifləməyəcəm. Məsələn, "Dəyişirəm" verilişində insanları sevindirirdik, hədiyyələr təqdim edirdik. "Yoxlama" verilişi də ictimai layihədir. Verilişimiz sıradan insanlarla bağlı olub. Bilirsiniz ki, rəhbərlik etdiyim "A media group" şirkəti yeni ofisdə fəaliyyətə başladı. Köhnə ofisimizi isə studiya etmişik. Fərqli işlər təqdim etməyə çalışırıq. Azərbaycan teleməkanında olmayan 10-a yaxın layihə hazırlamışıq.

Layihələrimizdən bir neçəsinin adını qeyd edə bilərəm. "Naməlum qonaq" və "Deyirlər ki" adlı layihəmiz var. "Deyirlər ki" mifləri dağıdan bir layihədir. Burada real hadisələr göstəriləcək. Məsələn, deyirlər ki, insanı 100 metrdən güllə ilə vursan, ölməz. Biz bunu xüsusi avadanlıq üzərində test edəcəyik. Deyirlər ki, coca-cola qaynadıldıqda qır olur, biz onu test edəcəyik. Bu, həqiqətən belədir, ya yox.

Hər ikisi xarici layihədir və lisensiyası var. Bu layihələri İTV kanalına təqdim etmişik. Dövlət kanallarımız çox dəyişib. İnşallah, kanaldan təsdiq gələrsə, sentyabrda başalayacağıq.

Sizə sual vermək istəyirəm... (Azər Zahid mənə sual ünvanlayır)

- Buyurun...

- Siz nəyə görə televiziyada layihə aparıcısı olmağımı istəyirsiniz. Səbəbi nədir?

- Çünki televiziyada bir aparıcı kimi yeriniz görsənir və layihələrinizdə aparıcı kimi cəsarətlisiniz.

- Azərbaycan teleməkanında dünya miqyaslı layihə ilə üzə çıxan və ölkəmizi xaricdə təmsil edən aparıcı varmı?

- Xeyr.

- Hansı kişi aparıcının xarici fakturası var?

- Elə bir aparıcı yoxdur.

- İngilis dilində dünyanın istənilən ölkəsindən canlı yayım edən aparıcı varmı?

- Xeyr (Azər bəyin sualları bitdi). Bəs, ünvanladığınız xüsusiyyətlər sizdə var?

- Sual vermişəmsə, deməli var.

- Neçə xarici dil bilirsiniz?

- İngilis dili, rus dilində danışıram. Xaricdə Avropa oyunları zamanı ölkəmizin təbliğatını aparmışam.

- Sözünüzdən elə başa düşürük ki, teleməkanda özünüzə rəqib tanımırsınız...

- Rəqib tanımıram desəm, düz çıxmaz. Sadəcə olaraq elə aparıcılar var ki, mənim inkişaf etməyimi, öndə olmağımı istəmirlər. Rəqabət yox, paxıllıq var. Şəxsən mən kişi həmkarlarımın 90 faizini aparıcı kimi tanımıram. Çünki biri müğənni, biri prodüser, biri aktyordur. Mən müğənnilik etsəm, qəbul olunmaram. Sosial şəbəkədə baxış sayı ola bilər, amma müğənni ola bilmərəm. Təbii ki, xaricdə də belə bir strategiya var. Aktyor veriliş, bahalı şoular aparır və yüksək qonarar əldə edir. Amma onlarda tamamilə başqa strategiyadır. Bizdə sağlam rəqabət yoxdur, paxıllıq var.

- Paxıllıq demişkən, bu qənaətə gəlməyinizə səbəb nədir? Sizə nə ediblər?

- Mənə onlar heç nə edə bilməzlər.

- Bəs, xanım həmkarlarınızı bəyənirsinizmi?

- Kimi nəzərdə tutursunuz?

- Afaq Gəncəlini...

- O, mənim həmkarım olub.

- Aparıcı kimi bəyənirsiniz?

- Bəyənmək haqda tamaşaçılar fikir bildirə bilər.

- Nərgiz Məmmədova?

- O da mənim əməkdaşım olub, layihəmi aparıb.

- Vüsalə Əlizadə?

- ...

- İnstagramda daim gülməli və tənqidi videolar paylaşırsınız...

- Haqsızlıq görəndə video paylaşıram. Mənə zəng edirlər ki, xahiş edirik videonu silin, silmirəm. Hətta həmin videoları pullu reklamlara da qoyuram.

- İnstagramda çox aktivsiniz. Sosial şəbəkə izləyicilərindən daha çox tənqid yoxsa tərif eşidirsiniz?

- Bir qrup şəxs var ki, xüsusi adamlardır. Bunu bir çox tanınmışlar bilmirlər. Bir neçə şəxs bir neçə mobil nömrədən, məsələn, 10 mobil nömrədən 50-yə yaxın hesab yaratmaq olur. Bir nömrədən beş ünvan almaq olur. Nəticədə 50 nəfər bir nəfəri şikayət edir və həmin şəxsin profili "spam"a düşür. Hər gün həmin şəxslər feyk provil vasitəsilə spam edirlər. Sonra həmin adamlara xidmət göstərməyə başlayırlar.

- Azər bəy, sizə ənənəvi iki sualım var. Bu sualı digər həmkarlarınıza da ünvanlamışam. Xanımlar sizə sevgi etirafı edirmi və onları necə qarşılayırsınız?

- Xeyr. Heç bir özünə hörmət edən xanım ilk öncə sevgi etiraf etməz.

- Artıq zəmanə dəyişib..

- Elələri var, amma dedim axı özünə hörmət edən xanım etməz... Əlbəttə sevgi etiraf edən xanım olur. Axı, bu şəxsidir.

- Tez-tez aşiq olursuz?

- Gündə (gülür). Həqiqətən Azərbaycan xanımları çox dəyişiblər, qəşəngləşiblər. Artıq geyim tərzləri dəyişib, baxımlı olublar. Son zamanlar xanımlarda bir şeyi bəyənmirəm, hamısı burun əməliyyatı ediblər, dodaqları eynidir. Mən daha çox təbii gözəlliyə üstünlük verirəm.

- Siz sosial şəbəkədə kiçik yaşlı bacınız oğlunun videosunu paylaşmışdınız. İnsanlar sizin oğlunuz olduğunu düşündülər...

- O, mənim oğlum deyil, bacım oğludur. Oğlum olsa, deyərdim. Mən şəkil paylaşan zaman yazmışdım ki, ailəmizə xoş gəldin. Bacım da ailəmdir də.

- İnstagramda hər statusunuz səs-küyə səbəb olur. Əslində, sizin kimi həyat yoldaşından ayrılan bir çox aparıcılarımız var, amma sizin hər sözünüz xəbərə çevrilir.

- Bəli, nə qədər həyat yoldaşından ayrılan məşhurlar var. Niyə mənə qarşı belədirlər? Xüsusi bir qrup var, hətta İnstagramda səhifəmə o xanım haqqında ( Vüsalə Əlizadəni nəzərdə tutur) nəsə söz yazırlar. O xanımı tənqid etmədən, mənə xoş söz yazırlar. Bundan sonra 40 nəfər başlayır, həmin xanımı pisləməyə. Elə bil ki, xüsusi qrupdurlar.

- Samir Bayramlı müsahibəsində dedi ki, Azər Zahidi mənə bənzədirdilər və Vüsalə xanımdan ayrıldıqdan sonra hər kəs mənə aqressiya ilə yanaşırdı...

- Samir Bayramlı mənə oxşamır, ağ saçımız və saqqalımızdan ola bilər ki, bənzədirlər. Ona görə deyirəm ki, hamı mənə düşmən kimi baxır.

- Yenə də?

- O insanlar bilmirəm, hansı qüvvələrdi, kimlərdi. Onları başa düşə bilmirəm.

- Xanımlar kişilərlə müqayisədə zəifdirlər. Bəlkə ona görə sizə aqressiya ilə yanaşırlar.

- Xanımlar zəif deyil, kişilər zəifdi. Xanımın dediyi sözü balta kəsir, kişinin isə yox.

- Mənə elə gəlir ki, siz Vüsalə xanımla nə zamansa bir araya gələcəksiniz.

- Xeyr. O haqda danışmaq istəmirəm. O mənim övladımın anasıdır. Övladımı çox sevirəm. Övladıma görə anasına da hörmət edirəm. Kimsə ona nə isə desə imkan vermərəm.

- Qızınız Diləyin gələcəkdə aparıcı olmasını istəyərsiniz?

- Qızım həkim olmaq istəyir. Hələ ki, bu, uşaq istəyidir. Böyüyəndə hansı sənətin sahibi olacağını Allah bilir. Amma aparıcı olmasına da pis baxmıram. Gənclər görür ki, aparıcı qısa geyindi, səhəri gün maşın aldı. Bizim gənclər mənfi düşüncəyə doğru gedir. Ən çox da gəncləri pozan sosial mediadır.

- Bir çox müğənnilər övladının müğənni ilə evlənməsini istəmirlər. Mənə maraqlıdır ki, aparıcılar necədir? Övladınızın aparıcı ilə evlənməsini necə qarşılayarsınız?

- Çox gözəl, əgər ailəsinə baxacaq və dəyər verəcəksə. Şəxsən mən səhər gedirəm, gecə gec gəlirəm. Bir həftə burda olmuram. Onu düşünən və sevən bir xanım həyatında olmalıdır. Bilməlidir ki, bu sfera belədir.

- İkinci həyat yoldaşınız Nəcibə xanımdan ayrılmısınız?

- Özəl həyatım haqqında danışmayacam. Bu, mənə məxsusdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3658   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164