"Qız övladı olan qadın ikinci dəfə ərə getməməlidir"

"Qız övladı olan qadın ikinci dəfə ərə getməməlidir""Azyaşlı qız uşağı olan qadın ikinci dəfə ailə qurmamalıdır. Demirəm, ömürlük ailə qurmasın, qursun. Ən azından uşağı özünü dərk edəcək yaşa gələnə qədər qurmasın".
Axşam.az-ın məlumatına görə, bu sözləri aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə yazıb. O, ayrılan qadınların ikinci dəfə ərə getməsini qınayıb:
"Heç olmasa başına pis hadisə gələndə, dərk etsin ki, bunu ona kim edib. Xanım olsam da, indiki qadınlar elə bil ipdən qırılıblar. Nə olub? Yoxsa elə bilirsiz əvvəlki qadınların hisləri, tələbatları olmayıb? Elə belə vecsiz düşündüyünüzə, hər şeyə barmaqarası baxdığınıza görə, ögey atalar tərəfindən zorlanan, evdən didərgin olub 16 yaşından küçələrə düşən, həyatı puç olan uşaqların sayı günü-gündən artır.
İndi deyəcəksiniz ki, öz doğma atasından yaxşı atalıq edən ögey, öz atasının zorladığı qızlar var. Onları mən də bilirəm. Amma yuxarıda məsəlini çəkdiyim hadisə daha çoxluq təşkil edir.
Biz böyüyəndə anama dedik ki, niyə ailə qurmadın? Gözəl qadın idin, saçın ağardı, tək bala saxlamaqdan kişiləşdin. Zülm çəkdin, qadın kimi xoşbəxt olmadın. Dedi ki, onda körpə idiniz, amma böyüyüb, 16 yaşınız olacaqdı. Qızlarım başqa kişi yanında böyüməli idi. Ondansa ölsəm yaxşı idi. Balam məndən artıq deyil. Düzdür, hamı mənim anam kimi ideal ana deyil. Amma analıq hissi yaxşı şeydir. Ona görə də hər övlad dünyaya gətirən ana olmur. Necə ki, deyillər".
Qeyd edək ki, Bakı Bələdiyyə Teatrının aktrisası olan Zülfiyyə tamaşaçılara "Həyat sən nə qəribəsən", "Ata ocağı" kimi seriallardan tanışdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1794   Tarix: 06 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 972
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23.04.2024 722
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1984
.

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər

"Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşova ilə bağlı suala cava

24.04.2024 1049
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 758
.

Vüsalə mini ətəkdə əyləşib ELƏ POZ VERDİ Kİ... - FOTOLAR

Məşhur aparıcı Vüsalə Əlizadə sosial mediada paylaşımı ilə diqqətləri cəlb edib. BİG.AZ xəbər verir ki, aparıcı "instagram" hesabında fotolarını yayımlayıb. Vüsalənin mini geyimdə cazibədar görünüşü diqqət çəkib. Sözügedən fotoları təqdim edirik:

21.04.2024 2784
.

23 illik həyat yoldaşı ilə ilk dəfə görüntüləndi - Fotolar

Türkiyəli müğənni İzzət Yıldızhan ilk dəfə həyat yoldaşı Ajda Yıldızhanla obyektivlərə tuş gəlib. Axşam.az xəbər verir ki, cütlük məclislərdən birinə birgə qatılıblar. 23 ildir evli olan ikili ilk dəfə birgə görüntülənib. Qeyd edək ki, 61 yaşlı İzzət 3 dəfə ailə qurub. Onun müxtəlif qadınlardan ümumilikd

22.04.2024 887
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24.04.2024 829
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 857