Anar Məmmədov ölkəyə niyə qayıtdı? - FOTO

Anar Məmmədov ölkəyə niyə qayıtdı? - FOTOSabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Bakıda keçirilən "Arsenal"-"Çelsi" oyunundan özünün İnstaqram səhifəsində video paylaşıb.

BiG.AZ Yeni-Müsavat-a istinadən xəbər verir ki, videodan belə anlaşılır ki, sabiq nazir oğlu Bakıdadır. Buna qədər Anar Məmmədovun ölkəyə qayıdışının mümkün olmayacağı haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Anar Məmmədovun Bakıdakı fəaliyyəti arzuolunmazdır, onun ölkəyə gəlməsi də bu baxımdan baş tutmaya bilər.

Belə görünür ki, ötən illər ərzində Məmmədovlara qarşı münasibət dəyişib. 15 gün əvvəl Anar Məmmədovun əmisi Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Hansı ki, 3 çağırış deputat olub, Bakı Beynəlxalq Avtovağzalı da onun şirkətinin nəzarətində idi. Ziya Məmmədov vəzifəsindən çıxarılandan sonra kompleks Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Elton Məmmədov son seçkilərdə deputat ola bilməmişdi.

Bakı Beynəlxalq Avtovağzalı "2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilib. Obyekt o zaman nazir olan Ziya Məmmədovun ailə biznes imperiyasını özündə birləşdirən "ZQAN" Holding tərəfindən inşa edilmişdi. Baş podratçı isə "Bakı XXI Əsr" MMC adlı şirkət idi. "Bakı XXI Əsr" MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı "Trans European Leasing Group" LTD-dir. "Bakı XXI Əsr" MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib. Həmin şirkətin isə təsisçisi o vaxt deputat olan Elton Məmmədov idi. E.Məmmədov özü mətbuata bu şirkətin təsisçisi olduğunu təsdiqləmişdi. Avtovağzal kompleksinin 80-100 milyon dollara başa gəldiyi bildirilir. Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu "Comfort İNN" hoteli, 720 yerlik avto dayanacaq, "Bakı XXI Əsr" adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxil idi...

Anar Məmmədov ölkəyə niyə qayıtdı? - FOTOMəmmədovların yenidən fəallaşması, Elton Məmmədovun vəzifəyə təyinat alması, Anar Məmmədovun ölkəyə qayıtması onlara münasibətdə maraqlı gəlişmələrin olduğunu göstərir.

Anar Məmmədov atası Ziya Məmmədov vəzifəsini itirməzdən çox əvvəl ölkədən getmişdi. Onun Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşdığı haqda xəbərlər vardı. Həmin dövrdə Məmmədovların "ZQAN" adı ilə qurduqları, sonradan "Garant"a çevrilmiş holdinqlərinə daxil olan şirkətlər nəzarətlərindən çıxarılırdı. Hətta 2018-ci ildə Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs də qoyulmuşdu. Məlum olmuşdu ki, Anar Məmmədov və şirkətlərinin "Paşa Bank"a kredit borcu var. O dövrdə məhkəmədə cavabdeh qismində "Garant İnşaat Sənaye" MMC, "Garant Holding" MMC, "Azpod" MMC və Anar Ziya oğlu Məmmədovun adları keçirdi.
Anar Məmmədov ölkəyə niyə qayıtdı? - FOTOAbşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlakın - Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə, eyni zamanda əmlak kompleksi, Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoymuşdu. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi.

Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləği idi. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsini də tələb etmişdi. Apelyasiya şikayəti verən "Garant İnşaat Sənaye" MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və "qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub". Ancaq daha sonra Anar Məmmədov şikayətini geri götürmüşdü.
Anar Məmmədov ölkəyə niyə qayıtdı? - FOTOÜzərinə həbs qoyulmuş Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə tikinti sektorunda da fəaliyyət göstərən "ZQAN Konstrakşn" MMC, Məmməd Araz küçəsi, ev 25V ünvanında isə keçmiş "Bank of Azerbaijan" ASC-nin 18 saylı filialı yerləşirdi. Anar Məmmədovun 7 ilə qədər ardıcıl inşaat işləri aparılan Bakıdakı 33 mərtəbəli hotelinin qapılarının bu günə qədər qapalı qalması da onun ölkəyə qayıtmayacağı iddialarını gücləndirmişdi. Belə söhbətlər yayılmışdı ki, Məmmədovlar Bakıdakı "Yelkən-hotel"i (əvvəlki adı "Trump Tower Baku") Türkiyədən olan bir iş adamına satıb. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən "Mixity Design Ltd" şirkəti tərəfindən hazırlanıb.
Anar Məmmədov ölkəyə niyə qayıtdı? - FOTOHotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və 2008-ci ildə başlayan tikintini də onun şirkəti həyata keçirib. Hotelin hələ 2015-ci ildə Avropa Oyunları ərəfəsində istifadəyə veriləcəyi məlum idi, bu barədə rəsmi mənbələr hələ bir il əvvəl məlumat yaymışdı. Gözlənilirdi ki, Bakıya xüsusi bir yaraşıq verən bu hotel Avropa Oyunlarınadək istifadəyə veriləcək. Avropa Oyunları o zaman hələ "Trump Towers" adlanan brendin həm tanınması, həm də təbii ki, qazanc əldə etməsi üçün yaxşı şans yaradırdı. Amma hotelin açılışı olmadı. 4 ildir ki, hotel fəaliyyətsizdir. Hətta 2018-ci ildə hotelin fasadında meydana gələn yanğından sonra belə xəbərlər də vardı ki, tikili ümumiyyətlə sökülə bilər. Fasadında xüsusi qurğuların quraşdırılması hotelin sökülə biləcəyi ehtimalını artırırdı. Bu gün də açılışı olmayan binanın təmirə hazırlandığı və ya söküləcəyi haqda heç nə məlum deyil.

Bundan başqa, Məmmədovlara məxsus Qubadakı beşulduzlu "Quba Rixos" hoteli də rebrendinq edilib. Hotel 2018-ci ilin aprelindən "Quba Palace" adı ilə fəaliyyətə başlayb. Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik keçmiş "Rixos" hotel kompleksi 2013-cü ildə istifadəyə verilib.

"Yeni Müsavat"ın əməkdaşı Anar Məmmədovun ölkəyə qayıtması, holdinqinə daxil olan, sonradan digər şirkətlərin nəzarətinə keçən şirkətlərlə bağlı məhkəmələrə üz tutması, "Yelkən hotel"in açılışı və s. məsələlərlə bağlı onun vəkili Nihat Axundovla əlaqə saxlayıb. Vəkil müvəkkilinin Azərbaycanda olduğunu deyib, bildirib ki, digər məsələlərlə bağlı müvəkkilinin mövqeyini açıqlayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 931   Tarix: 31 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bekhemlər Kral ailəsi ilə... - FOTO

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem və xanımı Viktoriya Bekhem Kral II Çarlz və kraliça Kamilla ilə bir araya gəlib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar Kral ailəsi tərəfindən Britaniya-İtaliya münasibətləri şərəfinə təşkil olunan şam yeməyində görüşüblər. Bekhemlə

10.02.2025 337
.

"Azərbaycana qarşı mənfi münasibət Rusiyanın siyasi ayıbıdır"-TURAL İSMAYILOV

Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasından sonra baş verən yanğın, füzelyajın hissələrini və pilot kabinəsinin bir hissəsini məhv edib. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin qəzanın səbəblərini

10.02.2025 351
.

Müğənni Dəniz Əsədova axtarışa verildi

Müğənni Dəniz Əsədova yenidən axtarışa verilib. xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərarı qəbul edib. Belə ki, müğənni Dəniz Əsədova təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30 tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak etməyib və məhkəmədən yayınıb. Dəniz Əsədovanı

10.02.2025 755
.

Üç il əvvəl Zaqatalada meşədə itkin düşən hindistanlı turistin qalıqları tapılıb

Fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin may ayıdna Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsu

12:29 125
.

Məşhur reper gündəmə yemək sifarişləri ilə gəldi

Əsl adı Aubrey Graham olan kanadalı reper Dreyk tez-tez qazancı və xərcləri ilə bağlı xəbərlərdə yer alır. xarici mediaya istinadən xəbər verir ki, kanadalı reper Dreyk bu dəfə yemək sifarişlərinə 2651 dollar xərcləyib. Reper bu ziyafəti qonaqları üçün sifariş edib. Sifarişin təfərrüatlarını özündə ək

10.02.2025 349
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanı

10.02.2025 1031
.

Buna görə verilişlərə getmir

Müğənni Gülay Zeynallı verilişlərə getməməsinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İzzət şou"da danışıb. O bildirib ki, yeni işi olmadan efirdə görünmək istəmir:. "Televiziya işçilərinin arasında dəyərli dostlarım, yaxşı aparıcılar, insanın sənətinə, şəxsiyyətin

10.02.2025 598
.

"Türkiyədə Novruz qeyd olunmadığı üçün təəssüflənirəm"

Əslən azərbaycanlı olan aktyor Ozan Akbaba uşaqlıq illərindən danışıb. OLAY yazır ki, İbrahim Selimin verilişində qonaq olan Ozan Karsda unutmadığı adət-ənənələrdən söz açıb. O. Akbaba deyib ki, əvvəllər Novruz bayramını qeyd etsələr də, indi Türkiyədə bu ənənə unudulub:. "Odun üstündən tullanardıq

10:42 229
.

Alişan və Buse Varol Sevgililər Gününü Ümrədə keçirəcək

Məşhur müğənni Alişan dünən axşam saatlarında Kiprdə "Chamada Prestige" otelində səhnəyə çıxıb. türk mediasına istinadən xəbər verir ki, konsertdən əvvəl həyat yoldaşı Buse Varol ilə mətbuatın suallarını cavablandıran Alişan Sevgililər Günü planlarını da bölüşüb. Məşhur müğənni "Evləndikdə

10.02.2025 377
.

TOP MP3