ABŞ-da yaşayan Azərbaycanlılardan 'Eurovision--2012'yə dəstək kampaniyası (Fotolar)

24 may 2012-ci il tarixdə ABŞ-ın Nyu York şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri bir araya gələrək doğma Vətənimiz Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Avroviziya mahnı müsabiqəsinə dəstək veriblər:

"Biz azərbaycanlılar Vətəndən uzaqda yaşasaq da qəlbimiz hər an doğma Azərbaycanla döyünür. Vətənin sevincinə şərik olmaq, onun müvəffəqiyyətləri ilə fəxr etmək hər birimizin şərəf işidir. İlk təməli 1956-cı ilin məhz may ayının 24-də qoyulan Avroviziya mahnı müsabiqəsinin bu il doğma Bakımızda keçirilməsi bizim qəlbimizi qürur hissi ilə doldurur.
Müsabiqənin ilk günündən Bakı Kristal zalı bütün dünyanı heyrətləndirir. Gələn qonaqlara: müsabiqə iştirakçılarına, onları müşayiət edən nümayəndə heyəti üzvlərinə, jurnalistlərə olan böyük diqqət, qonaqpərvərlik, hörmət bu günə qədər heç bir ölkədə təsadüf olunmayıb. Bunu Bakıya gələn qonaqların hər biri təsdiq edir.

Müsabiqənin gedişi zamanı ifa olunan Azərbaycan musiqiləri, Azərbaycan xalq musiqi alətlərinin, xüsusilə Qaval daşının səhnəyə çıxarılması, mənim fikrimcə, bu müsabiqəyə daha çox rəng qatdı. Mən bunu əminliklə söyləyirəm ki, Dünya Azərbaycanlıları Avroviziya 2012 mahnı müsabiqəsinin hər anından xüsusi bir zövq alır.

Biz də may ayının 24-də müsabiqənin ikinci yarmfinalının keçirildiyi gün Nyu York şəhərinin Azərbaycansayağı bəzədilmiş gözəl bir məkanına yığışaraq onu canlı izlədik.Hər kəs öz ürək sözünü söylədi, sevincini bölüşdü, Vətəni necə böyük məhəbbətlə sevdiyini dilə gətirdi. Dəvət olunmuş qonaqlar arasında azərbaycanlılarla yanaşı Turkiyə, Özbəkistan, Gürcüstan, Peru, Kolumbiyadan gələn tələbə gənclər, həmçinin amerikalı tələbələr də var idi.İkinci yarımfinalı izlədikdən sonra gözəl Azərbaycan musiqilərinin sədaları altında rəqslər ifa olundu.

Best Model World 2007 yarışmasının və onlarla müsabiqələrin iştirakçısı və qalibi olan həmyerlimiz Rüstəm Cəbrayılov da tədbirimizin fəxri qonağı idi.

Həmin gün həm də qarşıdan gələn 28 may Respublika Günü xüsusi olaraq qeyd olundu. Hər bir azərbaycanlını bu gün münasibəti ilə təbrik etdik və doğma Vətənimizə sülh, əmin-amanlıq, inkişaf,daha böyük uğurlar arzuladiq.
Tədbirdə çıxış edən qonaqlar hər zaman Azərbaycanımızı dəstəkləməyə hazır olduqlarını söylədilər. Tədbirin aparıcısı Minəvvər Vahabova bu işdə mənəvi kömək göstərdiyi üçün Qarabağ Fonduna, xüsusilə də fondun icraçı direktoru Diana Altmana öz dərin minnətdarlığını bildirdi.

O da qeyd olundu ki, may ayının 26-da müsabiqənin final günündə Vaşinqton və Boston şəhərlərində də dəstək tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu işdə hər bir təşkilata uğurlar arzulandı.

mənbə: azxeber.com

ABŞ-da yaşayan Azərbaycanlılardan 'Eurovision--2012'yə dəstək kampaniyası (Fotolar)ABŞ-da yaşayan Azərbaycanlılardan 'Eurovision--2012'yə dəstək kampaniyası (Fotolar)ABŞ-da yaşayan Azərbaycanlılardan 'Eurovision--2012'yə dəstək kampaniyası (Fotolar)ABŞ-da yaşayan Azərbaycanlılardan 'Eurovision--2012'yə dəstək kampaniyası (Fotolar)ABŞ-da yaşayan Azərbaycanlılardan 'Eurovision--2012'yə dəstək kampaniyası (Fotolar)ABŞ-da yaşayan Azərbaycanlılardan 'Eurovision--2012'yə dəstək kampaniyası (Fotolar)ABŞ-da yaşayan Azərbaycanlılardan 'Eurovision--2012'yə dəstək kampaniyası (Fotolar)ABŞ-da yaşayan Azərbaycanlılardan 'Eurovision--2012'yə dəstək kampaniyası (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2137   Tarix: 27 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

07.05.2024 288
.

Meyxanaçı ilə aparıcının toyudur

Aparıcı Nübar Əbilin toyudur. Axşam.az xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Aparıcı toy dəvətnaməsini paylaşaraq mayın 25-də ailə qurcağını bildirib. Nübar meyxanaçı və ssenarist Pərviz Haşımovla ailə qurur. Qeyd edək ki, N.Əbil hazırda AzTV-də aparıcılıq edir. P.Həşimov "Qız atası"

07.05.2024 863
.

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb. xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, hücum Yunnan əyalətinin Kaotonq əyalətindəki Cinxiong Rayon Xalq Xəstəxanasında bıçaqla həyata keçirilib. Səlahiyyətlilər hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edəni

07.05.2024 202
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib. Belə ki, Qarada

07.05.2024 926
.

Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib. O bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib. Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir. O bildirib ki, Rusiyada

07.05.2024 235
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

07.05.2024 108
.

Yusuf Güney ən böyük xəyalını AÇIQLADI - VİDEO

"Ən böyük arzum meşənin içində kənd qurmaqdır. Bu kənddə pul olmayacaq. Hamı əkib-biçəcək, işləyəcək amma pul almayacaqlar. Mən bütün yatırımları özüm edəcəm, sonra insanlar gəlib orda yaşayacaqlar". Bu sözləri BİG.AZ-a türkiyəli məşhur müğənni Yusuf Güney deyib. O, bir çox arzusuna çatdığın

07.05.2024 372
.

Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb

Şərqi Afrika ölkəsi Tanzaniyanın Hind okeanı sahillərində qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb. xəbər verir ki, rəsmilər Tanqa bölgəsində Panqaniyə gedən qayıqdan düşərək boğulan 5 nəfərin cəsədinin Keniyanın Mombasa sahillərində sürünərək sudan çıxarıldığını bildirib. 6 nəfəri

07.05.2024 129
.

Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib. xəbər verir ki, o bunu mayın 7-də keçirdiyi mətbuat konfransında deyib. Baş nazir 44 günlük müharibədən qaçmağın niyə mümkün olmadığını izah edib. "2018-ci ildən Dağlıq Qarabağd

07.05.2024 191