Nazir: Azərbaycan icması Qarabağda ermənilərlə birlikdə yaşamağa hazırdır

Nazir: Azərbaycan icması Qarabağda ermənilərlə birlikdə yaşamağa hazırdırDağlıq Qarabağ münaqişəsinin uzanması həm də Ermənistanda əhalinin iztirablarına səbəb olub.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Kommersant" qəzetinə verdiyi müsahibədə danışıb.

Nazirin sözlərinə görə, Ermənistan tərəfi münaqişənin nizamlanmasında maraqlı olmalıdır.
"Azərbaycan ərazilərinin zəbt edilməsi və onların bu illər ərzində davam edən işğalı Ermənistana hər hansı nəzərəçarpan dividendlər gətirməyib. Əksinə, bu, ölkədə yoxsulluq, işsizlik səviyyəsinin artımına, insanların ölkədən kütləvi şəkildə axın etməsinə və digər böhran təzahürlərinə yol açıb. Necə deyərlər, siyasətçi seçkilər barədə, dövlət lideri isə gələcək nəsillər barədə düşünür", - deyə nazir vurğulayıb.

E.Məmmədyarov qeyd edib ki, erməni tərəfi münaqişənin nizamlanması məqsədlərini güdürsə, birmənalı şəkildə və ləngimədən siyasi iradə ortaya qoymalı və bu istiqamətdə praktiki addımlar atmalıdır.

"Biz belə yanaşmanı hərtərəfli şəkildə alqışlayacağıq. Belə yanaşmaları təkcə bəyan etməklə kifayətlənməməlidirlər, onu həm də həyata keçirmək lazımdır", - deyə nazir bildirib.

E.Məmmədyarov 2016-cu il Aprel hadisələrinə də toxunub. O bildirib ki, həmin döyüşlər amansız etnik təmizləmələrlə müşayiət olunan Azərbaycan torpaqlarının işğalına əsaslanan mövcud status-kvonun özündə böyük risklər daşıdığını və hər an mövcud münaqişənin tammiqyaslı silahlı toqquşmalara qədər böyüyə biləcəyini açıq şəkildə sübut etdi.

"Bütün problemlərin, o cümlədən, müharibənin bərpa olunması riski daşıyan, atəşkəs pozuntularının səbəbi, Ermənistan Respublikasının işğalçı qüvvələrinin zəbt olunmuş və zor gücü ilə saxlanılan Azərbaycan torpaqlarında qanunsuz şəkildə qalmalarının davam etməsindədir", - deyə nazir bildirib.

O vurğulayıb ki, azərbaycanlı qaçqınlar Dağlıq Qarabağa qayıtmayınca, tərəflərin qarşılıqlı etibarı bərpa etməsi mümkün olmayacaq:

"Danışıqlar prosesində real addımlar atılmadan və münaqişənin nizamlanması, onun ağır fəsadlarının aradan qaldırılması üçün siyasi iradənin açıq nümayişi olmadan, etibarın bərpa olunması ilə bağlı istənilən cəhdlər uğursuzluğa düçar olacaq. Ona görə də biz mərhələli nizamlanma istiqamətində hərəkət etməliyik.

Belə nizamlanmada başlanğıc işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması və sonradan oraya məcburi köçkünlərin qayıtması olmalıdır. Məhz bu qarşılıqlı etibarın qurulması ehtiyac duyulan şərtlər yaradacaq.

Etibar etmək üçün mütəmadi təmasda olmaq lazımdır. Məsələn, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icması tərk etməyə məcbur olduqları torpaqlara qayıtmağa və regionun erməni icması ilə birlikdə yaşamağa, əlaqələri qaydasına salmağa, etibarı bərpa etməyə və sülhü qaytarmağa hazırdır".

E.Məmmədyarov Azərbaycan tərəfinin münaqişənin ən qısa zamanda nizamlanmasında maraqlı olduğunu və hələ də münaqişənin danışıqlar yolu ilə həllini tapacağına ümid etməyə davam etdiyini vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 356   Tarix: 27 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 0
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

07.05.2024 0
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

07.05.2024 279
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

07.05.2024 588
.

"Bahar" serialı yayımlanmayacaq

Reytinqləri alt-üst edən və maraqla izlənilən "Bahar" serialının bu həftə yeni bölümü ekrana gəlməyəcək. OLAY yazır ki, bu barədə Birsen Altuntaş məlumat yayıb. Bildirilir ki, ekran işinin çəkilişləri və montajı bitmədiyindən bu həftəlik proqramda yer almayacaq. Qeyd edək ki, layihədə baş rollar

07.05.2024 1855
.

"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib. " platformasınd

07.05.2024 160
.

Yağış nə vaxt dayanacaq? - Hava ilə bağlı vacib açıqlama

"Yaxın günlərdə dağlıq rayonlarına qar yağacaq". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Direktor bu gün Bakıda və Abşeron yarmadasında, eləcə də bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyini vurğulayıb

07.05.2024 1935
.

Sabah da yağış yağacaq

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi

07.05.2024 303
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

07.05.2024 103