Mxitaryan Bakıya gəlmədi, ermənilər "qorxaq" dedi

Mxitaryan Bakıya gəlmədi, ermənilər "qorxaq" dedi"Arsenal" futbol klubunun oyunçusu, erməni əsilli Henrix Mxitaryanın Bakıya gəlməkdən imtina etməsi Ermənistanda da birmənalı qarşılanmayıb.

Bəziləri Mxitaryanın belə bir qərar verməsini anladıqlarını dilə gətirsə də, digərləri "daha yaxşı bəhanə gətirmək olardı" deyə, erməni futbolçunun imtinasını bəhanə adlandırıblar.

Ermənistan Boks Federasiyasının mətbuat katibi Ervand Akopyan Feysbuk hesabında Azərbaycana və UEFA-ya qarşı olan iradların anlaşılmaz olduğunu bildirib.

"Mxitaryan Azərbaycana getməkdən imtina etdi, halbuki qarşı tərəf bütün təhlükəsizlik şərtlərinin təmin olunacağını bildirmişdi. Onu da vurğulayım ki, futbol şərhçilərinin təşkil etdikləri debatda tərəflərdən biri Mxitaryanı "qorxaq" adlandıraraq, 2007-ci ildə Bakıya yarışlara gedən erməni güləşçiləri və 2015-ci ildə Avropa oyunlarına qatılan erməni idmançıları misal çəkiblər", - Akopyan yazıb.

Ermənistan Dövlət İdman İnstitutunun müəllimi, həmçinin Mxitaryanın ustadı Araks Marutyan isə tələbəsini ölkəsinin Bakıya yarışlara gedən digər erməni idmançılarla müqayisə edib:

"İdman izləyicisi kimi qeyd etməliyəm ki, Bakıya Ermənistandan gedən boksçularımızın və digər idmançılarımızın həyatı daha çox təhlükədə idi. Mxitaryan isə dünya şöhrətli idmançıdır. Bu isə o deməkdir ki, keçmiş tələbəmin sığortası və müdafiəsi daha güclüdür".

O, qeyd edib ki, futbolçunu yalnız bir halda anlaya bilərdi ki, getdiyi ölkədə özünə qarşı boykotla qarşılaşsın:

"Xüsusən də Azərbaycana təyyarə ilə digər ölkədən uçacaqdı. Bakıya getməkdən imtina etmək üçün başqa səbəblər tapmaq olardı. Məsələn, erməni izləyicilərin stadiona buraxılmaması..."

Mxitaryanın qərarına Ermənistan Daxili İşlər Nazirliyindən də şərh gəlib. Nazirliyin mətbuat katibi Anna Naqdalyan bildirib ki, futbolçu matçda iştirak etsəydi, onu tam dəstəkləyərdi:

"Biz bildirdik ki, Azərbaycan öz tərəfindən bütün təhlükəsizlik şərtlərini təklif etdi. Bu şərtlər həm Mxitaryanı, həm də onun komandasını qane edə bilərdi".

Naqdalyan mətbuat konfransında bildirib ki, ölkənin Daxili İşlər Nazirliyi futbolçunun Azərbaycana səfərinə qarşı deyil. Buna baxmayaraq, Naqdalyan Azərbaycanı suçlamağı da unutmayıb.

Yeri gəlmişkən qeyd edək ki, Mxitaryanın Bakıda keçiriləcək çempionata qatılmaqdan imtina etməsi dünyanın diqqətini bir daha Azərbaycan-Ermənistan münaqişəsinə yönəldib.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1235   Tarix: 26 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

05.05.2024 149
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 250
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

05.05.2024 169
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 205
.

Qandonduran OLAY: Cərrah qadını mişarla doğradı

Qvatemalada kosmetoloji klinikaların birində əməliyyatdan sonra dünyasını dəyişən xəstə Floridalma Rokenin meyiti çəlləkdə gizlədilib. Bu, onun yoxa çıxmasından bir il sonra məlum olub. Müəyyən olub ki, cərrah baş verənləri gizlətmək üçün qurbanın cəsədini parçalara ayırıb. Qadının meyitinin yeri həl

05.05.2024 570
.

ABŞ-də narkotiklə bağlı təhlükəli vəziyyət yaranıb

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası "epidemiyası" yayılıb. Bu barədə Təcili yardım xidmətindən bildirilib. Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər. Təcil

05.05.2024 219
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 215
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 211
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

05.05.2024 174