Bakıda arvadını iplə boğan şəxsin etirafı - "Xəyanətə görə öldürdüm"

Bakıda arvadını iplə boğan şəxsin etirafı - "Xəyanətə görə öldürdüm"
Arvadını boğaraq öldürməkdə təqsirli bilinən Müsəddiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il oktyabr ayında Qaradağ rayonunda baş verib.

Rayonun Lökbatan qəsəbəsində yaşayan 58 yaşlı Yardımlı rayon sakini Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 44 yaşlı Ofeliya İmanovanı iplə boğaraq öldürüb.

Cinayəti törədən Müsəddiq Əliyev hadisədən sonra polisə gələrək təslim olub. O, ifadəsində arvadını xəyanət üstündə qətlə yetirdiyini etiraf edib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 743 Tarix: 25.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər