Bakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolar

Bakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolarDövlət Sər­həd Xidmətinin (DSX) inzibati binasında "Siyasi repressiya qurbanları mu­zeyi"nin açılışına həsr olunmuş tədbir keçirilib.

DSX-dən BiG.AZ-a verilən məlumata görə, tərbirdə Prezidentin Hüquq-müha­fizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Mədəniyyət naziri Əbülfəs Qa­ra­yev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi gene­ral-polkovnik Mədət Quliyev, Ali Məhkəmə­nin sədri Ramiz Rzayev, Baş Prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Proku­ror general-leytenant Xanlar Vəliyev, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Azərbaycan Ya­zı­çılar Birliyinin sədri Anar, Azərbaycan xalq yazıçısı Çingiz Abdul­la­yev, Azər­baycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direk­toru Yaqub Mahmudov, Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Əs­gər Rə­sulov, Milli Məclisinin deputatları, Aydın Mir­zəzadə, Əflatun Amaşov, Aqil Abbas və digər rəs­mi şəxslər iştirak ediblər.

Tədbirdə general-polkovnik Elçin Quliyev, Əbülfəs Qarayev, Anar, Yaqub Mahmudov və general-polkovnik Mədət Quliyev çıxış ediblər. Çıxışlarda muzeyin ekspozisiyasının Azər­baycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirməsi, 1920-1950-ci illərdə dövlətin apardığı siyasət nəticəsində on minlərlə ic­ti­mai və dövlət xadi­minin, elm, mədəniyyət, incəsənət nümayəndələ­rinin, sı­ra­vi vətən­daş­ların repres­siyaya məruz qalması xüsusi qeyd edilib.

1950-ci illərin ikinci yarısında siyasi rerpessiya qurbanlarına bəra­ət verilməsinə baxmayaraq bolşevizmin hökmranlıq et­di­yi illərdə siyasi rep­ressiyalar haqqında məlumatların yayılmasına qa­dağa qoyulması, yal­nız müstəqilliq illərində - 15 mart 1996-cı il tarixdə Dahi Öndər Heydər Əli­yevin imzaladığı "Siyasi repressiya qur­ban­larının reabilitasiyası haq­qında" Azərbaycan Respublikası Qanununda bu hadisələrə ilk dəfə hü­quqi qiymət verilməsi bildirilib.

Azərbaycan tarixinə bir sərhədçi töhfəsi olaraq Azərbaycan Sər­həd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində DSX-nin inzibati binasında "Siyasi repressiya qurbanları muzeyi"nin yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəa­liy­yət göstərməsi ilə bila­vasitə əlaqə­dardır. Bina­nın zirzəmisində həbs olu­nan­ların saxla­nılma kameraları, istintaq otaq­ları, ölüm hökmü çıxarı­lanların güllənməsi yer­ləri mövcud olub. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repres­siya qurban­larının xatirəsinə ehtiram və yaxın keçmişi­mizin qanlı səhi­fələri haqqın­da gənc nəslin nüma­yən­dələrinin düzgün məlu­matlan­dırılmasıdır.

Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Pre­zi­dentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Döv­lət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxi­vində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların ha­zır­ladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxiv­lərindən əldə olunmuş, Qazaxıstan "ALJİR" siyasi repressiya müzeyi tərə­­findən təqdim olunmuşdur. Muzeyin ekspozisiyasının hazırlanma­sına Mədəniyyət Nazirliyi və A.Ba­kı­xanov adına Tarix İnstitutu tərə­fin­dən də köməklik göstərilib.

Müzeyin əsas zalında "Danışan sənəd­lər" adlanan lövhədə rep­res­si­yanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edil­miş sənədlərin surətləri veril­ib. Azərbaycanda repressiyanı "qa­nun­laş­dıran" ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 26 may 1920-ci il əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş "Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutula­caq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər" müddəası xal­qımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Ko­mi­təsinin 1 dekabr 1934-cü il tarixli qərardır. Bu qərara görə terror aktlarına görə cinayət iş­lərinin istintaqı və baxılması on gün­dən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin işti­rakı olmadan aparılmalı idi. Bu işlər üz­rə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatət­lərə yol verilmirdi, ölüm cə­zası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.

Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri rerpessiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İb­rahim ağa Usubov və digərləri, həm də sovet Azərbay­canının hərbiçiləri – generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, pol­kovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və baş­­qaları haqqın­da məlumat və fotoşəkillər verilib.

Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avro­paya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə dön­müş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edil­ib.

Siyasi repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə güllə­lənmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş "xalq düşmənlərinin" islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib.Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əh­­məd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edil­­məsi haqqında sə­nədin surəti də lövhədə yer alıb. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşər­­gə­sində (АЛЖИР – Ак­мо­линский Лагерь Жен Изменников Родины) cəza çəkmiş 44 azər­baycanlı qa­dın haqqında məlumat verilib.

Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edil­mişdir. Təqdim olunan sənədlərdə dahi mütəffəkirimizin sovet dö­nə­min­də üzləşdiyi repressiyalar ifadə olunub. Növ­bəti löv­hədə Azər­bay­can ziyalıların məruz qaldıqları repressiyalar­dan bəhs edi­lir. Bu­­rada şair Mikayıl Müşviq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mir­zə Şərifzadə və digərlənin güllələnməsi barədə akt­ların və arayışların surətləri nü­mayiş olunur.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsu­si diq­qət ayrılmışdır. Müvafiq lövhədə yerləşdirilmiş sənədlər sonda azər­baycan­lı­­la­rın doğma torpaqlarından deportasiyası ilə yekunlaşan SSRİ rəhbər­liyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçmə­sinə dəs­təyi, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətinə kifa­yət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin löv­hədə Sovet İtti­faqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanla­rının Azər­baycan­da yaşayan almanların və İran təəbəsi olan azərbay­can­lıların respub­likadan çıxarılması haqqında sənədlərinin surətləri də yer­ləş­dirilib.

1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azər­bay­can Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və höku­mət üzvləri olmuşlar. Bir çox musavatçaların və ittihadçıların güllələnməsi və sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin öz siyasi rəqib­lərinə nə qədər amansız olduğundan xəbər verir. Həmin illərdə Azər­bay­ca­nın qabaqcıl ziyalılarının məruz qaldıqları siyasi repressiyaların təşki­lində Azərbaycanın repressiv orqanlarında o dövrdə məsul vəzifələr tutmuş milliyyətcə erməni olan şəxslərin böyük rolunun olması da qeyd olunub.

Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması ba­rədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədi ilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı tarixi rekon­st­ruk­siya üsulu ilə bərpa edilib. Muzeyin dəhlizlərində qanunsuz həb­sə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraş­dırıl­­ıb. "Repressiya burulğanı", "Ümid işığında" adlı kompozisi­yalar­da zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaş­la­rı­mı­zın keçirdikləri iztirab və əziyyətləri rəmzi formada ifadə olunub.

Muzey fəaliyyətə başladıqdan sonra Rusiya və Qazaxıstanda keç­miş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan si­yasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çək­­miş azərbaycanlılar haqqında məlumatların toplanılması və yenilən­miş ekspozisiyalar vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılması, si­ya­si repressiya qurbanlarının yaxın qohumlarının muzeyin işinə cəlb edil­məsi, qanunsuz təqib olu­nan şəxslərə məxsus sənədlərin və əşya­ların əldə olunması istiqa­mətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tu­tul­­ub.

DSX muzeyin fəaliyyətinə kömək məqsədilə si­yasi repressiya qur­ban­la­rı­nın nəvə və nəticələrini, yaxın qohumlarını əməkdaşlığa dəvət edir, muzeyin fondlarının zənginləş­dirilməsinə töh­fə verə biləcək hər bir təşəbbüsü dəstəkləyir.
Bakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolarBakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolarBakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolarBakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolarBakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolarBakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolarBakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolarBakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolarBakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolarBakıda "Siyasi repressiya qurbanları muzeyi" açılıb - fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 688   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

TOP MP3