O hansı işdir ki, yüz min manat maya qoyub 160 min götürmək olar?! - ÖZÜ DƏ CƏMİ 3 AYA...

O hansı işdir ki, yüz min manat maya qoyub 160 min götürmək olar?! - ÖZÜ DƏ CƏMİ 3 AYA...Azərbaycanda kənd təsərrüfatına yatırım qoymaq istəyən iş adamları, fermerlər üçün qısa müddətə yaxşı gəlir götürmək imkanı verən çiyələk əkini genişlənir.

Virtualaz.org-un araşdırmasına görə, çiyələk becərən fermerlər son bir ildə bu sahədən yaxşı gəlir götürə bilirlər. Amma bir məsələ var ki, bazarlara çıxarılan çiyələklər də bu il həddən artıq iriləşib. Bu ilki mövsümdə Bakı bazarlarının piştaxtalarını nəhəng ölçülü çiyələklər bəzəyir. Üstəlik bu giləmeyvəni alanlar onun dadsızlığından və ənənəvi çiyələk ətrinin "yoxa çıxmasından" gileylənirlər.

Lakin fermerlə deyirlər ki, nəhəng və dadsız olsalar da bu çiyələklərə xarici bazarlarda yaxşı tələbat var. Yəni onlar məhsulu ixrac edib qazanırlar.

Builki mövsümdə Rusiyanın meyvə-tərəvəz bazarında Azərbaycan çiyələyinə təlabat artıb. Mayın 10-dan Rusiyaya gündə təxminən 50-80 ton çiyələk ixrac olunur. Yaxın günlərdə isə ərəb ölkələrinə çiyələk ixrac edəcək. Bəlli olub ki, tez xarab olan məhsul kimi çiyələk ixracındakı əvvəlki illərdən qalan problemlər də prezident İlham Əliyevin tapşırığı ilə həllini tapıb.

Niyə Cəlilabad, Şəmkir və Xaçmaz çiyələyi?

Son 1 həftədə çiyələk 25-30 faiz ucuzlaşıb və iyunun əvvəlindən qiymətlər bir qədər də aşağı düşəcək. Bakının "Vosmoy bazar" kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsindəki meyvə-tərəvəz məhsullarının topdansatış bazarında çiyələyin kiloqramı 1 manat 20 qəpik-4 manata təklif edilir. Satıcılar deyirlər ki, daha çox Cəlilabad, Şəmkir və Xaçmazdan gətirilən məhsullara üstünlük verilir.
"İqliminə görə bu rayonlarda yetişdirilən çiyələklər dadlı olur. Hətta istixana şəraitində yetişdirilmiş çiyələklərdə də fərq hiss edilir",-satıcılardan biri izah edir. Digəri isə deyir ki, bir neçə gündən sonra açıq havada yetişdirilmiş çiyələk satışda olacaq, dadlı çiyələk istəyənlər 10-15 gün gözləsinlər.

Marketlərdə də satıcılar satışdakı çiyələyin yerli istehsal olduğuna and-aman edirlər. Deyirlər ki, yerli çiyələklərin GMO sortlar olmadığına əmindirlər.

Ənənəvi yerli sortlar sıradan çıxır

İqtisadçı ekspert Akif Nəsirli deyir ki, yerli sortlar məhsuldar olmadığından fermerlər xarici sortlara üstünlük verirlər. Bir neçə ildir Azərbaycana GMO tərkibli məhsulların, eləcə də toxumların gətirilməsi qadağan edilib, bununla da yerli bazar belə məhsullardan təmizlənir.
Nəsirlinin sözlərinə görə, hələ də satışa çıxarılan çiyələyin GMO tərkibli olması ehtimalları səsləndirilir, amma bunu yalnız laborator analizləri ilə aşkarlamaq mümkündür. Çünki meyvənin görünüşü və ya dadı ilə tərkibi haqda rəy bildirmək olmaz: "GMO tərkibli məhsulların gətirilməsinin qadağan edilməsi doğru addımdır, çünki geni dəyişdirilmiş məhsullar dərhal zəhərləmədiyindən şübhə yaratmır. Belə məhsullarla qidalandıqda orqanizmə tədricən zərər vurur. Məsələn, geni dəyişdirilmiş məhsullarla qidalanma xərçəng xəstəliyinin yaranma səbəblərindən biri kimi göstərilir".

80-100 min sərmayə qoyur, nə qədər qazanır...

Fermerlər əsasən Türkiyə, İtaliya və İspaniyadan gətirilən "Clery", "Murano", "Viktoriya", "Portala", "Monterey", "Albion", "SanAndreas" və bu kimi sortlara üstünlük verirlər.

Lənkəranlı fermer Şair Həsənov deyir ki, 3 hektar sahədə istixana şəraitində çiyələk yetişdirib, martın sonundan yığıma başlanılıb, noyabrın əvvəlinədək məhsul götürəcək: "Çiyələk digər meyvə -tərəvəzdən fərqli olaraq həssas, bir o qədər də əmək tələb edən sahədir. Mövsümboyu günaşırı, bəzən iki gündən bir 1 ton, ton yarım məhsul yığırıq".

Ş.Həsənov da xarici sortlara üstünlük verilməsini məhsuldarlıqla əlaqələndirir. Deyir ki, əkindən yığımadək bütün xərclər nəzərə alınmaqla 3 hektar sahəyə təxminən 80-100 min manat sərf olunur. Aqrotexniki qaydalara düzgün əməl etməklə məhsuldarlıq yüksək olur, sərmayəni çıxarır, qazanc da götürürlər-təxminən 50-60 faiz.

"Məhsulu həm yerli bazara, həm də Rusiya bazarına çıxarırıq. Əsas gəlir də Rusiya bazarından çıxır",-fermer deyir. Əlavə edir ki, çiyələk istehsalı həm də kəndlərdə iş yeridir. 3 hektarlıq ərazidən il boyu 35-40 işçi evinə çörək pulu aparır.

Xaçmazlı fermerlərdən biri isə deyir ki, son zamanlar açıq sahələrdən daha çox istixana şəraitinə üstünlük verilməsinin səbəbləri var. "Sadəcə olaraq, istixana şəraitində yetişdirilən çiyələyin martın əvvəlindən yığımına başlanılır, bazarlara yüksək qiymətə çıxarılır. İstixanalarda becərilən çiyələklər keyfiyyətinə və dadına görə açıq havada becərilənlərdən fərqlənmir, GMO tərkibli olmasından isə söhbət gedə bilməz",-fermer əlavə edib. Müsahibimiz qeyd edir ki, çiyələk istehsalı zəhmət tələb etsə də, qazanclıdır.

Rusiya bazarlarında tələbat artıb, ərəb ölkələrinə də satılacaq

Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev isə bildirir ki, Rusiya bazarında təlabatın artması fermerlərin işinə yarayıb, satışla bağlı problem yoxdur. Yaxın 10-15 gündə isə ərəb ölkələrinə çiyələk ixrac edəcək. Ötən il Rusiyaya təxminən 1500-2000 ton məhsul ixrac edilibsə, builki mövsümdə ixracın həcmi ən azı 50 faiz artıq olaca.

"Digər meyvə, yaxud giləmeyvələrdən fərqli olaraq çiyələk əl əməyi, qulluq tələb edən sahədir. Həm istixanalarda, həm də açıq sahələrdə çalışanların 90 faizi qadınlardır. Ayda təxminən 350-500 manat əməkhaqqı verilir, bu isə kənd yerlərində böyük məbləğdir. Çiyələyin yığımı kartof yığımı ilə üst-üstə düşdüyündən kəndlərdə işçilərə ehtiyac yaranır. Məsələn, cənub bölgəsində çiyələk yığımı üçün kənar rayonlardan işçi dəvət edirlər".

Seyfullayevin sözlərinə görə, ölkəyə gətirilən ştillər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılaraq qeydiyyatdan keçir. "Yerli sortlarda hektardan 15-20 ton məhsul götürülürdüsə, xarici sortlarda məhsuldarlıq 50-60 tondur. Xarici ölkələrdə biri 50-100 qram olan çiyələklər də var və ölçüsünə görə çiyələyin GMO tərkibli ola bilməsi iddiaları əsassızdır", -Seyfullayev əlavə edib.

Qida Təhlükəsizlik Agentliyinin mətbuat xidmətindən isə virtualaz.org-un sorğusuna bildiriblər ki, çiyələklərlə bağlı şikayət yoxdur. Ümumiyyətlə, ölkəyə gətirilən bütün qida məhsulları risq əsaslı nəzarət tədbirlərinə cəlb olunur və qanunvericiliyə uyğun müvafiq qaydada yoxlanılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 818   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qadını sırğasına görə öldürmüşdü, 20 il sonra tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində sırğaya görə qadını öldürən 46 yaşlı Leninqrad vilayəti sakininin məhkəməsi keçiriləcək. yerli mediaya istinadla xəbər verir ki, hadisə 2001-ci il mayın 12-də Daçnıy prospektindəki yaşayış binasında baş verib. Bir kişi itini gəzdirib qayıdan qadının ardınca binalarda

15.10.2024 262
.

COVID-19 laboratoriyada yaranmayıb:Müzakirələrə son qoyuldu

COVID-19-un mənşəyini araşdıran elm adamları suallarına cavab tapıblar. Koronavirusun mənbəyini tapmaq üçün Çinin Uhan şəhərindəki bir heyvan bazarı araşdırılıb - onu çox vaxt COVID-19-un yayılmasının "günahkarı" adlandırırlar. Alınan məlumat virusun heyvan mənşəli versiyasını təsdiqləyib v

15.10.2024 246
.

ARB-nin "Biz azərbaycanlıyıq" adlı sosial çarxı müsabiqədə qalib oldu (VİDEO)

Müəllifi Sevinc Çılğın, rejissoru İlham Yaşaroğlu olan layihə Azərbaycanın əksər bölgələrini əhatə edib. ARB telekanalının "Anons" şöbəsinin "Biz azərbaycanlıyıq" adlı sosial çarxı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən elan olunan müsabiqədə qalib olub

15.10.2024 244
.

"Halis ağa" nə vaxt "Yalı çapkını"na qayıdacaq?

"Yalı çapkını"nın yeni mövsümü başlayandan bəri aktyor Çetin Tekindorun serialında yer almaması sual yaradıb. Axşam.az xəbər verir ki, 79 yaşlı aktyor həkimlərin məsləhəti ilə bir müddət çəkilişlərə ara verib. İlkin məlumata görə, artıq özünü yaxşı hiss edən Tekindor "Halis ağa" obraz

15.10.2024 829
.

Cəlilabadda zəlzələ oldu

Cəlilabadda zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib. Məlumata görə, oktyabrın 15-də yerli vaxtla saat 19:03-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub. Zəlzələnin ocağı 36 kilometr dərinlikd

15.10.2024 233
.

"Şayiələrə inanmayın, ölməyə hazırlaşmıram"

Xalq artisti Ağadadaş Ağayev yeni paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, müğənni aparıcı Hacı Nuran Hüseynovla videosunu yayımlayıb. Ağayev səhhətində problem olması və dünyasını dəyişməsi haqda söz-söhbətlərə son qoyub:. "Nə ölməyə, nə də xəstələnməyə hazırlaşıram. O imtahanları keçmişəm

15.10.2024 261
.

Müəllim hamamda yıxılaraq öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadən məlumat verir ki, dünən saat 18 radələrində 1969-cu il təvəllüdlü Nihad Təhmasib Səbail rayonu Bünyad Sərdarov küçəsindəki evinin hamam otağında yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Nihad Təhmasib orada vəfa

15.10.2024 502
.

İtkin düşən Rojin Kabaişinin cansız bədəni tapıdı

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya 18 gündür itkin düşən Rojin Kabaişin cansız bədəninin Van gölü çevrəsində tapıldığını deyib. türk mediasına istinadən xəbər verir ki, Yerlikaya şəxsi media səhifəsində: "Təəssüf ki, 18 gündür itkin düşən universitet tələbəmiz Rojin Kabaişin cansız cəsəd

15.10.2024 347
.

"Şagirdin çantasının ağırlığı onun çəkisinin 15 faizindən çox olmamalıdır" - Elşən Qafarov

Məktəbli çantalarının ağırlığı uşaqların sağlamlığına və ümumi inkişafına ciddi təsir göstərir. Bir çox ölkədə aparılan tədqiqatlar göstərir ki, ağır məktəbli çantaları uşaqlarda onurğa əyrilikləri, əzələ və oynaqlarda ağrılar, habelə fiziki və psixoloji yorğunluq yarada bilər. Mövzu ilə bağlı -a açıqlam

15.10.2024 251
TOP MP3